Məhkəmə qərarları › İş №3(005)-3/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Protokol tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, X3 Bakı şəhər BPİ-nin X13 İdarəsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X13 İdarəsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 3(005)-1031/2022 nömrəli qərarı ilə barəsində AR DİN BDYPİ tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işə yenidən baxılması üçün AR DİN BDYPİ-nə tapşırıq verilmişdir. Uzun müddət məhkəmənin qərarı icra olunmadığı üçün tərəfindən AR DİN BDYPİ şikayət ünvanlanmışdır. Nəticə olaraq AR DİN BDYPİ yenidən bütün hüquqlarını pozaraq naməlum şəkildə işə yenidən baxmışdır və xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərara əsasən o, AR İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən səlahiyyətli orqanın məlumatlandırılmasına baxmayaraq üzrlü səbəb bildirmədən səlahiyyətli orqan iş üzrə səlahiyyətli nümayəndəsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli sorğuya kifayət qədər vaxt olmasına baxmayaraq səlahiyyətli orqan tərəfindən cavab verilməmişdir və heç bir sübut təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Məhkəmə iclası zamanı hakim yekun qərarı elan etməmişdən öncə inzibati xəta ilə bağlı işin materiallarında video görüntünün olmadığı üçün işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasını məqsədə müvafiq olmasını bildirmişdir. Buna cavab olaraq şikayət ərizəsində və məhkəmə iclası zamanı hakim bildirmişdir ki, ASAN ödəniş elektron hökumət portalında ona məxsus şəxsi kabinetində protokolu gördükdən sonra rəsmi qaydada xx.xx.2022-ci il tarixində protokoldan yuxarı səlahiyyətli orqana şikayət ünvanlamışdır və İXM 61.3-cü maddəsinin tələbinə uyğun olaraq inzibati xəta haqqında işə baxılarkən iştirakını təmin etmək məqsədilə işə baxılacaq yer və vaxt haqqında məlumat verilməsini xahiş etmişdir. Ünvanlanmış şikayətə və YPX əməkdaşına protokoldan narazı olduğunu qeyd etməyinə baxmayaraq səlahiyyətli orqan tərəfindən ona heç bir reaksiya verilməmişdir və uzun müddətdən sonra mahiyyətsiz cavab verilmişdir, işin araşdırılması zamanı iştirakı təmin edilməmişdir, şikayətinə mahiyyəti üzrə münasibət bildirilməmişdir, iddia olunan inzibati xətanı ümumiyyətlə törətmədiyi üçün və qeyd etdiyi digər səbəblərə görə hakimin guya mövcud olmasını iddia etdiyi video görüntülərin ümumiyyətlə mövcud olmamasını və bu cür qərarın mahiyyətcə ancaq süründürməçiliyə gətirib çıxaracağını hesab etdiyini bildirmişdir. Məhkəmənin qərarını 4 ay icrasız saxlayan BDYPİ dəflərlə verilmiş şikayətlərindən sonra bir daha İXM 61.3 maddəsinin tələblərini pozaraq yenidən eyni mahiyyətli heç bir sübutlara əsaslanmayan qanunsuz qərar qəbul etmişdir, bununla süründürməçilik haqqında ilk məhkəmə iclasında söylədiyi fikirlər əsasını tapmışdır. İlkin müraciətinə cavab olaraq AR DİN BDYPİ xx.xx.2022-ci il tarixli 046- 33188B-3222 nömrəli məktubda bildirmişdir ki, X8 tərəfindən törədilməsi iddia olunan inzibati xəta həmin ərazidə xidmət aparan avtopatrulda quraşdırılmış video görüntüdə və məsafədən ötürülən mikrofon vasitəsilə qeydə alınmış danışıqlarda öz təsdiqini tapmışdır. Dəfələrlə müraciətinə baxmayaraq nə görüntülər, nə də danışıqlar ona təqdim edilməmişdir. Lakin xx.xx.2022-ci ildə eyni qurum ******* nömrəli qərarı qəbul edərkən həmin qərarda aydın şəkildə bildirir ki, xətanın mövcudluğu Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPX əməkdaşı tərəfindən yalnız bilavasitə vizual formada aşkarlanmışdır, yəni ki, inzibati xətanın törədilməsini təsdiq edən heç bir texniki vasitə ilə qeydə alınmış sübut mövcud deyil. Ümumiyyətlə iddia olunan inzibati xətanı törətməmişdir. Onu dayandıran YPX əməkdaşı işin həllində düzünə və ya dolayısı ilə maraqlı olduğundan əvvəlcədən qərəzli mövqe tutmuş, özü hüquqi normativ aktların tələblərini dəfələrlə pozmuşdur. AR DİN BDYPİ cavab məktubunda səlahiyyətli şəxs etiraf edir ki, YPX əməkdaşı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiyi səbəbindən intizam məsuliyyətinə cəlb olunmuşdur. Həmin YPX əməkdaşının guya vizual inzibati xəta faktını aşkarlaması da tam qərəzli, qanunsuz və yanlış iddiadır. Qeyd olunanlara əsasən, Bakı şəhəri BDYPİ X7 İşlər üzrə İcraat Şöbəsinin inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul olunmuş ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərara qəbul edilməsi xahiş olunmuşdur. Şikayətlə müraciət edən X8 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş orqanın nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda X8 tərəfindən törədilmiş pozuntunun üzərindən bir aydan artıq müddət keçdiyindən görüntülərin təqdim edilməsi mümkün deyildir. Şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X8 “STOP” nişanının qaydalarını pozmuş, bununla da AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tərəfindən saxlanılmış və barəsində tərtib edilmiş protokolun bir nüsxəsi ona təqdim edilmişdir. Bu zaman X8 protokolla razı olmadığını bildirmiş, lakin qeyd aparmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1031/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X8 barəsində AR DİN Baş X13i İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin 22 aprel 2022-ci il tarixli, 046-33188B-322 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi Jeep markalı, ** NM *** dövlət nömrə nişanlı avtomobillə şəhərin A.M.Cümə küçəsindən Təbriz küçəsinə dönərkən “Yol hərəkəti Haqqında” AR Qanunun 63-cü maddəsinin İİİ hissəsinin tələbinə zidd olaraq “Dayanmadan keçmək qadagandır” yol nişanının tələbinə riayət etmədiyinə görə YPX incpektoru tərəfindən dayandırılaraq barəsində AR İXM-nin 327.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. inzibati xəta həmin ərazidə xidmət aparan avtopatrulda quraşdırılmış videogörüntüdə və məsafədən ötürülən mikrofon vasitəsilə qeydə alınmış danışıqlarla öz təsdiqini tapmış, ünsiyyət zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiyi səbəbindən YPX əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən X7 işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin X13i İdarəsinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Jeep” minik markalı ** NM *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Təbriz küçəsində hərəkətdə olarkən “Yol hərəkəti Haqqında” AR Qanunun 42-ci maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən X7 işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X7 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Baş X13 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, X8 barəsində qəbul edilmiş xx.xx.2022- ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-1031/2022 saylı qərarından görünür ki, X8 barəsində Baş X13i İdarəsi tərəfindən qəbul edilmiş 30 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsası ilə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Lakin Baş X13 İdarəsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan X8 barəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X3 şikayət ərizəsi təmin edilməli, Bakı şəhər BPİ-nin X13 İdarəsinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-137 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilməsinə dair 10 avqust 2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar