Məhkəmə qərarları › İş №3(005)-301/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-301/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-301/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızı Mayılzadə Gülzadə Çingiz qızının iclas katibliyi ilə Barəsində protokol tərtib olunan şəxs Şəxs iştirarı ilə, xx.xx.1966-ci ildə Ermənistan, Mehri Rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXP ******* nömrəli 16 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs çıxış edərək bildirdi ki, İXP ******* nömrəli 16 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə cərimə borclarını ödəmişdir. Müvafiq sənədləri məhkəməyə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “AsanPay” ödəniş terminalından çıxarılmış çıxarışdan görünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni ödəmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 529.3-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində İXM-nin 529.3-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1,43, 48-51, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilsin, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Əlisoy Xalidə İş № 3(005)-48/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov rayon məhkəməsi 06 yanvar 2023-cü il Bakı Şəhəri Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Barəsində protokol tərtib olunan şəxs X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 16:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 məhkəmə iclasına gəlmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinin mümkünlüyü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fikrini dinləyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs : - Hörmətli hakim! İnzibati protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı: -İş üzrə inzibati protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin Mayılzadə Gülzadə Çingiz qızı olduğunu elan edir, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqularını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyənləşdirir: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X3, xx.xx.1972-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Sədrlik edən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəməyə SMSRadar bildirişlərini təqdim edir. Sədrlik edən təqdim edilmiş SMSRadar bildirişlərini nəzərdən keçirir, elan edir və iş materiallarına əlavə edir. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 izahatı: - Hörmətli hakim! Hazırda mənim tərəfimdən inzibati cərimə tam ödənilmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edənin sualına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cavabı. - Cəriməni tam olaraq ödəmişəm. Suallar daxil olmadı. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası sat 17:00-da bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar