Məhkəmə qərarları › İş №3(005)-3034/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3034/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3034/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 tərtib edərək məhkəməyə göndərmiş oluduğu xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, icra sənədinin icrası cavabdeh təşkilatın rəisi Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmamış, ünvanına göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq qanunvericiliyin tələblərinə biganə yanaşaraq icra sənədinin icrasını təmin etməmişdir. Bununla da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-687/2023-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 məxsus ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair plan və ölçüsünün dublikatının verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədiBakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2509/2023 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-391/2024 saylı qərarı ilə dəyişdirilmədən qanuni qüvvəsində saxlanılmışdır. İcra sənədinin icrası üzrsüz səbəbdən icra olunmamışdır. Belə ki, dəfələrlə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqınHa Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanında məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi barədə məlumat verilsə də, cavabdeh hüquqi şəxs icra sənədini üzrə planölçür dublikatını vermək əvəzinə, zərurət olmadığı halda icra sənədinin izahı ilə məhkəməyə müraciət etmişdir. icra sənədi icra olunmadığından tələbkar X1 Ədliyyə Naziri: İcra Xidmətinə 32, hebelə icra şöbəsinə dəfələrlə cavabdehin inzibati məsuliyyətə cəlb olunmasına müvafiq ərizə və şikayətəri daxil olmuşdur. İcraat zamanı icra şöbəsinə daxil olmuş məktublara əsasən müəyyən edilmişdir ki, cavaba təşkilatın icra sənədinin izahı ilə müraciəti Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 687/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir və ondan cavabdeh təşkilat apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarda sı İlə təmin edilməmişdir. İcra sənədinin icrasının təmini məqsədilə borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşid, icra məmurununun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2024-ci il tarix inzibati protokolun veriləcəyi barədə xəbərdalıq edilmiş və xx.xx.2024-cu tarixdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materialllarla tanış olmaq, İzahat vermək, sübutlat təqdim etmək, etiraz vermək bu və ya digər hüquq olduğu bildirilmişdir. Həmçinin Şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrası maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərizə çatdırılmışdır. Qeyd edilən çağırış məktubu xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin elektron ünvanına göndərilmiş, habelə İdarənin poçt qutusuna qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs Süleyman oğlu şöbəyə gəlməmiş, cavabdeh təşkilat tərəfindən icra şöbəsinə verilmiş şifahi məlumata əsasən icra sənədinin icrası ilə bağlı irəliləyişlər olduğu bildirilsə də, bu bara də rəsmi cavab verilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs, protokol tərtib etmiş qurumun nümayəndəsinə və tələbkara məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-687/2023 saylı İcra Vərəqəsindən görünür ki, X2 məxsus ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair plan və ölçüsünün dublikatının verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması nəzərdə tutulmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-687/2023 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Belə ki, tələbkar X3 Ədliyyə Nazirliyi İcra Xidmətinin elektron ünvanına ərizə ilə müraciət edərək bildirmişdir ki, icra sənədi cavabdeh təşkilat tərəfindən tam icra edilmişdir. X3 tərəfindən icra xidmətinə ünvanlanmış məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs qeyd edilən icra sənədi üzrə öhdəlikləri tam şəkildə icra etdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-687/2023-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə, hazırki halda borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli icra sənədini icra tam şəkildə icra edildiyindən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar