Məhkəmə qərarları › İş №3(005)-3012/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3012/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3012/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5, Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri N.Nərimanov rayonu A.M Cümə küçəsi ilə Z.Bünyadov prospekti istiqamətində İXM 327.4 maddəsi ilə **-DY-*** dövlət qeydiyyatlı minik avtomobili üzrə ona İXP ******* nömrəli protokol tərtib edilmişdir. Lakin həmin (İXP 4914400) nömrəli protokolun tərtib edilməsindən tam məlumatsız olmuşdur. Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə, məlumat verilməsi zəruri olsada ona həmin qərar haqqında heç bir məlumat, sübüt və dəlil verilməmişdir. 12 gündən sonra yəni xx.xx.2022-ci il tarixində gizli nömrə ilə Polis əməkdaşı protokol haqqında onun qardaşı X4 zəng etmiş və Bakı Şəhər DYP idarəsinə gəlməsini tələb etmişdir. Qardaşı isə cərimə varsa ünvanlarına göndərilməsini bildirmişdir. Polis əməkdaşı isə ona yəni, X3 tərtib olunan və qərar qəbul edilməyən protokol saylarının çoxluğunu, cərimə məbləğlərinin yüksək olmasını və 12 bal düşəcəyini bildirmiş və onlar Bakı Şəhər DYP 108-ci otağa gəldikləri halda cərimələrdə xüsusi güzəşt ediləcəyini bildirmişdir. Qardaşı Polis əməkdaşına “cərimə varsa göndər ünvana ödəyək” demişdir. Polis əməkdaşı isə öz qanunsuz tələbini, onların YPX idarəsinə gəlməsi tələbini etmişdir. O, həmin zaman elektron informasiya asan pay sisteminə daxil olaraq adına hal hazırki İXP ******* protokolun olmadığının şahidi olmuşdur. Bu zəngin qeyri-qanuni olduğunu anlamışdır. Növbəti dəfə xx.xx.2022-ci il tarixində saat 12:50 radələrində həmin Polis əməkdaşı (070 544-46-24) nömrəsi ilə qardaşı X4 (051 729-09- 59) zəng edərək bir daha Bakı Şəhər YPX idarəsinə gəlməklərini tələb etmişdir. Qardaşı polis əməkdaşından cərimələri varsa qanuni şəkildə ev ünvanlarına göndərilməsini xahiş etmiş və Bakı Şəhər YPX idarəsinə gələ bilməyəcəklərini demişdir. Adını bilmədikləri polis əməkdaşı hədəli şəkildə yaxşı günah məndən keçdi deyərək onda gedib cərimələrinizi ödəyərsiniz demişdir. Qısa zaman daxilində (30-40dəq) asan.pay dan sms gelmişdir ki, barənizdə İXP ******* saylı protokol tərtib olunmuşdur. O, dərhal Bakı Şəhər YPX idarəsinə getmiş və protokolun qərarının sürətini əldə etmişdir. Protokolun nə zaman kim tərəfindən yazılması qərarda qeyd olunsa da bu haqda məlumatı olmamışdır. Yəni protokolun sadəcə görüntü xarakterli olduğunun şahidi olmuşdur. Elektron informasiya sisteminə sorğu göndərilərək ona tərtib olunmuş İXP4914400 nömrəli protokolun tərtib olunması qanunvericilikdə tələb olunan tələblərə zidd olaraq qərarın qüvvəyə minmə müddəti polis əməkdaşının şəxsi iradəsi əsasında uzadılaraq yubadılmasını aşkar etmək olar. Bundan əlavə protokola heç bir dəlil, sübüt əlavə edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının Təqsirsizlik prezumpsiyasının 63-cü maddəsində də bildirilir ki, qanuni yolla əldə olunmayan foto və görüntülər əsassızdır və ümumiyyətlə ona heç bir görüntü və sübüt təqdim edilməyib. Bundan əlavə onun barəsində tərtib olunmuş İXP ******* saylı protokolda İXM-nin 100.1.8-ci maddəsinin tələbləri pozulmuş, protokol düzgün tərtib edilməmişdir. Belə ki texniki vasitənin sertifikatına dair məlumatlar gizlədilmişdir. Yəni bu YPX əməkdaşı tərəfindən yalnış formada həyata keçirilən icraatdır. Buradan belə qərara gəlmək olur ki, protokol kiminsə şəxsi iradəsi altında tərtib olunub. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Nissan Tida” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasiytəsini idarə edən X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinin pozulması faktına görə X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən araşdırılmalı, əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırki şəraitdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozmaqla aparılmışdır və onlara iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsində istinad oluna bilməz. 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tərtib edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırmamış və X5 barəsində xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X5 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməli və Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X9 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar