Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3000/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyevə Aytac İmamhüseyn qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4, Şikayət vermiş şəxs «X1 and Engineering Group» MMC-nin direktoru X2 iştirakları ilə, «X1 and Engineering Group» MMC-nin direktoru X9 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X1 and Engineering Group» MMC-nin direktoru X7 Azərbaycan Respublikasınən Əmək və X6 Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvanıma poçt vasitəsi ilə məktub göndərilmiş və həmin zərfdə olan qərara əsasən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərar xx.xx.2024-cü il tarixli protokola əsaslanaraq tərtib edilsə də həmin protokoldan və protokola əsasən tərtib edilmiş qərardan məlumatım olmamışdır. Protokol qanunsuz və əsassız yazıldığından protokola dair qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «X1 and Engineering Group» MMC-nin direktoru X7 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X5 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar əsassızdır. Belə ki, Anar Abbasov əmək müqaviləsi əsasında şirkətdə işləmiş və xx.xx.2024-cü il tarixdə şəxsin əmək müqaviləsinə xitam verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə uzun müddətli işləməmişdir. Barəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş X11 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmaqla «X1 and Engineering Group» MMC-nin direktoru X7 tərəfindən işə götürüldüyünü bildirmişdir. İş fəaliyyəti mebellərin quraşdırılması ilə bağlı olmuşdur. İşğaldan azad olunmuş əraziyə işlədiyi müddətdə bir dəfə təxminən 2023-cü ilin oktyabr ayında getdiyini və mebelləri quraşdırıb təxminən bir gün ərzində qayıtdığını söyləmişdir. xx.xx.2024-cü il tarixdə MMC-də işdən çıxdığını və əmək müqaviləsinə xitam verildiyini qeyd etmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra heç bir işə cəlb olunmadığını və 2024-cü il ərzində Qarabağ-Zəngəzur iqtisadi rayonlarında olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X11 xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi səbəbilə «X1 and Engineering Group» MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 (dörd min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinən aydın olur ki, X11 «X1 and Engineering Group» MMCdə işə başlamış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli «X1 and Engineering Group»MMC-nin direktoru X2 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən, eləcə də tərəflərin çıxışlarından və məhkəmə iclasına dəvət edilərək dinlənilmiş şahid ifadəsindən aydın olur ki, X7 tərəfindən qərarda adı göstərilən şəxs «X1 and Engineering Group» MMC-də əmək müqaviləsi əsasında işə qəbul edilmiş, həmin şəxslər xx.xx.2024-cü il tarixdə əmək müqavilələrinə xitam verilməklə işdən azad edilmişdir, 2023cü il ərzində qısa müddətli işğaldan azad olunmuş ərazidə işə cəlb olunmuşdur. X11 əmək müqaviləsinə xitam verildikdən sonra yenə də işlərə cəlb edilməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «X1 and Engineering Group» MMC-nin direktoru X3 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. «X1 and Engineering Group» MMC-nin direktoru X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3000/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3000/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver