Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3009/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X6, Zərərçəkmiş şəxs-X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən daxil olmuş 17 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11.08.2021-ci il tarixdə X2 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X8 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Röyalə Paşayeva 20.08.2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, 11.08.2021-ci il tarixdə saat 15:00 radələrində qonşuluqda yaşayan Şəxs onu və həyat yoldaşı Saiq İbayevi yaşadıqları evə dəvət etmiş, orada onlar arasında mübahisə baş vermişdir. Hadisə ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Daha sonra vətəndaşın müraciəti qeydə alınmış və araşdırma aparılmağa başlanılmış, tərəflərin izahatları alınmışdır. Lakin material üzrə kifayət qədər sübutlar məcmusu olmadığından, habelə zərərçəkmiş şəxsə dəymiş bədən xəsarətləri dərəcəsi təyin edilmədiyindən xəsarətlər olduğundan cinayət işinin başlanılması rədd edilmiş, lakin qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək Şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 X10 23.08.2021-ci il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər – sol mil bilək oynağının ön səthinin səthi kəsilmiş yarası kəsici əşyanın, ola bilsin ki, sınmış şüşənin iti kənarının təsirindən, sol bazunun, qarının ön səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 11.08.2021-ci il tarixdə əmələ gəlməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəmədə təqdim edilmiş 17.11.2021-ci il tarixli ərizədən görünür ki, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəmədə təqdim edilmiş 17.11.2021-ci il tarixli ərizədən görünür ki, X5 ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, tərəflərin barışmasının Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3009/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3009/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver