Məhkəmə qərarları › İş №3(005)-3/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X14, X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə bağlı X10 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Qusar Rayon Prokurorluğunda mənim barəmdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında 06 noyabr 2024-cü il tarixli qərar qəbul edilərək baxılması üçün materiallar X17 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilmişdir. X17 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi işə baxaraq mənim Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) Azərbaycan manatı miqdarında cərimə edilməm barədə MN ******* nömrəli. xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar tamamilə əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Quba- Xaçmaz regional şöbəsi tərəfindən iş üzrə istinad edilən halların sübuta İlk növbədə qeyd edirik ki, Şöbə öz qərarını əsaslandırarkən təkcə prokurorluq orqanı tərəfindən təqdim edilmiş qərara istinad etmişdir. Lakin inzibati xətalar üzrə işlərdə səlahiyyətli orqan qərar qəbul edərkən sübutların hər birini incələməli və yekun qərar qəbul etməlidir. Şöbə öz qərarında heç nəyə istinad etmədən bir-başa qərar qəbul etmişdir. Şöbənin öz qərarında istinad etdiyi Prokurorluq orqanın tərtib etdiyi qərar heç bir maddi sübuta istinad edilmədən tərtib edilmişdir. Belə ki, qərar təkcə şahid ifadələrinə istinad edilərək tərtib edilmişdir. Həmin şahid izahatları isə böhtan və qərəzlidir. 1. Məhkəməyədək icraat zamanı izahatı alınmış X19 izahatında həyat yoldaşım X3 “Qusar RMX” PHŞ-də 2024-cü ilin fevral ayından qeyri-rəsmi olaraq işlədiyini, Mənim tərəfindən ona çox geniş idarəetmə, nəzarət səlahiyyətləri verildiyini və İlhamə Hacıyevanın ona verilmiş səlahiyyətlərdən istifadə edərək, müxtəlif şöbələrin işlərinə qanunsuz müdaxilə etdiyini, bəzi işçilərdən izahatlar tələb edib onları işdən çıxarmaqla təhdid edib qorxutmaqla, anbarlarda yoxlamalar təşkil etməklə və digər hərəkətləri ilə həmin müəssisədə qanunsuz olaraq işləmişdir. Tağıyeva Elenanın məhkəməyədək icraat zamanı verdiyi izahatı qərəzlidir və heç bir həqiqəti əks etdirmir. E.Tağıyeva istinad etdiyi halları üçüncü şəxslərdən eşitdiyini bildirmişdir. İ.Hacıyevanın ona birbaşa haçansa göstəriş vermədiyini bildirmişdir. Çünki İ.Hacıyevə tərəfindən Tibb müəssisəsində heç kimə göstəriş verilməmişdir. 2. Məhkəməyədək icraat zamanı izahatı alınmış X22 rayon Prokurorluğunda verdiyi izahatında qeyri-səmimilik göstərmiş və qərəzli mövqedən izahat vermişdir. Flora Mirzağayeva məhkəməyədək icraat zamanı verdiyi izahatı qərəzlidir və heç bir həqiqəti əks etdirmir. Flora Mirzağayeva da istinad etdiyi halları üçüncü şəxslərdən eşitdiyi bildirmişdir. İ.Hacıyevanın ona birbaşa haçansa göstəriş vermədiyini bildirmişdir. İ.Hacıyeva tərəfindən Tibb müəssisəsində heç kimə göstəriş verilməmişdir. 3. X4 izahatı da şər və böhtan və qərəzlidir. Belə ki, Salmanova Nəzakət inzibati işlər üzrə müavini vəzifəsində çalışmışdır. X8 izahatı ilə bənzər izahat verərək eyni xüsusatları qeyd etmişdir. X4 məhkəməyədək icraat zamanı verdiyi izahatı qərəzlidir və heç bir həqiqəti əks etdirmir. Nəzakət Salmanova da istinad etdiyi halları üçüncü şəxslərdən eşitdiyini bildirmişdir. İ.Hacıyevanın ona birbaşa haçansa göstəriş vermədiyini bildirmişdir. Çünki İ.Hacıyeva tərəfindən Tibb müəssisəsində heç kimə göstəriş verilməmişdir. 4. X13 da Prokurorluqda verdiyi izahatında yalanlara üz tutaraq şər və böhtan atmışdır. Belə ki, o da izahatında Tağıyeva Elena ilə bənzər izahat verərək, həyat yoldaşımın orada qanunsuz işlədiyini, hər gün işə gəlib getdiyini, işçilərə göstəriş və tapşırıqlar verdiyini gördüyünü bildirmişdir. Elxan Mədətov xəstəxanada mühafizəçi işləyir, mühafizəçinin iş prinsipi isə 1 gün gündüz növbəsi, 2 gün istirahət və 1 gün gecə növbəsində işləməkdir. Nəticə etibarı ilə onun həyat yoldaşımın xəstəxanaya hər gün gedib gəlməsini, orada kimlərəsə göstəriş və tapşırıqlar verməsini gördüyünü bildirməsi yalandır. Həmçinin həmin şəxsin iş yerinin xəstəxananın çöl hissəsində yerləşən postlardadır. X7 məhkəməyədək icraat zamanı verdiyi izahatı qərəzlidir və heç bir həqiqəti əks etdirmir. Elxan Mədətov da istinad etdiyi halları üçüncüsəslərdən eşitdiyini bildirmişdir. İ.Hacıyevanın ona birbaşa haçansa göstəriş vermədiyini bildirmişdir. Çünki İ.Hacıyevə tərəfindən Tibb müəssisəsində heç kimə göstəriş verilməmişdir.

5. X9 izahatı da qərəzli, şər və böhtandan ibarətdir. Belə ki, Musayev Mikayıl oğlu da digər şahidlərin izahatına uyğun izahat verərək Hacıyevə İlhamənin xəstəxanada qanunsuz olaraq işlədiyini bildirmişdir. X5 da istinad etdiyi halları üçüncü şəxslərdən eşitdiyini bildirmişdir. İ.Hacıyevanın ona birbaşa haçansa göstəriş vermədiyini bildirmişdir. Çünki İ.Hacıyevə tərəfindən Tibb müəssisəsində heç kimə göstəriş verilməmişdir.

6. X11 digər şahid izahatları ilə eyni məzmunlu izahat verərək Hacıyevə İlhamənin həmin xəstəxanada qanunsuz olaraq işlədiyini demişdir. Həmin şəxs müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq mənim tərəfindən vəzifədən kənarlaşdırılmışdır. Belə ki, həmin şəxs Xəstəxananın Sığorta şöbəsinin Statistika bölməsinin müdiri vəzifəsində işləmiş, həmin vəzifədə çalışdığı müddətdə vətəndaşlara pulsuz göstərilməli olan xidmətlərin müqabilində müəyyən miqdarda pul almış, bu hallara görə mənim tərəfimdən həmin şəxsə xəbərdarlıqlar edilsə də bu xəbərdarlıqlar nəticə verməmiş və nəticədə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq vəzifəsindən kənarlaşdırılmışdır. Göstərilən hallara görə X6 qərəzli izahat verərək mənən şər və böhtan atmışdır. Xəstəxananın anbar bölməsində yoxlama keçirildiyini, həmin yoxlamanın maliyyə şöbəsinin müdiri, innovasiya şöbəsinin müdiri və mənim inzibati işlər üzrə müavinim tərəfindən keçirildiyini və başqa şəxslərin iştirak etmədiyini bildirmişdir. Həmin yoxlamalarda komissiya üzvlərinin razılığı ilə komissiya üzvü olmayan, həmin yoxlanılan bölmə üzrə mütəxəssis olan xəstəxana əməkdaşının iştirak edə biləcəyini bildirmişdir. Həyat yoldaşı İlhamə Hacıyeva əvvəllər Bakı Sağlamlıq Mərkəzində aptek bölməsində çalışmışdır, hazırda rəsmi olaraq əczaçı vəzifəsinə Qusar RMX-da işə qəbul edilmişdir.O, rəsmi olaraq işə qəbul edilənədək Xəstəxanan binasına gedib-gəlmə səbəbi mənə mütəmadi olaraq səhhəti ilə bağlı qayğı göstərmək, dərmanlarını və yeməklərimi gətirmək olmuşdur. Bu isə əvvəllər xəstəxananın vəzifəli şəxsi olmuş və onun tərəfindən qanunsuzluqlar etdikləri üçün işdən kənariaşdırılan şəxslərdə ona qarşı məkrli plan formalaşdırmışdır. Onlar ondan qisas almaq üçün bu cür izahatlar vermişdirlər.Yekun olaraq İlhamə Hacıyeva xx.xx.2024-cü il tarixdən (rəsmi olaraq işə başlama tarixi) əvvəl xəstəxanaya onun yanına qeyd edilən səbəblərdən gəlmişdir. Bundan başqa izahat vermiş digər şəxslər olan Hacıyeva ilhamə Ələkbər qızı və X16 da onun izahatımı təsdiq etməkdədirlər. Onlar da digər izahat verən şəxslərin yalan və böhtan xarakterli izahat verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X27 şikayətin əsassız olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X18 tərəfindən qeyd edilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Quba- Xaçmaz regional şöbəsininvəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-248/2024 qərarından görünür ki, Qusar Rayon Prokurorluğu tərəfindən “Qusar Rayon Mərkəzi Xəstəxanası” X34 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul olunmuş və baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(029)-248/2024 qərarından aydın olur ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X34 Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmiş və apellyasiya şikayətinə münasibətdə Sumqayıt Apellyasiya Məhkəməsi qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, məhkəmə X10 məhkəmə iclasında verdiyi izahatını, eləcə də Qusar Rayon Məhkəməsində işə baxılarkən dindirilmiş şahidlərin izahatını nəzərdən keçirir və belə qənaətə gəlir ki, X12 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X26 təşkilati, nəzarət və inzibati işlərə cəlb edilmişdir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət verən şəxs X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”ının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar