Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3005/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X9, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X5 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X14 Azərbaycan Respublikasınən Əmək və X15 Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, direktoru olduğu “TVH NET RABİTƏ TƏMİR TİKİNTİ" MMC (VÖEN: **********) podrat müqavilələri əsasında Respublikamızın müxtəlif rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə GPON layihəsi üzrə müxtəlif rabitə xətlərinin-tikintisi ilə məşğuldur və bu prosesdə 40-60 nəfər ölkə vətəndaşları məşğulluğa cəlb etməklə, ölkə vətəndaşlarının məşğulluq problemlərinin həlli yolunda öz töhvələrini verirlər. İşğaldan azad edilmiş ərazilərdə işlərin yerinə yetirilməsinə cəlb edilməli olan işçilərə əvvəlcədən DİN tərəfindən icazələrin verilməsi kimi xüsusi rejim mövcuddur və bu icazəni onlar təqdim etdiyi işçi siyahıları əsasında “Sifarişçi”lərimiz aidiyyati orqanlara sorğu göndərməklə təmin edirlər. Praktikaya istinad edərək bildirmişdir ki, adətən icazənin alınması prosesinə 5-10 gün vaxt sərf edilir. İcra etdikləri işin xarakterindən asılı olaraq bəzən, təcili əlavə işçi qüvvəsinə və ya mütəxəssisə ehtiyac yaranır. Odur ki, ehtiyat məqsədi ilə, bu ehtiyacı operativ şəkildə təmin etmək üçün, ehtimal olunan işçilərə də, həmin zonalara getməsələr belə, əvvəlcədən icazə üçün sifariş verirlər. Adətən icazə müddəti 2 (iki) aylıq olur və müddətin sonunda avtomatik olaraq qüvvədən düşür. Məntiqi olaraq, yeni icazə üçün müraciət edildikdə köhnə siyahıda adı olmuş, lakin yeni siyahıya daxil edilməyən işçilərin icazələri də avtomatik olaraq qüvvədən düçmüş hesab edilir. Ümumiyyətlə, onlar müəssisə olaraq icazələrin alınması, uzadılması və ləğv edilməsi prosesində yalnız siyahıları təqdim edirlər. İcazələrin alınması, uzadılması və ləğv edilməsi onların iradələrindən kənar aidiyyati orqanlar tərəfindən icra edildiyinə görə, ordakı hər-hansı uyğunsuzluğun hüquqi məsuliyyətindən sığortalanmış olurlar .Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol haqqında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib-törədilməməsi. Əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsirinin olubolmaması müəyyən edilməmiş və nəticədə X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan, vəzifəli şəxs kimi mülahizələri nəzərə alınmadan haqqında qərar qəbul edilmişdir. Bundan başqa işçilərin əmək müqavilələrinə xitam verilməsi barədə məlumatların, əmək müqaviləsinin xitamı barədə əmrlərin, əmək müqaviləsinin xitamı barədə bildirişlərin da elektron portal sisteminə yerləşdirilməsinə lazımi şəkildə yanaşılmamışdır. Protokolu tərtib edən tərəf əsasən o fakta əsaslanmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə 103/2024K saylı, xx.xx.2024 tarixli əmrlə 31 iyul 2024-cü il tarixdə işdən azad edilmiş X7, 105/2024K saylı, xx.xx.2024-cü il tarixli əmrlə 31 iyul 2024-cü il tarixdə işdən azad edilmiş X3 və 102/2024K saylı, xx.xx.2024-cü il tarixli əmrlə 31 iyul 2024-cü il tarixdə işdən azad edilmiş X11 adları DİN portalındakı icazələr siyahısında işdən azad edildikləri tarixdən sonra da mövcud olmuşdur. Halbuki, bu şəxslərin adları ehtiyat işçi kimi icazə siyahısına salınmış və icazə verilmiş müddət ərzində işğaldan azad edilmiş zonalara daxil olmamışlar. 68.2-a maddəsinə əsasən ərizələrinə uğun olaraq işdən azad edildikləri müddətə qədər digər rayonlarda işçi kimi, müəssisələrin onlara həvalə etdiyi işlərin icrası ilə məşğul olmuşlar. O, əgər ehtiyac olarsa, bir sübut kimi adları yuxarıda keçən şəxslərin şahid qismində içtiraklarını təmin etməyə hazırdır. Yox əgər, İddiaçı tərəfin əlində həmin şəxslərin, işdən azad edildikləri tarixdən sonrakı müddətdə həmin ərazilərə daxil olmaları və əgər bu hal baş veribsə də məhz onların müəssisənin işini icra etmələri barədə dəlil-sübutları varsa təqdim etmələrini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X10 şikayətin məzmununa uyğun çıxış edərək barəsində olan Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X20 protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş X16 rabitəçi işlədiyini, "xxxx" MMC-nin direktoru X10 tərəfindən işə götürüldüyünü, işğaldan azad olunmuş ərazilərdə işlədiyini, buna görə əmək haqqı aldığını bildirmişdir. Əmək müqaviləsi əsasında işlərə cəlb olunduğunu qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə ailə vəziyyəti ilə bağlı qayıtmalı olduğu üçün "xxxx" MMC-də işdən çıxdığını bildirmişdir. İşdən çıxdıqdan sonra həmin ərazidə olmamışam. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Daxili İşlər Nazirliyi tərrfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmadan X16, X21 və X12 adlarına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki,“İşğaldan azad olunmuş ərazilərə buraxılış” İnformasiya X1, X4, X8 hansı tarixlərdə Qarabağ-Zəngəzur iqtisadi rayonlarına daxil olması və hansı tarixlərdə həmin əraziləri tərk etməsi barədə məlumat verilməsi istənilmiş lakin bu vaxtadək heç bir məlumat verilməmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 102/2024K nömrəli Əmrdən aydın olur ki, X13 əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 103/2024K nömrəli Əmrdən aydın olur ki, X8 əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 105/2024K nömrəli Əmrdən aydın olur ki, X4 əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli "xxxx" MMC-nin direktoru X5 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərdən, eləcə də tərəflərin çıxışlarından və məhkəmə iclasına dəvət edilərək dinlənilmiş şahid ifadəsindən aydın olur ki, X10 tərəfindən qərarda adları göstərilən şəxslər "xxxx" MMC-də əmək müqaviləsi əsasında işə qəbul edilmişlər, işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər və həmin şəxslər xx.xx.2024-cü il tarixdə əmək müqavilələrinə xitam verilməklə işdən azad edilməklə ərazini tərk etmişlər. X8, X13 və X6 əmək müqavilələrinə xitam verildikdən sonra yenə də işlərə cəlb edilməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin direktoru X5 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3005/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3005/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver