Məhkəmə qərarları › İş №3(005)-3043/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3043/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3043/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci Polis Şöbəsinin sahə inspektoru X1, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1 nömrəli A/Y ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 05 oktyabr 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci i tarixə saat 00:10 radələrində K.Kazımzadə küçəsi 30 ünvanında X7 məxsus “MAZDA CX-5” markalı 004D040 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Eyni zamanda Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:10 radələridnə Təbriz küçəsi 30 ünvanında “Mazda CX7” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilən 450 manat oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci i tarixə saat 00:10 radələrində K.Kazımzadə küçəsi 30 ünvanında X7 məxsus “MAZDA CX-5” markalı 004D040 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur, eyni zamanda vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:10 radələridnə Təbriz küçəsi 30 ünvanında “Mazda CX7” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilən 450 manat oğurlamışdır. Həmin ərizələr əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs xırda talamaya görə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talamaya görə inzibati məsuliyyət yaratdığından, Şəxs barəsində tərəfindən müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü xx.xx.2022-ci il tarixdə saat təxminən 01-00 radələrində Təbriz küçəsində “Zooloji park” istiqamətində piyada gəzərkən spirtli içki qəbul etdiyindən təbii ehtiyacını ödəmək üçün yeni tikili binanın zirzəmisə girməsini təbii ehtiyacını ödəmək ücün heç kimin görməyəcəyi yer kimi düşünərək orada saxlanılmış avtomobilin arxa hisəsində təbii ehtiyacını ödədikdən sonra avtomobilin qapsının açıq olduğunu düşünərək qapını açmış bu zaman avtomobilin siqnalı sisteminin işə düşdüyü üçün siqnalın səsini kəsmək məqsədi ilə qabaq sol qapının içəri hisəsindən üzlük hissəsini qopardmaq isdəmiş və avtomaşına maddi ziyan vurmuşdur. Bu zaman siqnal səsinə görə bir nəfər şəxsin ona yaxınlaşdığı gördükdə isə zirzəmidən çıxmaq isdəmiş, zirzəminin qarşısında polis maşınını və polis əməkdaşını görərək qorxaraq qaçmışdır. Həmin vaxt polis əməkdaşları onu görüb arxasınca qaçmışlar lakin buna baxmayaraq qaçaraq yaxınlıqda olan binalardan birinin blokunda gizlənmişdir. Həmçinin ünvan 2 ünvanımda xx.xx.2022-ci il tarixdə axşam saat 19:00 radələrində Mazda CX7 markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomoşının saxlanıldığını görmüşdür. Avtomobilə yaxınlaşıb sağ yan şüşəsini sındırmış və avtomobilin içərisindən 450 manat pul oğurlamışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirtdiyini, maddi vəziyyətinin pis olmasını, himayəsində azyaşlı övladının olmasını, bu səbəbdən də həmin əməllərə əl atdığını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, özünə məxsus dayan təxminən 2.500 manat olan 'NNB-125" markalı mopedi satmaq üçün “Tap.az” saytında elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 dərində bir nələr şəxs onunla telefonda danışaraq Bükı şəhəri ünvan 3 ünvanda görüşmüşlər. Həmin şəxslə mopedi ilkin ödəniş 100 manat ödəməklə, gündəlik 10 manat pul ödəmək şərtilə razılaşmışlar. Sonra yalnız şəxsiyyət vəsiqəsinin surətini götürərək mopedi X3 etibar edib vermişdir. Həmin gündən etibarən har gün 10 manat ödəməli olduğu halda Asifin telefon nömrəsinə zətıg çatmamış va bu günadak onunla heç bir əlaqə qurmamışdır. Sonradan məlum olmuşdur ki, Asif adlı şəxs onu aldadaraq götürdüyü mopedi Murad adlı şəxsə salmaq adı ila onu da aldadıb müəyyən məbləğdə pul almışdır. Eyni zamanda mopedini çətinliklə tapsa da mopeda məxsus bəzi detalların üzərində olmadığını aşkar etmişdir. Həmin detallar ümumilikdə 300 manat təşkil edir Bundan başqa 12 gün ərzində ona ödəməli olduğu 120 manat pulu da ödəməmişdir. Əvvəlcədən isə 100 manat pul vermişdir Hadisə nəticəsində ona 320 manat maddi ziyan dəydiyini bildirərək həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Mirsaleh Cavadov tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli Raportdan görünü ki, Azərbaycan Respublikasında yerləşən Rusiya Səfirliyində Ticarət Nümayəndəliyinin əməkdaşı vəzifəsində işləyən Moskva şəhəri Ramenskoye şəhəri Cuqonova küçəsi 28 ünvanında qeydiyyatda olan ünvan 5 yaşayan X5 idarə etdiyi Mazda CX-5 markalı 004D040 dövlət qeydiyyat nişanlı avtomobilin zədələməsi nəticəsində ona maddi ziyan dəymişdir. Lakin, Azərbaycan Respublikası CMnin 186-cı maddəsinə əsasən baş vermiş hadisəyə o zaman cinayət hüquqi qiymət verilir ki, zərərçəkmiş şəxsə 5000 manat məbləğində maddi ziyan dəymiş olsun. Belə olan halda toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə nəzərdə tutulan əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Hadisəni törədən Şəxs Azərbaycan Respubilkası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməlidir. Fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barəsində tərəfindən qərar qəbul edilmişdir. Hadisəni törədən şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan polis sahə inspektoruna göstəriş verilməsi xahiş olunmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi, h adisəni törədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi, Azərbaycan Respublikasında yerləşən Rusiya Səfirliyində Ticarət Nümayəndəliyini əməkdaşı vəzifəsində işləyən Moskva şəhəri Ramenskoye şəhəri Cuqonova küçəsi 28 ünvanında qeddiyatda olan ünvan 5 yaşayan X8 iadə etdiyi avtomobilə maddi ziyan dəyməsi barədə olan tələbi ilə əlaqədar məhkəmə orqanına müraciət etmək hüququnun olmasının izah edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Elmar Xəlilov tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli Raportdan görünü ki, icraatına daxil olmuş xx.xx.2022-ci il tarixli, HK- 1 / 2901 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Odur ki, oğurluq əməlini törəmiş naməlum şəxs barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən təsir tədbirləri görülməsi haqda qərar qəbul edilmişdir. Qərarın icrasını aidiyyəti əməkdaşa həvalə eedilməsi xahiş olunmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 02 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsiqərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, hadisəni törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi, qərarın surətinin vətəndaş X4 göndərilməklə yanaşı, ona Azərbaycan Respublikası CPM-nin 122-ci maddəsinə əsasən qərardan şikayət etmək hüququnun olmasnını izah edilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs əvvəli xx.xx.2022-ci il tarixdə saat 21:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 227-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətaların törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 oktyabr 2022-ci il tarixdən saat 21:05-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar