Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3013/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs vəkili X1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXMnin 198.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cəmiyyətin direktoru Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi X6 17 mart 2024-cü il tarixdə sağlamlığına yüngül zərər vurulması ilə bağlı xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cəmiyyətin direktoru Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi X6 17 mart 2024-cü il tarixdə sağlamlığına yüngül zərər vurulması ilə bağlı xəsarət almışdır. X8 protokolu müdafiə edərək qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs vəkili X2 çıxış edərək bildirmişdir ki, bədbəxt hadisə X3 xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Nərimanov rayonu, Atatürk prospekti, Gənclik metrosunun yaxınlığında iş vaxtı yükləmə işləri görərkən başının “Ford Transit” markalı **-JV-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxasında yerləşən dəmirə dəyərək xəsarət alması nəticəsində baş vermişdir. "xxxx" MMC-də işə başladığı zaman X6 ilə MMC arasında əmək müqaviləsi bağlanmışdır. Ona və digər işçilərə təlimat dövri olaraq Elmir adlı şəxs tərəfindən keçirilir. Yüklərin daşınması ilə bağlı ünvanlara getdikləri zaman işlərə nəzarəti qrup rəhbəri nəzarət edir, işə başladığı zaman ona kaska və əlcək verilmişdir, lakin kaska ilə işləmək onu narahat etdiyinən başından çıxarmışdır. Təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışdır. Lakin, hadisə zamanı öz ehtiyatsızlığından başını avtomobilin dəmir hissəsinə vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar X3 heç kəsdən şikayət və ya tələbi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cəmiyyətin direktoru Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçi X6 17 mart 2024-cü il tarixdə sağlamlığına yüngül zərər vurulması ilə bağlı xəsarət almışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, X6 "xxxx" MMC-də sürücü köməkçisi vəzifəsində işləyir."xxxx" MMC-nin sürücü köməkçisi X6 izahatında xx.xx.2024-cü il tarixdə saat 17:00 da iş yerinə gəldiyini, hadisəyə qədər qəbul etdiyi bir sifarişi icra etdiyini, hadisənin 22:30- 23:00 radələrində Nərimanov rayonu, Gənclik metrosu yaxınlığında baş verdiyini, sifarişə əsasən nişan xonçalarını avtomobilə yükləməli olduğunu, başında olan dəbilqəni və əlcəyini tərləməsin deyə çıxardığını, iş yoldaşının nişan xonçalarını qutuda yuxarı mərtəbədən lift vasitəsi ilə aşağı göndərdiyini, lifdən qutuları götürüb “Ford Tənzif markalı avtomobilə qoyduğunu, qutunu avtomobilə qoyarkən tələsdiyindən başını avtomobilin arxa hissəsinə vurduğunu, başının yaralandığını, ev sahibinin oğlunun və sürücünün yanına gəldiyini, hadisə yerinə təcilli tibbi yardım briqadasının çağırıldığını, onu müayinə üçün “X9” PHŞ-ə aparıldığını qeyd etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə saat 22 radələrindo Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəhlə kimi işlədiyi “Cargo.Az" MMC-dən (“166" yükdaşıma xidməti) gələn sifarişi yerinə yetirən zaman baş nahiyəsindən xəsarət almış və aldığı xəsarətlərlə bağlı “X11“ publik hüquqi şəxsinə aparılmışdır. Araşdırma zamanı izahatı alınmış X6 göstərmişdir ki, 2023-cü ilin noyabr ayından etibarən “Cargo.Az" MMC (166 yükdaşıma şirkətində fəhlə olaraq işə başlamışdır. İş rejimi həftənin bir günü istisna olmaqla, hər gün səhər saat 08:30-dan saat 19:00-dək olmuşdur. Bəzən isə, gecə növbəsində işləmişdir. İşi “166” yükdaşıma şirkətinə gələn çağırışlar üzrə ünvanlara gedərək yüklərin daşınmasından ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində işdə olduğu zaman gələn sifariş üzrə iş yoldaşı Elçin və sürücü ilə birlikdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Muğan” bankın arxasındakı, ünvanını tam dəqiq bilmədiyi əraziyə getmişlər. Sifariş üzrə binanın 5-ci mərtəbəsində yerləşən mənzildən nişan qutularını endirib digər ünvana aparıb çatdırılmalı olmuşlar. Bununla bağlı işlərə başlamışdırlar. Belə ki, Elçin mənzilə qalxıb qutuları liftlə göndərir, sürücü liftin qapısını saxlayır, o isə, qutuları şirkətin “Ford“ tranzit markalı yük avtomobilinə yükləmişdir. İşin ortasında qutunu aparan zaman yük avtomobilinin arxa hissəsindən daxil olmaq istədikdə, başı avtomobilin yuxarı sındakı dəmirinə dəymiş və qan açılmağa başlamışdır. Dərhal təcili tibbi yardım çağırılmış və onu “X11"-ə aparmışdırlar. Orada ilkin tibbi yardım olunduqdan sonra evə buraxılmışdır. Hazırda vəziyyəti yaxşıdır. Elmin Rəhimov əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC-də işə başladığı zaman onunla MMC arasında əmək müqaviləsi bağlanmışdır. Ona və digər işçilərə təlimat dövri olaraq SƏTƏM Elmir adlı şəxs tərəfindən keçirilir. Yüklərin daşınması ilə bağlı ünvanlara getdikləri zaman işlərə nəzarəti qrup rəhbəri nəzarət edir, işə başladığı zaman ona kaska və əlcək verilmişdir, lakin kaska ilə işləmək onu narahat etdiyindən başından çıxartmışdır. Təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışdır. Lakin, hadisə zamanı öz ehtiyatsızlığından başını avtomobilin dəmir hissəsinə vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar heç kəsdən şikayət və ya tələbi yoxdur. X3 Bakı şəhəri Nərimanov rayon prokurorluğunda toplanmış 194-C-24 nömrəli material üzrə əməldə Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC-nin iş apardığı sahələrdə işlərin icrası zamanı əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarının tələblərinin yerinə yetirilməsi məqsədilə cavabdeh şəxslərin tabeliklərində işçilərə görüləcək işə uyğun olaraq təlimat keçirmələri və təhlükəsizlik qaydalarının tələbləri izah etmələri əmr olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin işçilərin təhlükəsizlik qaydaları üzrə giriş təlimatlandırma qeydiyyatı jurnalından görünür ki, sürücü köməkçisi vəzifəsində işləyən X6 təlimatlandırılan istehsalatın fəhlə xidməti sahəsində işləməyə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əməyin təhlükəsizliyi normalarına əməl etməkdir. 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri Qanunvericiliyin məzmunundan aydın olur ki, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi ilə bağlı əmək şəraitini təmin etməlidir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaların pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, bədbəxt hadisə X3 xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Nərimanov rayonu, Atatürk prospekti, Gənclik metrosunun yaxınlığında iş vaxtı yükləmə işləri görərkən başının “Ford Transit” markalı **-JV-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxasında yerləşən dəmirə dəyərək xəsarət alması nəticəsində baş vermişdir. X6işə başladığı zaman onakaska və əlcək verilmişdir, lakin kaska ilə işləmək onu narahat etdiyinən başından çıxartmışdır. Təhlükəsizlik qaydalan ilə təlimatlandırılmışdır. Lakin, hadisə zamanı öz ehtiyyatsızlığından başını avtomobilin dəmir hissəsinə vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar heç kəsdən şikayət və ya tələbi yoxdur. Bundan başqa 10 yanvar 2024-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC-nin iş apardığı sahələrdə işlərin icrası zamanı əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarının tələblərinin yerinə yetirilməsi məqsədilə cavabdeh şəxslərin tabeliklərində işçilərə görüləcək işə uyğun olaraq təlimat keçirmələri və təhlükəsizlik qaydalarının tələbləri izah etmələri əmr olunmuşdur və "xxxx" MMC-nin işçilərin təhlükəsizlik qaydaları üzrə giriş təlimatlandırma qeydiyyatı jurnalından görünür ki, sürücü köməkçisi vəzifəsində işləyən X6 təlimatlandırılan istehsalatın fəhlə xidməti sahəsində işləməyə göndərilmişdir. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cəmiyyətin direktoru Şəxs tərəfindən bu qaydalar pozulmamışdır. Baş vermiş hadisə zamanı X3 öz ehtiyatsızlığından başını avtomobilin dəmir hissəsinə vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar heç kəsdən şikayət və ya tələbi yoxdur. Cargo.Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi ilə bağlı əmək şəraitini təmin etmişdir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3013/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3013/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver