Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3060/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru məmuru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 14:00-da Nərimanov rayonu, Ağa Neymətulla 23 ünvanında borclu Şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-2705/19 saylı, xx.xx.2019-cu il tarixli və digər icra sənədləri üzrə yaranmış borc öhdəliklərini ödəmək təklif olunmuş, lakin borclu ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2801.17 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxsi 1116 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 nömrəli,xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 1974 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 6659,63 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Nərimanov rayon məhkəməsinin 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədi üzrə borclu Şəxs 1487 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədi üzrə borclu Şəxs 783 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020- ci il tarixli icra sənədi üzrə borclu Şəxs 898 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak və nağd pul vəsaiti aşkar edilməlmişdir. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bu səbəbdən borclu barəsində xx.xx.2019-cu il tarixdə axatış qərarı qəbul edilərək aidiyyəti üzrə göndərilmiş, Nərimanov RPİ tərəfindən borclu şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə təhvil verilmişdir. Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq məhkəmə təqdim edilmiş, Nərimanov Məhkəməsinin 3(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən protokola xitam verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1 -ci maddəsinə əsasən protokol tərtib olunaraq məhkəmə təqdim edilmiş, Nərimanov Məhkəməsinin 3(005)-2261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 500 manat inzibati cərimə olunmuşdur. Belə ki, borclu tərəfindən tələbkar X2 xeyrinə 298 manat pul vəsaiti ödənilmiş, 484 manat pul vəsaiti isə tələbkar "xxxx" MMCnin xeyrinə ödənilmişdir. "Elektron icra" sistemindən əldə olunmuş sorğu məlumatında borclunun "xxxx" MMCdə işləməsi müəyyən olunmuş, xx.xx.2023-cü il tarixdə əmək haqqına yönəlmiş, lakin borclu icra sənədlərinin icra olunmaması məqsədilə öz ərizəsi ilə işdən azad olunmuşdur. Borclu barəsində xx.xx.2024-cü il tarixdə axatış qərarı qəbul edilərək aidiyyəti üzrə göndərilmiş, Nərimanov RPİ tərəfindən borclu şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Bununla da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, məhkəmə qərarının icrasından boyun qaçırmadığını, borcunu qısa zaman içərisində ödəyəcəyini, yeni işə girdiyini bildirmişdir. Hal-hazırda ödəniş edə bilmir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, o Şəxs şikayətçidir və ödənişinin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə tədqiq edilmiş Nərimanov rayon məhkəməsinin 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədi üzrə borclu Şəxs 898 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən borclu Şəxsi 1116 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4456/2016 saylı məhkəmə əmrindən görünür ki, Şəxsmdan 1189,60 manat əsas, 297,40 manat cərimə, cəmi 1487 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor "xxxx" MMC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-2769/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs 6659,63 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-1557/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs 783 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödəmilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli, 2(005)-6889/2015 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1974 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2801.17 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2016-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2016-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2016-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2769/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020-002 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020-002 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2016-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 106/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati icraat aparılan şəxsin əməlində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 2261/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İcra ödənişinin alınması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2705/2019 saylı icra sənədinin icrası ilə bağlı borclu Şəxs 4330 manat məbləğində pul vəsaitinin borcun 7% həcmində icra ödənişi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra şöbəsinin hesabına tutulmuşdur. Kapital Bank ACD-dən əldə edilmiş qəbzlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 151 manat məbləğində pul borcundan ödəniş etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək tələbkəra borcunu ödəməmişdir və borcun hissə-hissə icra olunması barədə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3060/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3060/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver