Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3060/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, 08.09.2021-ci il tarixdə idarə etdiyi “Ravon R4” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nərimanov rayonu, F.X.Xoyski prospekti, “Gənclik Mall”un yanında iki dəqiqə müddətində saxlamışdır. 10.11.2021-ci tarixdə cərimə olunmağı barədə telefonuna sms daxil olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, BNA tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 346.1-ci maddəsinə əsasən o, 20 manat məbləğində cərimə olunmuşdur. O, elektron kabinetinə daxil olmuş və qərarın qüvvəyə minməsi tarixi kimi 10 noyabr 2021-ci il tarixinin qeyd edildiyini görmüşdür. Onun nəqliyyat vasitəsinə isə heç bir əməkdaş yaxınlaşmamışdır. İş materiallarına əlavə olunmuş şəkildən də aydın görünür ki, şəkil stasionar kamera vasitəsilə çəkilmişdir. Hesab edir ki, sözügedən qərar məhkəmə qaydasında ləğv edilməlidir. Verilmiş suallara cavab olaraq bildirdi ki, 08.09.2021-ci il tarixdə inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətmişdir. Lakin, hazırda mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərar ona poçt vasitəsi ilə göndərilmədiyinə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “AsanPay” sistemi vasitəsi ilə göndərilmiş sms məlumatdan görünür ki, X2 08 sentyabr 2021-ci il tarixdə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir və barəsində 10.11.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X2 20 manat məbləğində cərimə edilmişdir; Fotoşəkillərdən aydın olur ki, 08.09.2021-ci il tarixdə **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən dayanma və durma qaydaları pozulmuşdur. İXM-in: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - 20 manat məbləğində cərimə edilir; Məhkəmə hesab edir ki, X1 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Belə ki, X2 yazdığı şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında 08.09.2021-ci il tarixdə Nərimanov rayonu, F.X.Xovski prospekti, “Gənclik Mall”un yanında idarə etdiyi “Ravon R4” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq dayanma və durma qaydalarını pozduğunu etiraf etmişdir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3060/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3060/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver