Məhkəmə qərarları › İş №3(005)-306/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-306/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-306/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi ilə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarından Qaragöz Zəhra İsa qızı tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Qaragöz X1 Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Səbail rayonunun ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qaragöz Zəhra İsa qızının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qaragöz Zəhra İsa qızının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar