Məhkəmə qərarları › İş №3(005)-3059/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3059/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3059/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Tovuz şəhərində Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Azər Abdullayevin 07 oktyabr 2022-ci il tarixli qərarı və rədd materialına əsasən tərtib edilmiş 07 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində vətəndaş X3 məxsus ət mağazasından 80 manat dəyərində ət oğurlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində Tovuz şəhəri, Qaraxanlı kəndində yaşayan Şəxs ünvan 2 ünvanında yerləşən ət dükanından ət oğurlamışdır. Göstərilən fakt üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Azər Abdullayev araşdırma aparmış və 07 oktyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim olunan ərizəyə əsasən Şəxs zərərçəkmiş şəxs X5 ilə barışmış və ona vurmuş olduğu maddi ziyanı yəni 80 (səksən) manatı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Nərimanov rayonu, ərazisində yerləşən Əbubəkr məscidinin yanından keçərkən yolun kənarında ət dükanı görmüş və uzun müddət səhhəti ilə bağlı problem yaşadığı üçün evdə hecnə olmaması səbəbilə ət dükanından ət oğurlamaq qərarına gəlmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati Qaydada tutma” haqqında xx.xx.2022-ci il tarixli, protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində saat 20:45 radələrində inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Azər Abdullayev tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, onun Şəxs qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. İXM-in 39.2-ci maddəsinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir İXM-in 53.0 və 53.0.10-cu maddələrinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar