Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2979/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən Müəyyən etdim: X1 Azərbaycan Yerüstü Nəqiliyyat Agentliyinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024 və xx.xx.20254-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət onu onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, X3 xx.xx.2024-cü il tarixli ərizəsini qanunvericiliyin tələblərinə zidd olaraq hazırlamış, ümumiyyətlə ərizəyə qoşulmuş sənədlərdən şəxsin barəsində qərarın qəbul edilməsini, hansı ərazidə inzibati xətanın törədilməsini müəyyənləşdirmək mümkün olmur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam və yalnış şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2979/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2979/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver