Məhkəmə qərarları › İş №3(005)-3004/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3004/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3004/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4, "xxxx" MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X10, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “Facade" MMC-nin direktoru qismində barəsində 05 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilmiş və nəticədə onun guya Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi qeyd edilmişdir. Həmin protokol üzrə inzibati xəta haqqında işə 11 sentyabr 2024-cü il tarixdə, saat 15:00-da baxılması barədə bildiriş məktubları onun ünvanında rəsmi olaraq xx.xx.2024-cü il tarixdə, yəni protokola baxıldıqdan 1 gün sonra ona verilmişdir. O, həmin protokola rəsmi etiraz göndərdikdən sonra protokol əsasında ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə barəsində inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 11 sentyabr 2024-cü il tarixli qərar verilmişdir. Həmin qərardan narazıdır. Barəsində 05 sentyabr 2024-cü il tarixli protokol tərtib olunur, 06 sentvabr 2024-cü il tarixdə isə onun ünvanına həmin inzibati xəta ptotokol üzrə inzibati işə 11 sentyabr 2024-cü il tarixdə, saat 15:00-da baxılması barədə bildiriş göndərilir. Həmin bildirişlər isə ona 12 sentyabr tarixdə təqdim edilmişdir. Protokola baxılması barədə bildirişin protokola baxılmasından sonrakı gün ona çatdırıldığı və protokol üzrə inzibati xəta haqqında işə onun iştirakı təmin olunmadan baxıldığı üçün həmin protokol əsasında verilmiş 11 sentyabr 2024-cü il tarixli qərarı tamamilə qanunsuz və əsassız hesab edir. X8 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. X8 xx.xx.2024-cü il tarixdə ərizə verərək onunla olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsini xahiş etmişdir. İslamova Ləman ərizə verdikdən sonra xx.xx.2024-cü il tarixdə bayram qabağı qısaldılmış iş günündə iki saatlıq işdə olmuşdur. Bundan sonra bayramlara görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər qeyri iş günü olmuşdur. Bayramlar qurtardıqdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən Ləman İslamova əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyi xx.xx.2024-cü il tarixə qədər işə çıxmamışdır. Onunla telefon vasitəsi ilə əlaqə saxlanılıb ona şifahi xəbardarlıqlar edilsə də, heç bir nəticəsi olmamış və ərizəsi nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. X8 isə qərəzli olaraq “Facade" MMC barədə əsassız şikayət etmişdir. Müvafiq sənədlərdən də görünür ki, İslamova Ləman ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu xx.xx.2024-cü il tarixdə ərizə verərək əmək müqaviləsinə növbəti ayın xx.xx.2024-cü il tarixində xitam verilməsini xahiş etmişdir. İslamova Ləman xx.xx.2024-cü il tarixdə bayramlar qabağı qısaldılmış iş günündən sonra işə çıxmamışdır. Qərarda inzibati xəta pozuntusu kimi Əmək Məcəlləsinin 192.4-cü maddəsinə istinad olunmuşdur. Həmin maddədə qeyd edilir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi həmin maddə imperativ norma deyildir - verilməlidir kimi qeyd edilməmişdir. Protokol əsasında qərar pozuntunun baş verməsində işəgötürənin təqsiri araşdırılmadan təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Belə ki, işə qəbul olan işçinin bank hesabı açılmaqla ona bank tərəfindən əmək haqqı kartı verilməlidir. Bu proseduru həyata keçirmək üçün əmək haqqı hesabının açılması üçün işçinin portaldan çıxarılmış əmək müqaviləsi bildirişi və şəxsiyyət vəsiqəsinin surəti işəgötürən tərəfindən banka təqdim edilir. Bundan sonra bank 2-5 iş günü ərzində müqaviləni işəgötürənə göndərir. İşçi həmin müqaviləni imzaladıqdan sonra müqavilə təkrar banka göndərildikdən sonra əmək haqqı hesabı açılmalı və işçiyə əmək haqqı kartı verilməlidir. Göründüyü kimi bu prosedurun həyata keçirilməsi üçün müəyyən müddətlər keçmiş olur. Ona görə də bu prosedurların başa çatdırılması X3 xx.xx.2024-cü il tarixdən sonra əmək müqaviləsinə xitam verilən günədək işə çıxmaması səbəbindən bank tərəfindən təqdim edilmiş sənədlərin ona imzalatdırmaq mümkün olmamış, nəticədə X3 ərizəsi əsasında onunla olan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdə ona düşən bütün ödənclərin verilməsi işəgötürən tərəfindən obyektiv səbəblərdən mümkün olmamışdır. Göründüyü kimi qeyd etdiyi səbəblərdən formal olaraq inzibati xəta pozuntusu faktı baş versə də, lakin bu pozuntuda işəgötürənin təqsiri yoxdur. Ona görə də hesab edir ki, qərar aşkar olunmuş pozuntu üzrə səbəbləri arşdırmadan, onun iştirakı təmin olunmadan, müvafiq sənədlər tələb edilmədən, təqsirinin olub-olmaması araşdırılmadan şikayətçi X3 təqsirli, qərəzli hərəkətlərinə hüquqi qiymət verilmədən onun barəsində qərəzli olaraq tərtib edilmişdir. Hesab edir ki, son haqq-hesabın gecikdirilərək ödənilməsi faktında işəgötürənin heç bir təqsiri olmamış və bu gecikdirilmə işçinin birbaşa subyektiv təqsirindən baş vermişdir. İnzibati xəta aşkar olunsa da, onun baş verməsində işəgötürən "xxxx" MMC-nin heç bir təqsiri olmamış və qərarda təqsirliliyi təsdiq edən edən heç bir sübut yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta törətmək haqqında şəxsin təqsiri və s. hallar qərəzli olaraq araşdırılmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibat tənbeh vermə haqqında 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X10 və MMC-nin nümayəndəsi X5 ayrı-ayrılıqda şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X14 izahatında göstərdi ki, "xxxx" MMC barəsində X9 Xidmətinə şikayət daxil olmuş, şikayət araşdırılan zaman müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən şirkətin əməkdaşı olmuş X8 04 iyul 2024-cü il tarixdə işdən azad edilsə də, sonuncuya son haqq-hesab 11 iyul 2024-cü il tarixdə ödənilmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən son haqq-hesab işçi işdən azad olunduğu gün ödənilməlidir. Buna görə də "xxxx" MMC-nin direktoru X7 bildiriş ünvanlanaraq X9 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilsə də, sonuncu X9 Xidmətinin Bakı şəhər İdarəsinə gəlməmişdir. Bundan sonra işin halları tam, obyektiv formada araşdırılaraq "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 05 sentyabr 2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən "xxxx" MMC-nin direktoru X4 700 manat cərimə edilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Qərar qanuni və əsaslıdır. Şikayət tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnzibati tənbeh vermə haqqında” 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəllləsinin 68.2 “a” bəndi ilə xitam verilmiş, lakin ona çatacaq son haqq-hesabı həmin Məcəllənin 172.4-cü maddəsinnin tələbləri pozularaq, gecikdirilərək xx.xx.2024-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X4 barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X4 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X10 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar