Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 06 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3867/2021 nömrəli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 06 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3867/2021 nömrəli icra sənədi üzrə "xxxx" MMC-nin rəhbəri xx.xx.2021-ci il tarixli, 2(005)-3867/2021 nömrəli icra sənədinin icrasını etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, 2(005)-3867/2021 nömrəli iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 1 ünvanında yerləşən 44,30 kv.metr tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçı X2 məxsus 20.5 kv.m hissəsinin və X1 məxsus 23,8 kv.m hissəsinin sökülməsi və qeyd edilən tikilinin yerləşdiyi müvafiq ərazidə aparılan tikinti işləri dayandırılmalıdır. İcra sənədi Nərimanov Rayon İcra şöbəsinin icraatına xx.xx.2021-ci ildə tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu "xxxx" MMC-nin yerləşdiyi ünvana bildiriş göndərilmişdir. İcra hərəkətlərinin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin rəhbəri Şəxs dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3867/2021 nömrəli icra vərəqəsindən görünür ki, hazırki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 1 ünvanında yerləşən 44,30 kv.metr tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçı X2 məxsus 20.5 kv.m hissəsinin və X1 məxsus 23,8 kv.m hissəsinin sökülməsi və qeyd edilən tikilinin yerləşdiyi müvafiq ərazidə aparılan tikinti işləri dayandırılmalıdır; “İcraata başlamaq haqqında” 26 iyul 2021-ci il tarixli qərardan və həmin tarixli e177424/2021-15-26-003 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3867/2021 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmçinin, müvafiq bildiriş və qərar xx.xx.2021-ci il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir; xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasının təmin edilməsi xahiş olunmuşdur; Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, 1986-177424/21-15-26 nömrəli xəbərdarlığından görünür ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3867/2021 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir Beləliklə, məhkəmə baxışı zamanı Şəxs tərəfindən üzrsüz səbəbdən icra sənədinin icrası tam təmin olunmamış, bununla da Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver