Məhkəmə qərarları › İş №3(005)-300/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-300/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-300/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, "xxxx" firmasının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X28 icra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" firmasının rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Nərimanov rayon icra şöbəsinin icraatında olan. İnzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" firmasının borclu qismində tanındığı müvafiq icra sənədləri şöbənin icraatına daxil olmuş, icra edilməmiş, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, borclu firmanın rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3254/2011 saylı, 19.08.2011-ci il tarixli icra sənədinə əsasən X8 ödədiyi dövlət rüsumu X11, “Mars-M" firmasının ödədiyi dövlət rüsumu isə “Mars-M" firmasına aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat “Mars- M" Firmasından alınaraq dövlət büdcəsinə ödənilməlidir. Ekspertiza xərci 85 manat X6 85 manat "xxxx" firmasına tutularaq MEM-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)- 175/2015 saylı, 19.03.2015-ci il tarixli icra sənədinə əsasən, "xxxx" firması tərəfindən Yunanıstan istehsalı olan ümumi həcmi 8804.280 kv.m, minimum ölçüləri 30x20x2 sam, maksimum ölçüləri isə 60x60x2 sam olan mərmər pilərələr üçüncü şəxslərin hüquqularından tam azad şəkildə gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş halda iddiaçı "xxxx" MMC-nə geri qaytarılmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı, 28.04.2017-ci il tarixli icra sənədinə əsasən “Mars-M" firması tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m ibarət olan 7 saylı mağazanın (qeyri yaşayış sahəsinin) istismara hazır vəziyyətdə X4 istifadəsinə və sahibliyinə verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-7987/2017 saylı, 27.12.2017-ci il tarixli icra sənədinə əsasən X3 01 oktyabr 2014-cü il tarixdən 01.03.2017-ci il tarixədək "xxxx" firması üçün inşa edilmiş “Jasmin” ticarət və əyləncə mərkəzinin qazanxanasında əməliyyatçı vəzifəsində işləməsi barədə qeydlərin aparılması vəzifəsi borclu "xxxx" firması üçün inşa edilmiş “Jasmin" ticarət və əyləncə mərkəzinin üzərinə qoyulmalıdır. X3 “MARS-M" firması üçün inşa edilmiş “Jasmin" ticarət və əyləncə mərkəzində işlədiyi müddəi ərzində istifadə etmədiyi əmək məzuniyyətdən olan haqq-hesabı və işdən azad olunması ilə bağlı sonuncu haqq-hesabı borcludan tutulub tələbkarın xeyrinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-797/2017 saylı, 02.04.2018-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanda binanın birinci mərtəbəsində yerləşən, sahəsi 72 kv.m olan 8 №li mağazası borclu “Mars- M" firması tərəfindən tələbkar X2 və istifadəsinə verilməli, ödənilmiş 30 manat dövlət rüsumu X12 aid edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11860/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədinə əsasən X29 ilə “Mars-M" firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 3 ünvanındakı “Mars-M" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin X21 təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilməlidir. Borclu “Mars-M" firmasından tələbkar X19 xeyrinə iddianın verilməsi üçün ödənilmiş 25 manat dövlət rüsumu tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1364/2018 saylı, 06.03.2018-ci il tarixli icra sənədinə əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 metr qeyriyaşayış sahəsinin 130 kv.metrdən ibarət olan (tərəflər arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, M-ƏK 30/10 saylı müqavilə əsasında tərtib olunmuş və satıcı tərəfindən təsdiq olunmuş eskizdə qeyd olunan hissə) qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alaraq həmin qeyri-yaşayış sahəsinin tələbkar X14 təhvil verilməsi vəzifəsi borclu "Mars-M” firmasına həvalə olunmalıdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 1816/2014 saylı, 11.08.2015-ci il tarixli icra vərəqəsinə əsasən, “Mars-M" firması ilə “Praym menecment and Development" MMC arasında 06.03.2012-ci il tarixli “Xidmət göstərilməsi haqqında müqavilə" ləğv edilməli, “Mars-M" firmasından” Praym Menecment and Development” MMC-nin xeyrinə 06.03.2012-ci il tarixli “Xidmət göstərilməsi haqqında müqavilə” üzrə 121926 manat məbləğində pul tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3629/2017 saylı, 11.10.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin direktoru kimi X22 ilə tələbkar X26 arasında bağlanmış 25.06.2010-cu il tarixli, MƏA/25-10 saylı müqavilə ləğv edilməlidir. Borclu "xxxx" MMC-dən 122752 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X17 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6787/2018 saylı, 04.07.2018-ci il tarixli icra vərəqəsinə əsasən, “Mars-M" firmasından 328500 maat məbləğində pul alınaraq, X20 verilməli və ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul borclu “Mars-M" firmasından tutularaq MEM-nin hesabına keçirilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-1356/2019 saylı, 05.04.2019-cu il tarixli icra sənədinə əsasən, ünvan 5 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh “Mars- M" firması tərəfindən iddiaçı X1 və istifadəsinə verilməli və 30 manat dövlət rüsumu iddiaçı X7 aid edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-6/2019 nömrəli, 19.02.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" firmasından cəmi ********.08 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutulacaq məbləğ ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməli, həmçinin sənədlərin notariat qaydasında təsdiqlənməsinə görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən borclu "xxxx" firmasından, tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İpoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 4 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38600.000 (otuz səkkiz milyon altı yüz min) manat olmaqla satılması qət edilmişdir. Sözügedən əmlak hərracın yekunları barədə 67/01 saylı 26.12.2019-cu il tarixli protokol əsasında 24607500 manata Xalq Bank" ASC-nin balansına keçmişdir. Nərimanov Rayon Məhkəməsini 2(005)-4792/2019 saylı, 11.12.2019-cu il tarixli icra sənədinə əsasən, X33 ilə borclu "xxxx" firması arasında imzalanmış 11 iyun 2011-ci il tarixli ilkin müqavilə ləğv edilməli, borclu "xxxx" firmasından 28.000 (iyirmi səkkiz min) manat pul vəsaiti və Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 2.380 (iki min üç yüz səksən) manat faiz məbləği, cavabdehlər X13 və “Mars-M" firmasından isə müştərək qaydada 20.000 (iyirmi min) manat pul vəsaiti, Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.700 (bir min yeddi yüz) manat faiz məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tələbkar X23 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-798/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə borclu "xxxx" Firmasından ödənilməmiş əmək haqqına görə 1243 (bir min iki yüz qırx üç) manat məbləğində pul tələbkar X15 xeyrinə tutulması, həmçinin tələbkar X18 məxsus əmək kitabçasının təsdiqlənməsi öhdəliyi "xxxx" Firmasının üzərinə qoyulması qət edilmişdir. İcra sənədləri Nərimanov rayon İcra şöbəsinin icraatına 13.03.2012, 19.10.2015, 21.06.2017, 06.02.2018, 04.04.2018, 13.04.2018. 19.04.2018, 11.05.2018, 24.08.2018, 22.10.2018, 08.05.2019, 11.09.2019, 05.02.2020 və 15.05.2020-ci il tarixlərdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilərək borclu “Mars- M" firmasının ünvanına göndərilmişdir. Müvafiq icra vərəqələri 18.05.2020-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 54.1 və 54.2-ci maddəsinin tələbinə əsasən ümumi icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu “Mars-M" firmasının adına daşınar və ya daşınmaz əmlakların olub-olmaması barədə aidiyyatı orqanlara sorğular edilmiş lakin müsbət cavablar əldə ediləmişdir. Bundan əlavə borclu elektron icra sistemindən əldə edilmiş portal məlumatına əsasən "xxxx" firmasının fəaliyyətinin müvəqqəti dayandıtıldığı, rəhbərinin isə Şəxs olduğu müəyyən edilmişdir. Eyni zamanda "MARS-M” firmasının mövcud bank hesabları barədə inkasso sərəncamları tətbiq edilmişdir. Bununla da borclu "xxxx" firmasının rəhbəri Şəxs oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuruna, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş hüquqi şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin göstərilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində qeyd edilən şəxslərin (səlahiyyətli nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İcraata başlamaq haqqında” 1327 nömrəli, 13 mart 2012-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3254/2011 saylı, 19.08.2011-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 6919 nömrəli, 19 oktyabr 2015-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(82)-175/2015 saylı, 19.03.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 188746 nömrəli, 21 iyun 2017-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1786/2017 saylı, 28.04.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 33649/17 nömrəli, 06 fevral 2017-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7987/2017 saylı, 27.12.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 74407 nömrəli, 04 aprel 2018-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 797/2017 saylı, 02.04.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 83353 nömrəli, 13 aprel 2018-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11860/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 88573/18 nömrəli, 19 aprel 2018-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1364/2018 saylı, 06.03.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 6743 nömrəli, 01 sentyabr 2015-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(81)-1816/2014 saylı, 01.10.2014-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 24 avqust 2018-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3629/2017 saylı, 11.10.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 22 oktyabr 2018-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6787/2018 saylı, 04.07.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 11 sentyabr 2019-cu il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-6/2019 nömrəli, 19.02.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “İcraata başlamaq haqqında” 05 fevral 2020-ci il tarixli qərardan və həmin tarixli bildirişin surətindən görünür ki, borclu "xxxx" firmasına icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4792/2019 saylı, 11.12.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 18 may 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon icra və probasiya şöbəsinin icraatında olan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3254/2011 saylı 19.08.2011-ci il, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)-175/2015 saylı 19.03.2015-ci il, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı 2.8.04.2017-ci il, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7987/20177 saylı 27.12.2017-ci il, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 797/2018 saylı 02.04.2018-ci il, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11860/2017 saylı 13.12.2017-ci il, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1364/2018 saylı 06.03.2018-ci il, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2(81)-1816/2014 saylı 11.05.2018-ci il, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3629/2017 saylı 11,10.2017-ci il, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6787/2018 saylı 04.07.2018-ci il, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1356/2019 saylı 05.04.2019- cu il, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-6/2019 saylı 19.02.2019-cu il, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4792/2019 saylı 11.12.2019-cu il və Nərimanov Rayon Məhkəməsinin 2(005)-798/2020 saylı 26.02.2020-ci il tarixli icra sənədləri, ümumi icraatda 62640/2020 sayı ilə birləşdirilmiş, həmin icra sənədlərinin icrası Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru X24 həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" firmasının rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs "xxxx" firmasının rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs "xxxx" firmasının rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" firmasının rəhbəri Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" firmasının rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" firmasının rəhbəri Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar