Məhkəmə qərarları › İş №3(005)-3059/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3059/2020

04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3059/2020 04.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2124/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 67,50 m2 olan 59 saylı mənzilə dair iddiaçı X1 10/65 hissədə pay hüququ tanınsın və bu barədə cavabdeh X5 ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2018-cı il tarixli müqavilədə dəyişiklik edilməsi vəzifəsi cavabdeh «xxxx» MMC-nin üzərinə qoyulması qərara alınmışdır. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında 2124/-15-13 nömrəli, xx.xx.2020ci il tarixli məktubu məhkəməyə təqdim edərək borclu Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq borclu Şəxs barəsində Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar