Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3026/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X3, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti(bundan sonra-Xidmət) tərəfindən “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin(bundan sonra-Cəmiyyət) vəzifəli şəxsi X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar(bundan sonra-İnzibati tənbeh vermə haqqında Qərar) qəbul edilmişdir. Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki "xxxx" MMC-nin https://www.azerpost.az/az/tracking/ poçt göndərişlərinin izlənməsi sistemi məlumatlarına əsasən SS906520715AZ nömrəli poçt göndərişi xx.xx.2024-cü il tarixdə AZİ 113 saylı Poçt Məntəqəsi Xidmətdən qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə saat 16:45-də AZ 1069 Poçt məntəqəsi tərəfindən X5(bundan sonra- Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) çatdırılmışdır. Xidmətin 05 sentyabr 2024-cü il tarixli, 3-17-3/2-Ə-60165/2024 nömrəli məktubunda bildirilir ki, xx.xx.2024-cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qüvvəyə minmiş və 3000(üç min) manat cərimə məbləği ödənilməlidir. Lakin, xx.xx.2024-cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar və həmin qərarın qəbul edilməsinə əsas hesab olunan digər sənədlər Xidmət tərəfindən rabitə kanalları vasitəsi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə çatdırılmamış, müvafiq bildirişlər təqdim olunmamış və məlumatlandırma həyata keçirilməmişdir. Xidmətin 05 sentyabr 2024-cü il tarixli, 3- 17-3/2-Ə-60165/2024 nömrəli məktubu ilə təqdim olunmuş İnzibati tənbeh vermə haqqında Qərardan məlum olur ki, sözügedən Qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokola(bundan sonra -İnzibati xəta haqqında protokol) əsasən qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olaraq Xidmət tərəfindən vəzifəli şəxs qismində barəsində inzibati xəta haqqında qərar qəbul olunmasından məlumatsız olmuşdur. Xidmət tərəfindən qanunvericiliyin tələbləri pozularaq eyni inzibati xəta haqqında iş üzrə aparılan icraat ilə hüquqi şəxs qismində rəhbərlik etdiyi Cəmiyyət barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoluna Binəqədi Rayon Məhkəməsində baxılmış və Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(001)-4256/2024 nömrəli Qərardadı ilə iş geri qaytarılmışdır. Məhkəmə tərəfindən işin geri qaytarılmasına əsas Xidmət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 16-1-ci fəslinin müddəalarına, yəni əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbarisığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərinə riayət edilməsidir. Belə ki, 09 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X1 və X6 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən məlum olur ki, baxılan iş üzrə Xidmət tərəfindən hər hansı araşdırma aparılmamış, sübutlar toplanmamış və yuxarıda qeyd olunan şəxslərin Cəmiyyətdə əmək fəaliyyətinə cəlb olunması sübuta yetirilməmişdir. Xidmət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi məlumatına istinad edərək inzibati xəta haqqında qərar qəbul etmişdir. "xxxx" MMC-yə ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-40358/2024 nömrəli məktubundan göründüyü kimi hüquqi şəxs 09 iyul 2024-cü il tarixdə iş üzrə icraatın başlanması ilə əlaqədar adı çəkilən quruma dəvət olunmuş, həmçinin həmin tarixdə hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyətinə cəlb olunması üçün “iş icazəsi” növündə bir icazənin alınması nəzərdə tutulmamışdır. Eyni zamanda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi adlı portal və həmin portal üzərindən real vaxt rejimində gücləndirilmiş elektron imza ilə təmin edilən “iş icazəsi” növü mövcud deyil. İşğaldan azad olunmuş ərazilərə buraxılış rejimi bütün fiziki və hüquqi şəxslər üçün tətbiq olunur. Ona görə də, həmin ərazilərə buraxılış icazəsi alınmış şəxslərin işçi olaraq qəbul edilməsi Xidmətin düzgün olamayan inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi ilə nəticələnmişdir. Xidmətin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında protokoldan və İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti inzibati xəta haqqında icraat zamanı buraxılış icazəsi alınmış şəxslərin əmək fəaliyyətinə cəlb olunubolunmaması, həmin ərazilərə gedib-getməməsi və vəzifəli şəxsin təqsirinin olub-olmaması faktı araşdırılmamışdır. Belə ki, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərdə layihələrə işçi qüvvəsinin cəlb olunması üçün işə qəbul (uyğun kadrların axtarılması, seçilməsi və yerləşdirilməsi) proseduru tətbiq olunur. Bəzi hallarda işə qəbulun bütün mərhələlərini keçən şəxslər əmək müqaviləsi bağlamaqdan və ya əmək müqaviləsi bağladıqdan sona işləməkdən imtina edir. Buraxılış icazələrinin alınması üçün 15(on beş) gündən artıq vaxt tələb olunur. Bu müddət ərzində müxtəlif səbəblərdən buraxılış icazəsi alınmış şəxs Cəmiyyətdə çalışmaqdan imtina edir. İş üçün müraciət etmiş və ya işə qəbul prosedurununun bütün mərhələlərini keçmiş şəxslər bir çox halda işləyəcəkləri yeri görmək, həmin ərazinin iqlim şəraiti ilə tanış olmaq, iş yerində əmək şəraiti ilə tanış olmaq hüququndan istifadə edir. Bir çox halda şərtlərlə razılaşmayan şəxslər əmək müqaviləsi bağlamaqdan və ya onunla əmək müqaviləsi bağlanılmış olsa belə işləməkdən imtina edir. Ona görə Xidmət tərəfindən buraxılış icazəsi alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedib-getməməsi və həmin ərazilərdə əmək fəaliyyətinə cəlb olunub-olunmaması dəqiqləşdirilməlidir. Mötəbər dəlillərlə və qanuni yolla əldə olunmuş sübutetmə vasitələri ilə inzibati xətanın bütün əlamətlərini daşıyan inzibati xəta aşkarlandıqda Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmalı və bundan sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Bununla yanaşı inzibati xəta haqqında icraat aparılarkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsi Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(001)-4256/2024 nömrəli Qərardadı ilə iş geri qaytarılmışdır. İşin geri qaytarılmasına əsas İnzibati Xətalar Məcəlləsinin 16-cı fəslinin tələblərinə riayət olunmamasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ləğv olunması və başladılmış inzibati xəta haqqında icraata xitam verilməsi xahiş olunmuşdur. Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 yazılı izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə xx.xx.2024cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar(bundan sonra-İnzibati tənbeh vermə haqqında Qərar) qəbul edilmişdir. Aşağıda qeyd olunan səbəblərə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN1613426 nömrəli İnzibati tənbeh vermə haqqında Qəran ləğv olunmalı və başladılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması üçün işəgötürənlər tərəfindən “iş icazə” növündə bir icazənin alınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər arasında “iş icazəsi” növündə bir icazənin verilməsinə mövcud deyil. “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən və ya yazılı qaydada rəsmi müraciət edərək hər hansı şəxs və ya şəxslər üçün “iş icazəsi” növündə bir icazə alınmamışdır. Son vaxtlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması layihələrin icrasına cəlb olunmuş yerli və xarici investisiyalı şirkətlərin vəzifəli şəxsləri barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və həmin şirkətlər isə hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunması üçün tərtib olunmuş inzibati xəta haqqında iş üzrə protokollar müvafiq qərar qəbul edilməsi üçün məhkəmə orqanlarına göndərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti inzibati tənbeh vermə haqqında protokolları və qərarları onunla əsaslandırılır ki, işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin icrasına cəlb olunmuş fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən “iş icazəsi” alınmış şəxslərin adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi olmamış və həmin şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi fəaliyyət göstərmir. Eyni zamanda həmin Nazirlik tərəfindən fiziki şəxslər üçün “iş acazəsi” verilmir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 1170 nömrəli, 29 oktyabr 2020-ci il tarixli Fərmanının 6.5-1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında” Əsasnamənin 3.1.22. bəndində zərurət olduqda, müvafiq əraziyə giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirmək və həmin rejimin tətbiqini müvafiq ərazinin komendantı vasitəsilə təmin etmək vəzifəsi Xüsusi nümayəndəliyin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemi üzərindən verilmiş icazələr vətəndaşların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Elektron Xidmətlər Kabinetinin yeni müraciətlər bölməsində görsənir. İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsi olan şəxslər icazənin statusu, buraxılışın verildiyi ərazi və qüvvədə olma müddəti ilə həmin kabinetdən tanış ola bilər. Bu icazələr, həmin ərazilərdə ictimai asaiyişi və təhlükəsizliyi təmin etmək üçün tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərə işgüzar məqsədlər üçün buraxılış icazələrinin alınması layihə sifarişçisi tərəfindən həyata keçirilir. Buraxılış icazəsi üçün subpodratçılar podratçılara və podratçılar isə sifarişçiyə buraxılış icazəsi alınması üçün müraviət edir. Lakin, Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər onların müraciəti əsasında verilmiş buraxılış icazəsi ilə tanış ola bilmir. Eyni zamanda icazənin statusu ilə bağlı hər hansı əməliyyat icra edə bilmir. Buraxılış icazələri ilə bağlı sifarişçi təşkilatlar xüsusi nümayəndəliklər vasitəsi ilə icraçı təşkilatlar üçün həmin icazələrin alınmasını həyata keçirir. Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına əsasən Azərbaycan Respublikasında 164 dövlət qurumu tərəfindən 1227 dövlət xidməti göstərilir. Həmin dövlət xidmətlərindən 639-u elektron qaydada təqdim olunur. Dövlət Xidmətlərinin Elektron Reyestrində yalnız Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi alınması nəzərdə tutulur. Digər hallarda vətəndaşlıq vəziyyətindən asılı olmayaraq hər hansı fiziki şəxs üçün iş icazəsinin alınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyətinə cəlb olunması üçün “iş icazəsi” növündə bir icazənin alınması nəzərdə tutulmur. Eyni zamanda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi adlı portal və həmin portal üzərindən real vaxt rejimində gücləndirilmiş elektron imza vasitəsi ilə əldə olunan “iş icazəsi” növü mövcud deyil. İşğaldan azad olunmuş ərazilərə buraxılış rejimi bütün fiziki və hüquqi şəxslər üçün tətbiq olunur. Ona görə də, həmin ərazilərə buraxılış icazəsi alınmış şəxslərin işçi olaraq qəbul edilməsi, həmin icazələrin “iş icazəsi” adlandırılması və “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sisteminin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi olaraq adlandırılması qanunaziddir. Xidmət tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunmuş sahibkarların kütləvi şəkildə inzibati qaydada cərimələnməsi qərəzli və məqsədlidir. Mövcud olmayan informasiya sisteminə, mövcud olmayan icazə növünə və baş verməyən inzibati xəta hadisəsinə görə Xidmət tərəfindən vəzifəli şəxslər barəsində inzibati tənbeh vermə haqqında qərar ilə 3000(üç min) manatdan 5000(beş min) manatadək cərimə tətbiq olunur. Bununla yetinməyən Xidmət rəhbərliyi eyni zamanda hüquqi şəxs barəsində protokol tərtib edərək 20000(iyirmi min) manatdan 25000(iyirmi beş min) manatadək cərimə tətbiq olunması üçün inzibati xəta haqqında protokol və iş materialları baxılması üçün məhkəməyə göndərilir. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti onların apardığı inzibati xəta haqqında icraatla bağlı verilmiş şikayətlərə müraciətin məzmununa aid olmayan cavablar verir və qanunazidd qərarları əsassız istinadlarla müdafiə olunur. Belə ki, Xidmətə inzibati xəta haqqında sübutların olmadığı bildirildikdə həmin qurum tərəfindən tərtib olunmuş protokollar sübutetmə vasitəsi kimi təqdim olunur. Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərdə icra olunan layihələrə işçi qüvvəsinin tədarükü üçün işə qəbul (uyğun kadrların axtarılması, seçilməsi və yerləşdirilməsi) proseduru tətbiq olunur. Bəzi hallarda işə qəbulun bütün mərhələlərini keçən şəxslər əmək müqaviləsi bağlamaqdan və ya əmək müqaviləsi bağladıqdandan sona işləməkdən imtina edir. Buraxılış icazələrinin alınması üçün 15(on beş) gündən artıq vaxt tələb olunur. Bu müddət ərzində müxtəlif səbəblərdən buraxılış icazəsi alınmış şəxs Cəmiyyətdə çalışmaqdan imtina edir. Bir çox hallarda isə iş üçün müraciət etmiş və ya işə qəbul prosedurununun bütün mərhələlərini keçmiş şəxslər əmək müqaviləsi imzalamamışdan əvvəl işləyəcəkləri yeri görmək, həmin ərazinin iqlim şəraiti ilə tanış olmaq və iş yerində əmək şəraiti ilə tanış olmaq hüququndan istifadə edir. Bir çox halda şərtlərlə razılaşmayan şəxslər əmək müqaviləsi bağlamaqdan və ya onunla əmək müqaviləsi bağlanılmış olsa belə işləməkdən imtina edir. Göründüyü kimi Cəmiyyət bir başa hər hansı qurumdan və informasiya sistemindən real vaxt rejimində gücləndirilmiş elektron imza vasitəsi ilə hər hansı icazə alınması və həmin icazələrin ləğv olunması üçün müraciət etməmişdir. Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərə buraxılış icazə alınmış X7 əmək müqaviləsi əsasında əmək fəaliyyətinə cəlb olunmuşdur. Onun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Dövlət orqanı buraxılış icazəsi olan şəxsləri iş başında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətini icra edərkən aşkarlamamış və rəsmiləşdirməmişdir. Protokol mənbəyi məlum olmayan məlumatlar əsasında tərtib olunmuşdur. Xidmət tərəfindən buraxılış icazəsi alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedib getməməsi və həmin ərazilərdə əmək fəaliyyətinə cəlb olunub-olunmaması dəqiqləşdirilməlidir. Mötəbər dəlillərlə və qanuni yolla əldə olunmuş sübutetmə vasitələri ilə inzibati xətanın bütün əlamətlərini daşıyan inzibati xəta aşkarlandıqda Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Məhkəmə tərəfindən oda nəzərə alınmalıdır ki, elektron informasiya sistemlərindən aşkarlanan inzibati xətalar üzrə protokolların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş 2-1 nömrəli əlavədə göstərilmiş elektron protokol şəkilində tərtib olunmasını nəzərdə tutur. Yuxarıda qeyd olunanlara əlavə olaraq protokolu İXM-nin 127-4.1-ci bəndinin tələbləri pozaraq elektron qaydada tərtib etməmişdır. İXM-nin 127-4.1-ci bəndin tələblərində “Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.” qeyd olunur. Ümumiyyətlə yazılmış protokolü təsdiq edən hər hansı sübut Xidmət tərəfindən Cəmiyyətə təqdim olunmamışdır. Protokoldan da göründüyü kimi hansı sənədlərin əlavə olunması barədə qeyd olmadığı kimi həmin sənədlərin Cəmiyyətə göndərilməsi barədə də qeydlər öz əksini tapmamışdır. Bununlada İXM-nin 127-5.1.1-ci və 127-5.1.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. Müvafiq protokolda hansı məbləğdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulduğu qeyd edilməmişdir. Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 çıxış edərək bildirmişdir ki, o, 2024-cü ilin yanvar ayından 2024-cü ilin may ayınadək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. X7 əmək müqaviləsinə xitam verildikdən sonra Qarabağ-Şərqi Zəngəzur iqtisadi rayonuna getməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X11 məhkəmə iclasında çıxış edərək şikayətin əsassız olduğunu bildirmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarını müdafiə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 xx.xx.2024-cü il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(001)-4256/2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-cü maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasənəmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X10 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozuluraq işəgötürən tərəfindən X1 xx.xx.2024-cü il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. X1 xx.xx.2024-cü il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X10 barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 23 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata, ehtimal və formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat olmasına görə protokol tərtib edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X4 Azərbaycan Repsublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 16-1-ci fəslinin müddəalarına, yəni əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbarisığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətlərinə riayət edilməməsi səbəbindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(001)-4256/2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bununla da, X1 xx.xx.2024-cü il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat olmasına görə protokol tərtib edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Repsublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsi, həmçinin X1 və X2 əmək müqaviləsindən kənar işlərə cəlb olunması kimi hallara qiymət verib –vermədiyini müəyyən etmək olmur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X10 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Baxmayaraq ki, İXM-in 8.2-ci maddəsinə əsasən sübutetmək yükü inzibati orqanın üzərinə düşdüyündən və məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün deyildir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X10 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün olmadığından inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3026/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3026/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver