Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3039/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Əlizadə Məhəmməd Nadir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Əlizadə Məhəmməd Nadir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Əlizadə Məhəmməd Nadir oğlu barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işə baxılması zamanı məhkəmənin elektron sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Əlizadə Məhəmməd Nadir oğlu ünvan 1i ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-nin 112.4-cü maddəsinə əsasən, məhkəmədə işə baxılarkən Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İXM-nin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əlizadə Məhəmməd Nadir oğlu barəsində İXM-nin 529.3-cü maddəsi ilə ilə İXP ******* nömrəli, xx.xx.2025 tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Əlizadə Məhəmməd Nadir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilsin. Hakimİ Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-3039/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3039/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver