Məhkəmə qərarları › İş №3(005)-3050/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3050/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3050/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndələri X3 və X1, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə MN ******* nömrəli 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kreditlərin verilməsi və idarə edilməsi olan “Azpulmat” informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyesterindən qeydiyyat keçirilməmişdir. Bununla da "xxxx" MMC tərəfəndən İXM-in 375.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kreditlərin verilməsi və idarə edilməsi olan “Azpulmat” informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyesterindən qeydiyyat keçirilməməsi faktı aşkar edilmişdir. Ona görə də tərtib edilmiş protokolu müdafiə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kreditlərin verilməsi və idarə edilməsi olan “Azpulmat” informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyesterindən qeydiyyat keçirilməməsi faktı aşkar edilmişdir. Ona görə də tərtib edilmiş protokolu müdafiə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 etiraz edərək bildirmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 18 sentyabr 2020-ci il tarixli BKT-34 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. 24 saat boyunca mikrokreditlərin mobil tətbiqi vasitəsi ilə bir neçə dəqiqəyə rəsmiləşdirilməsi ilə bağlı xidmətləri Azərbaycanda ilk olaraq Cəmiyyət təklif etmişdir. Belə ki, bu məhsulun yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində X5 ilə Cəmiyyət arasında 2020-ci ildə mikrokreditlərin verilməsi üçün proqram təminatının yaradılması ilə bağlı əməkdaşlığa başlanılmışdır. Beləliklə, X5 tərəfindən yaradılan proqram təminatının inkişafı resurslarının toplusu (SDK) sisteminə inteqrasiya olunduqdan sonra Nazirliyinin qərarı ilə yaradılan “Azintelecom" MMC tərəfindən xx.xx.2022-ci il tarixli İS511505001 nömrəli Çıxarışa əsasən Cəmiyyətin müştəriləri barədə məlumat bazası fərdi məlumatların informasiya sistemi kimi dövlət qeydiyyatına alınmışdır və Cəmiyyətə fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 307 saylı Lisenziya verilmişdir. xx.xx.2024-cü il tarixində Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Cəmiyyət barəsində İXM-nin 375-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə, yəni dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Xidmət bildirir ki, fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatına alınmadan Cəmiyyəti tərəfindən fərdi məlumatların toplanması və işlənilməsinə dair kifayət qədər faktlar aşkar edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli İS511505001 nömrəli Çıxarışa əsasən Cəmiyyətin müştəriləri barədə məlumat bazası fərdi məlumatların informasiya sistemi kimi dövlət qeydiyyatına alınmasının hansı səbəbdən əks olunmadığı aydın olmamışdır. Bu səbəbdən hesab olunur ki, protokol inzibati xəta hadisəsi olmadığı üçün əsassız tərtib edilmişdir. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 375.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri sübuta yetmədiyindən toplanmış material üzrə inzibati işə xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnzibati xəta haqqında protokolun təqdim edilməsi barədə” sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən vətəndaş şikayəti ilə bağlı araşdırma aparılması nəticəsində 10 sentyabr 2024-cü il tarixdə BGKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus kreditlərin verilməsi və idarə edilməsi üçün istifadə olunan “AZPULMAT” informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrindən qeydiyyatdan keçirilmədiyi faktı aşkar edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış “Fərdi məlumatlarla bağlı hüquq pozuntusunun araşdırılmasına dair 10 sentyabr 2024-cü il tarixli sorğudan görünür ki, vətəndaş X4 tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə BOKT "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə telefon nömrələrinə müxtəlif vaxtlarda onların razılığı olmadan zənglərin daxil olmasına dair şikayət daxil olmuşdur. İş materiallarında olan qeydiyyat nömrəsi 307 olan 28 dekabr 2022-ci il tarixli Liseynziyadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 307 saylı Lisenziya verilmişdir. İş materiallarında olan “Azintelecom" MMC tərəfindən xx.xx.2022-ci il tarixli İS511505001 nömrəli Çıxarışa əsasən Cəmiyyətin müştəriləri barədə məlumat bazası fərdi məlumatların informasiya sistemi kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 375.0.1-ci maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialları araşdırılarkən müəyyən olmuşdur ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2020-ci ildə mikrokreditlərin verilməsi üçün proqram təminatının yaradılması ilə bağlı əməkdaşlığa başlanılmışdır. Beləliklə, X5 tərəfindən yaradılan proqram təminatının inkişafı resurslarının toplusu (SDK) sisteminə inteqrasiya olunduqdan sonra Nazirliyinin qərarı ilə yaradılan “Azintelecom" MMC tərəfindən xx.xx.2022-ci il tarixli İS511505001 nömrəli Çıxarışa əsasən Cəmiyyətin müştəriləri barədə məlumat bazası fərdi məlumatların informasiya sistemi kimi dövlət qeydiyyatına alınmışdır və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 307 saylı Lisenziya verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar