Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3043/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 3043/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2350/2024 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-3043/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2350/2024 nömrəli qərarında qeyd edilmişdir ki, iş üzrə ətraflı araşdırma aparılmalı, qeyd edilən bədbəxt hadisə barədə “Rahat Market” tərəfindən X7 Xidmətinə hansı tarixdə məlumat verilməsi, həmin məlumatda "xxxx" MMC-nin işçiləri barədə də qeyd olub-olmaması, inzibati xəta haqqında qərarın işəgötürən səlahiyyətinə malik olan "xxxx" MMC-nin direktoru deyil, məhz insan resursları departamentinin rəhbəri Pənah İsmayılov barəsində tərtib olunmasının səbəblərinə dair işin halları araşdırılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, X7 10 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X4 Azərbaycan Respublikasının İXM-nin 555.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərara əsasən guya işçi X5 xx.xx.2024cü il tarixdə “Rahat Market”-də generatordan çıxan tüstüyə məruz qalaraq səhhətinin pozulması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyi üçün Əmək Məcəlləsinin 217-ci maddəsində göstərilən tələbləri pozduğundan İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab olunur ki, həmin qərar işin faktiki hallarına uyğun olmadığı üçün qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalı, ona tətbiq edilmiş cərimə ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bədbəxt hadisə baş verəndən sonra cəmiyyət tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülmüş, işçinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün tibbi müəssisəyə yerləşdirilmiş və aidiyyəti üzrə icra hakimiyyəti orqanına məlumat verilmişdir. Lakin X11 göstərilən halları nəzərə almamış və qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X4 isə, öz növbəsində sözügedən qərar ilə razılaşmır. Ona aid edilmiş cəriməni tamamilə qanunsuz və əsassız sayır və hesab edir ki, bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Onun tərəfindən əmək qanunvericiliyinə tam şəkildə riayət edilir. Göründüyü kimi, X2 törətmədiyi inzibati xətaya görə əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat inzibati cərimə tətbiq olunmuşdur. Bildirir ki, sözügedən qərar tamamilə əsassızdır və ləğv edilməlidir. Bu günədək qərarın rəsmi olaraq onlara təqdim edilməməsi elə qərarın qanunsuz qəbul edilməsinə dəlalət edir. X4 vəzifəli şəxs kimi heç bir qanun pozuntusuna, işçilərin hüquqlarının pozulmasına yol verməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X13 bildirdi ki, "xxxx" MMC-nin işçiləri Cabbarova Rəna və Cəfərova Təvəkkül xx.xx.2024-cü il tarixdə iş yerində səhhətinin pozulması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə hadisə baş verən günü məlumat verilməmişdir. Belə ki, həmin məlumat səlahiyyətli orqana X14 xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. X12 2016-cı ildən həmin şöbəyə "xxxx" MMC-nin direktoru tərəfindən rəhbər təyin edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X6 çıxış edərək bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı Rahat market səlahiyyətli orqana məlumat vermişdir. Belə olan halda məhz İsmayılov Pənah barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassızdır. Məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs X4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin işçiləri Cabbarova Rəna və Cəfərova Təvəkkül xx.xx.2024-cü il tarixdə iş yerində səhhətinin pozulması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə hadisə baş verən günü məlumat verilməmişdir. Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş bədbəxt hadisə ilə bağlı xx.xx.2024-cü il tarixdə X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məlumat daxil olmuşdur. Göründüyü kimi səlahiyyətli orqana nə “Rahat market” tərəfindən, nə də "xxxx" MMC tərəfindən məlumat verilmişdir. Bundan əlavə inzibati tənbeh vermə haqqında qərar Pənah İsmayılov barəsində qəbul edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Pənah İsmayılov "xxxx" MMC-də İnsan Resursları şöbəsinə məhz MMC-nin direktoru tərəfindən xx.xx.2016-cı ildən rəhbər təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 555.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3043/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3043/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver