Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2980/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi X1 Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 iyul 2023-cü il tarixdə özünü Bakı şəhər X8 idarəsinin operatoru kimi təqdim edən adını bilmədiyi polis əməkdaşı (077) ***-**-** nömrəli mobil telefondan istifadəsində olan (099) ***-**-** nömrəli mobil telefona zəng edərək bildirdi ki, videomüşahidə kameralarına baxış keçirərkən aşkar etmişik ki, sən xx.xx.2023-cü il tarixdə saat 10:17 radələrində Nərimanov rayonu, X9 küçəsində idarə etdiyin “Toyoto Prius” markalı Az **-FY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olduğun zaman qoşa xəttin tələbini pozmusan və bununla əlaqədar olaraq təcili Bakı şəhər DYPŞ-yə yaxınlaşmalısan, yoxsa barəndə inzibati tədbir görüləcəkdir. O öz növbəsində buna etirazını bildirərək vaxtının olmadığını və hər hansısa bir qayda pozuntusu törətmədiyini bildirdi. Lakin buna baxmayaraq, ona heç bir görüntü təqdim etmədən təxminən 1 aydan sonra 18 avqust 2023-cü il tarixdə sms vasitəsilə mesai gəldiki barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 3 bal 80 manat miqdarında cərimə olunmuş və bununla bağlı müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları 24 saat ərzində elektron versiyada şəxsi kabinetdə oturmalı olmasına baxmayaraq, onun barəsində 01 (bir) aydan sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin cari ilin iyul ayında tərtib edilən protokolun cəriməsi 60 manat olmasına baxmayaraq, 01 (bir) ay sonra tərtib edilən cərimə 80 manat olmuşdur. Əgər onun törətdiyi qayda pozuntusu həqiqətən videomüşahidə kameraları vasitəsilə aşkar olunubsa nəyə görə mənə elektron qaydada yox məhz inzibati xəta protokol tərtib edilmişdir? Əgər ona inzibati xəta protokol tərtib edilibsə o niyə hadisə yerində yoxdur?. Yekun olaraq o,göstərilənlərin nəzərə alınmasını müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, o, yol hərəkəti qaydalarını pozmamışdır. Bununla bağlı video görüntüdə də əks olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, məhkəməyə təqdim etdiyi video görüntüdən də aydın olduğu kimi yol hərəkəti qaydaları pozulmuş qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında qərar qəbull edildiyini bildirmişdir. Şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 80 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəməyə təqdim olunan video görüntüdən də aydın olur ki, X5 yol hərəkəti qaydalarını pozmuşdur. Azərbaycan respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən vidogörüntüdən də aydın olur ki, X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2980/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2980/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver