Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3064/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırmışdır ki, direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bunan sonra-AR ƏƏSMN) yanında X9 Xidməti (bundan sonra - Xidmət) tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* qərarla 3000 (üç min) manat məbləğində cərimə edilmiş, Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 3(005)- 2375/2024 nömrəli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol yenidən araşdırma aparılması üçün ƏƏSMN yanında DƏMX-nə geri qaytarılmışdır. Belə ki, məhkəmə sözügedən qərarda müəyyən etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 100cü maddəsində protokolda göstərilməli zəruri olan məlumatlar qeyd edilsə də, təqdim edilən protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin təqdim edilmiş protokola inzibati xətanın nə vaxt törədilməsi və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamaqla qanunvericiliyin tələbləri pozulmuş, daha sonra tərəflərindən yenidən məhkəməyə müraciət olunmamışdır. DƏMX tərəfindən tam, obyektiv, hərtərəfli şəkildə MMC barəsində başlanmış icraatın araşdırılacağı düşünülmüş və nəticədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmamışdır. Göründüyü kimi natamam tərtib olunmuş protokol geri qaytarıldıqdan sonra vəzifəli şəxs kimi barəsində inzibatı xəta haqqında protokol tərtib olunaraq icra olunması ilə bağlı məktub göndərilmişdir. Qeyd edir ki, məktubun icra vəziyyəti və mövcud vəziyyətlə bağlı DƏMX-nə müraciətlər ünvanlansa da, heç bir nəticəsi olmamış və tərəflərindən heç bir geri dönüş edilməmişdir. Bu səbəbdən həmin sözügedən qərarların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar barədə hüquqi şəxsə rəsmi qaydada heç bir məlumat verilməmiş, əksinə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokol Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarıldıqdan sonra DƏMX-i tərəfindən bir daha baxılması üçün məhkəməyə göndərilməmişdir. MMC-nin direktoru barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixli 3-17-5/2- 42033/2025 nömrəli məktubla bu ilin avqust ayının əvvəllərində hüquqi şəxsə daxil olmuş, bu barədə məlumat əldə etmək üçün Müfəttişliyin “Qaynar Xətti” ilə əlaqə yaratmaq istəsələr də heç bir nəticə verməmiş, ona görə də xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Həmin qərara görə “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış X5, X8 və X1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd olunsa da, bu şəxslər ümumiyyətlə heç bir işlərin yerinə yetirilməsinə buraxılmamışdır. Şəxslərin hər biri ili xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlandığı halda müfəttişlik onların xx.xx.2024-cü il tarixədək işlədiyini öz qərarında göstərməklə inzibati xəta haqqında iş üzrə icraatı səthi və natamam apardığını təsdiq etmişdir. Ümumiyyətlə müfəttişlik nəzərə almamışdır ki, bu şəxslərə iş icazəsinin alınması üçün onların portal qeydiyyatından keçirilməsi əmək fəaliyyətinə, işlərin yerinə yetirilməsinə cəlb etmə kimi qiymətləndirilə bilməz. Bu şəxslər üçün icazə ona görə alınmışdır ki, onlar özləri işlə tanış olduqdan sonra müqavilə bağlayıb-bağlamayacaqları barədə hüquqi şəxsə bildirəcəkdilər. Əmək müqaviləsi bağlanan adadək isə onlar heç bir işlərin yerinə yetirilməsinə cəlb olunmamışdır. Şəxslər məhkəməyə gələ bilməsələr də bu barədə izahatlarını teleqram vasitəsilə məhkəməyə göndərmişlər. Göstərilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 inzibati tənbeh vermə haqqında qərarın qanun və əsaslı olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış X5, X8 və X1 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2024-cü il tarixli olmasına baxmayaraq hansı səbəbdən adları qeyd olunan şəxslərin xx.xx.2024-cü ildən xx.xx.2024cü il tarixədək, yəni qərarın qəbul edildiyi tarixdən sonrakı müddətlər də göstərilməklə işlərin yerinə yetirilməsinə cəlb edilməsinin qeyd olunması barədə sualına cavabında səlahiyyətli nümayəndə bu barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Qarabağ və Şərqi Zəngəzur” İqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi almış X5, X8 və X6 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-5/2-56321/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi məqsədilə "xxxx" MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-42033/2025 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru X4 əmək haqqından hər ay 50% olmaqla 3000 (üç min) manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2375/2024 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə geri qaytarılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də (Qarabağ regionunda) aqrotexnik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də (Qarabağ regionunda) aqrotexnik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də (Qarabağ regionunda) aqrotexnik vəzifəsinə işə qəbul edilmişdir. X5, X8 və X6 tərəfindən məhkəməyə ünvanlanmış teleqramların məzmunundan görünür ki, onların "xxxx" MMC il əməkdaşlıqları ərzində heç bir şikayət və tələbləri olmamışdır. Sadəcə işlə tanış olmaq məqsədilə portaldan qeydiyyatdan keçmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də heç bir fəaliyyətləri olmamışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 125-ci maddəsinin Vİİ-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən toplanmış sübutlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 əməlində İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətinin olması üçün kifayət etmir. Çünki, səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmış olsa da, nə işəgötürən X4, nə də ki əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi qeyd olunmasına dair inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan - X2, X3 və X1 izahatları alınmamış, barəsində icraat aparılan cəmiyyətin vəzifəli şəxsi X10 barəsində yalnız “Qarabağ və Şərqi Zəngəzur” İqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında inzibati tənbeh tətbiq edilmişdir. Halbuki həmin şəxslər məhkəməyə ünvanladıqları teleqramda sadəcə işlə tanış olmaq məqsədilə portaldan qeydiyyatdan keçdiklərini, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər hansı əmək fəaliyyətinə cəlb olunmadıqlarını bildirmişlər. Həmçinin məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2024-cü il tarixli olmasına baxmayaraq təsviri hissəsində adları qeyd olunan şəxslərin xx.xx.2024-cü ildən sonra, yəni xx.xx.2024-cü il tarixədək də işlərin yerinə yetirilməsinə cəlb olunmasının göstərilməsi təbii ki, ağlabatan olmamaqla qərarın mötəbərliyini şübhə altına alır. Bundan başqa səlahiyyətli orqan həm də nəzərə almamışdır ki, bu şəxslərlə hüquqi şəxs arasında xx.xx.2024-cü il tarixli əmək müqavilələri bağlanmışdır. Bu halda onların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilmələrinə cəlb olunmalarında hər hansı qanun pozuntusu mövcud olmamışdır. Qərardan şikayət verən tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və əsaslandırmasına baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 tərəfindən hər hansı bir işçi barəsində əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3064/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3064/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver