Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3041/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:00-da ünvan 1 ünvanında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən avtodayanacağın (qarajın) təhvil verilməsinin təmin edilməsi tələb olunmuş, lakin hüquqi şəxs tərəfindən tələb icra olunmamış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində görülmüş bütün icra tədbirlərinə baxmayaraq öhdəliklərini icra etmir. Bu səbəbdən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-347/2022-017 nəmrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC tərəfindən tələbkar X4 3345 manat məbəğində pul vəsaiti və yeni inşa edilmiş 3 saylı binanın zirzəmisində 30 kv.m avtodayanacağın (qarajın) təhvil verilməsi müəyyən edilmişdir. Bununla bağlı hesab olunur ki, məhkəmə qətnaməsi Azərbaycan Respublikası adından qəbul olduğundan onun icra olunması bütün fiziki və hüquqi şəxslər ücün, o cümlədən borclu "xxxx" MMC ücün məcburidir və mütləq surətdə icra olunmalıdır. İcra sənədinə dair tələbkara 3345 manat ödənilməsi hissəsində qətnamə icra olunmuş və tələbkara qeyd olunan məbləğ tam ödənilmişdir. O, 30 kv.m avtodayanacağın (qarajın) təhvil verilməsi hissəsinin icrası ilə bağlı bildirmək istəyir ki, tikinti zamanı 3 saylı binan zirzəmisində olan dayanacaq yerləri hər nəqliyyat vasitəsi üçün 26.2 kv.m nəzərdə tutulmuş və bölgü həmin sahəyə uyğun aparılmışdır. Bu baxımdan qətnaməni həmin hissədə icra etmək üçün mütləq zurətdə nəzərdə tutulmuş istənilən sahəyə əlavə sahənin qatılması zəruriliyi ortaya çıxmışdır. Bununla əlaqədar, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyesti publik şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində də göstərilmişdir ki, cəmiyyət tərəfindən təqdim olunmuş əlavə 3.8 kv.m hissə ümumi hissəyə aiddir və eyni zamanda tövsiyyə edilmişdir ki, avtodayanacağın giriş hissəsində (5.40 kv.m olan hissəyə) 0.70 kv.m enində sahə əlavə olunsa, qərarda göstərilən 30.0 kv.m olan sahənin düzəlməsi mümkündür. Qeyd olunan mütəxəssis rəyinə əsasən tövsiyyə olunan (avtodayanacağın giriş hissəsində (5.40 kv.m olan hissəyə) 0.70 kv.m enində sahə) hissəyə 0.70 kv.m əlavə olunması borclu təşkilatın sahibkarlıq maraqlarına mənfi təsir göstərdiyindən və digər qonşuluqda olan dayanacağın tam istifadə yararlığına ziyan vurduğundan, qərarın icrası ilə bağlı 81 saylı sahənin qarşısında, ilkin olaraq, cəmiyyət tərəfindən, əlavə sahə kimi 3.8 kv.m sahə təklif olunmuşdur. Lakin, təkrar olaraq, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyesti publik şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində bir daha cəmiyyət tərəfindən təklif olunan 3.8 kv.m sahənin ümumi sahəyə aid olması qeyd olunmuşdur. Nəticədə, borclu tərəf Azərbaycan Respublikası adından qəbul olunmuş qətnaməni vicdanla icra etmək məqdəsini güdərək, eyni zamanda özunun sahibkarlıq maraqlarına zidd olaraq, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyesti publik şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində tövsiyyə olunmuş təklifi qəbul etmək məcburiyyətində qalmış və borclu X4 təklif olunan 81 saylı avtodayanacağın giriş hissəsində (5.40 kv.m olan hissəyə) 0.70 kv.m enində sahə əlavə olunmasını qərara almışdır. Hazırda məhkəmə qətnaməsində nəzərdə tutulmuş 30 kv.m sahə, tövsiyyə olunmuş təklif nəzərə alınmaqla, tələbkara təqdim olunmasına tam hazırdır. ƏMDX DƏDK və Reyesti publik şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində tövsiyyə olunan və tərəfimizdən təqdim olunan - 81 saylı avtodayanacağın giriş hissəsində (5,40 kv.m olan hissəyə) 0.70 kv.m enində əlavə olunan sahə, ümumi sahəyə deyil, avtodayanacaq hissəsinə aid hissədir. Bu hal cəmiyyət tərəfindən təqdim olunmuş avtodayanacağın təsdiq olunmuş layihəsindən çıxarışda da öz təsdiqini tapmışdır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X5 ilə “X10” MMC arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə əsasən ünvan 2 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağın (qarajın) təhvil verilməsi öhdəliyi “X10” MMC-nin üzərinə qoyulmalı, 3345 manat məbləğəndə pul borclu “X10” MMC-dən alınıb tələbkar X4 verilməlidir. Tələbkar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu borclu “X10” MMC-dən alınaraq tələbkar X2 xeyrinə tutulsun. İcra sənədləri xx.xx.2023-cü il tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu “X10” MMC tərəfindən 3345 manat pul vəsaiti tələbkarın hesabına ödənilmiş, lakin bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə əsasən ünvan 2 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağın (qarajın) təhvil verilməsi hissəsi icra olunmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı ünvan 2 ünvanındakı binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağın (qarajın) təyinatı üzrə (binanın ekspertiza rəyi ilə razılaşdırılmış layihəsi əsas götürülməklə) ayrılıb-ayrılmaması və ölçülərinin yerində düzgün müəyyən edilməsi məqsədi ilə mütəxəssisin dəvət edilməsi zərurəti yarandığı üçün xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda avtodayanacağın giriş hissəsinə (5.40 m olan hissəyə) 0,70 m enində sahə əlavə edilərsə qərarda göstərilən 30.0 kv.m sahə düzələr sözünü qeyd edilmişdir. Bununla da borclu “X10” MMC məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmişdir. X5 ilə “X10” MMC arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə əsasən ünvan 2 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağın (qarajın) təhvil verilməsi öhdəliyi “X10” MMC-nin üzərinə qoyulması, 3345 (üç min üç yüz qırx beş) manat məbləğəndə pul cavabdeh “X10” MMC-dən alınıb iddiaçı X4 verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “X10” MMC-dən alınaraq iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 31 iyul 2024-cü il tarixli məktubdan görünür ki, RAHATLİĞİN MƏKANİ-GOLD” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi sahə 30.0 kv.m təşkil edir. Lakin avtodayanacaq üçün şərti sərhədlərlə ayrılmış yararlı sahə 26.2 kv.m-dir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi sahənin 3.8 kv.m hissəsi ümumi istifadədədir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırması zamanı,. Bu halda məhkəmə hesab edir ki, hazırkı icra tədbirləri başa çatmadan hüquqi şəxs barəsində inzibati protokolun tərtib edilməsi yol verilməzdir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-347/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkara 3345 manat ödənilməsi hissəsində qətnamə icra olunmuş və tələbkara qeyd olunan məbləğ tam ödənilmişdir. Məhkəmə qətnaməsində nəzərdə tutulmuş 30 kv.m sahə, tövsiyyə olunmuş təklif (3.8 kv.m sahənin ümumi sahəyə aid olması) nəzərə alınmaqla, tələbkara təqdim olunmasına tam hazırdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 31 iyul 2024-cü il tarixli məktubdan görünür ki, RAHATLİĞİN MƏKANİ-GOLD” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi sahə 30.0 kv.m təşkil edir. Lakin avtodayanacaq üçün şərti sərhədlərlə ayrılmış yararlı sahə 26.2 kv.m-dir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin təklif etdiyi sahənin 3.8 kv.m hissəsi ümumi istifadədədir. Bununla da Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3041/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3041/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver