Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2973/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-0999/20 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şirkətinin ünvanına Türkmənistandan 473/UT3 saylı 474/UT3 saylı yük manifesti üzrə “Babək” tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikası ərazisində daşıyıcısı olan Şəxs Şirkəti tərəfindən AR Nazirlər Kabinetinin 229 saylı qərarına əsasən 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarına yerləşdirilmişdir. Lakin AR Nazirlər Kabinetinin 229 saylı qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan 256.028 kq azkükürdlü mazut yanacağı Şəxs Şirkəti tərəfindən heç bir gömrük prosedura altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs Şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 ay pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şirkət tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və müvəqqəti saxlanc prosedura altında qalmış mal müxtəlif texniki və texnoloji səbəblərdən müəyyən edilmiş müddət ərzində hər hansı digər prosedura altında yerləşdirilməmişdir və təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. Törədilmiş inzibati xətanı etiraf edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X2 gömrük postunun rəisi Anar Mösümov tərəfindən yazılmış raportdan görünür ki, Türkmənistan Respublikasından xx.xx.2019-cu il tarixdə ilə “X4 S.A” və “STAMFORD OİL PTE” LTD şirkətinin ünvanına göndərilən 5.628.017 kq. azkükürdlü mazut yanacağı malı (xx.xx.2019cu il tarixli 473/UT3:474/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “BABƏK" tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan “Şəxs“ şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Həmin yükün 5.371.989 kq **********9018, **********9088,**********9275, **********8927 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 256.028 kq. azkükürdlü mazut yanacağı yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd ay) pozulmuşdur. Şəxs Şirkətinin direktoru X1 xx xxxxxxx 2020-ci il tarixli izahatından görünür ki, Şirkət tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və müvəqqəti saxlanc prosedura altında qalmış mal müxtəlif texniki və texnoloji səbəblərdən müəyyən edilmiş müddət ərzində hər hansı digər prosedura altında yerləşdirilməmişdir və təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Dübəndi neft terminalında Şəxs Şirkəti tərəfindən Türkmənistandan 473/UT3 saylı 474/UT3 saylı yük manifesti üzrə “Babək” tankeri 04 ay müddətə 24 saylı reservuara müvəqqəti saxlanca verilmişdir. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Şirkətinin ünvanına Türkmənistandan 473/UT3:474/UT3 saylı yük manifesti üzrə) “BABƏK” tankeri daxil olmuş və 04 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs Şirkəti tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bununla da, Şəxs Şirkəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2973/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2973/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver