Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3066/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, X12 oğlunun katibliyi Şikayət vermiş şəxs X3 iştirakları ilə, X4 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN № ******* nömrəli, 18 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqmda qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) AZN miqdarında cərimə olunmuşdur. Məlum olduğu kimi İXM 192.4-cü maddənin sanksiyası ***-**** azn arası olduğuna və onun təqsiri ucbatından baş verməyən bu hadisə nəticəsində rəhbərlik etdiyi şirkətin keçmiş işçisi X6 heç bir zərər dəymədiyinə görə, əgər qanuni əsaslar olsaydı məni yuxarıda qeyd edilən maddənin minimum sanksiyası - 700 (yeddi yüz) AZN miqdarında cərimə olunmağımı düzgün hesab etmək olardı. 4 gün üçün tətbiq edilən cərimənin miqdarı həddindən artıq müəyyən edilmişdir. Barəsində tərtib edilmiş qərarı aşağıda sadalananlara əsasən qanunsuz və əsassız hesab edir. X11 ilə rəhbərlik etdiyim şirkət arasında xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. Məmiyev Abbasm xx.xx.2023-cü il tarixi son iş günü olmasına baxmayaraq, o, "xxxx" MMC tərəfindən rəhbərlik etdiyim şirkətə, işçilərinin istifadəsi üçün verilmiş, bizə məxsus olmayan açar və kartı qaytarmaqdan imtina etmiş, nəticədə icarə qaydalarına əsasən rəhbərlik etdiyi şirkət 35 (otuz beş) AZN cərimə olunmuşdur. Buna görə də X11 ilə bağlanan əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən cərimə onun əmək haqqına yönəldilmişdir. Tərəfindən edilmiş çoxsaylı xahişlərdən sonra onu şirkət rəhbərinə - ona qaytarmalı olduğunu bildiyi halda, xx.xx.2023-cü il tarixində resepşına qaytarmışdır, nəticədə üzrlü səbəbdən işdə iştirak edə bilmədiyi üçün açar və kartın təhvil verilməsi ilə bağlı aktı xx.xx.2023-cü il tarixində imzalamış və həmin gün ondan tutulmuş məbləğ geri qaytarıldı. Qərarın qəbul olunmasına əsas, rəhbərlik etdiyi müəssisənin işçisi X5 xx.xx.2023-cü il tarixli qərəzli və əsassız izahatı olmuşdur. Belə ki, həmin şəxs izahatında göstərir ki, onun əmək haqqısı rəhbərlik tərəfindən ödənilməmiş və rəhbərlik onun avqust ayında ödəniləcəyini demişdir. Hətta adı qeyd edilmiş işçinin son iş günündə - xx.xx.2023 tarixində barəmdə inzibati tənbeh vermə protokol tərtib edilməmişdən əvvəl ona riyazi səhv səbəbindən son haqq-hesab artıq ödənilmişdir. Yuxarıda adı qeyd, edilmiş cəmiyyətimizin keçmiş işçisinin bu cür yalan ifadə verməsinə səbəb, tərəfimdən onun yeni işçi olduğu və pula ehtiyacı olduğunu nəzərə alaraq, onu işinə həvəsləndirmək üçün işi bitirib təhvil verdikdə bonus ödəyəcəyi lakin işi icra etmədiyi üçün ödəmədiyi və haqlı əsasla son iş günündə onun müvəqqəti istifadəsinə verilmiş açar və kartı geri qaytarma tələbi olmuşdur. Həmçinin qeyd etmişdir ki, yuxanda adı qeyd edilən keçmiş işçi - X11 xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü ü; xx.xx.2023-cü ü; xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü il; xx.xx.2023-cü il tarixlərində işçisi olduğu "xxxx" MMC-nin ofis ərazisində gün ərzində bütöv iş saatları üzrsüz səbəbdən olmamış, onun işdə iştirak etməməsi direktoru olduğum şirkətin “İT Manager” vəzifəsi üzrə əmək funksiyalarını qəsdən və üzrsüz səbəbdən icra etməməsi nəticəsində şirkəti ofis və kommersiya fəaliyyətlərinə ciddi zərər vurmuşdur. Lakin işdə iştirak etmədiyi günlər üçün də ona əmək haqqı hesablanmış və tam şəkildə bütöv ay üçün ödənilmişdir. Birincisi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özümü təqsirli bilmir, təqsirli olmağı mötəbər sübutlarla əsaslandırılmamışdır. Belə ki, ƏMAS sistemində işəgötürən xitam vermədən xitam əmri yarana bilməz. Biz xx.xx.2023- cü il tarixində Abbası işdən azad etmək üçün ƏMAS sisteminə daxil olduqda artıq xx.xx.2023-cü il tarixində xitam əmri yarandığı gördü. Bunun üçün mötəbər sübut kimi istifadə oluna biləcək xx.xx.2023-xx.xx.2023 tarixləri arasında ƏMAS sisteminə giriş-çıxış vaxtları 4-cü qoşma olaraq təqdim etmişdir. Bu məsələ üzrə yalnız ona qarşı qərəzli münasibətdə olan, əmək müqaviləsi üzrə əmək funksiyalarına aid olan öhdəliklərini vaxtında, düzgün və qeydşərtsiz icra etmək istəməyən, bundan əsassız boyun qaçıran şəxsin izahatı sübut kimi qiymətləndirilmişdir. Əmək X1 "xxxx" MMC-in icarəçilərinə onların işçilərinin binaya və ofisə daxil olmaları üçün işlədikləri müddət üçün verilmiş kart və açarı təhvil verməkdən əsassız və qərəzli şəkildə boyun qaçırdığı üçün rəhbərlik etdiyim şirkətin cərimələnməsi və bununla bağlı cərimənin yuxarıda adı qeyd edilmiş işçinin əmək haqqma yönəltdikdən sonra, açar və kartı xx.xx.2023-cü il tarixində geri gətirməsi ilə əmək haqqmdan tutulan cərimənin ona geri qaytarılmasını son haqq-hesab kimi nəzərdə tutmuş və barəmdə təyin edilmiş protokolda son haqq-hesab günü kimi xx.xx.2023-cü il tarixini əks etdirmişdir. Bundan başqa hər hansı başqa mötəbər sübutlar müəyyən edilməmişdir.İkincisi Əmək müffətişliyi xx.xx.2023-cü il tarixində qərar barədə iclas keçirmişdir. Lakin bu qərarın bildirişi isə müddət tələbləri pozularaq mənə xx.xx.2023-cü il tarixində çatmış və mən həmin iclasda iştirak edə bilməmişəm. Müfəttişlik qərar gününü və saatlarnı iş saatlarında təyin etdiyi üçün, onun çox saylı vəsatətlərinə və zənglərinə baxmayaraq işə təqdim etmək üçün ona heç bir sənəd göndərməmiş və göndərdikləri çatmadığı üçün təxirə salmalarını xahiş etsə də buna məhəl qoymamışdır. Bildiriş ən azı 5 gün qabaq iclasdan öncə, şəxsən və ya xüsusi xəbəmaməli məktubla verilməlidir. Üçüncüsü tərəfindən ƏMAS sisteminə, o cümlədən, Əmək müfəttişliyinə işçinin əmək müqaviləsinə həqiqətən xx.xx.2023-cü il tarixində xitam verilməsi ilə bağlı təsdiqedici sənəd-xitam əmri göndərilmişdir. Lakin onlar konkret olaraq hansı sənədlərin təsdiqedici sənəd qismində tələb olunduğu barədə əvvəlki sorğumuza cavab verməmişdir. Dördüncüsü sonradan mənə məlum olduğu kimi X5, “FORMULA 1” yarışlarında müəyyən vəzifədə çalışması, müxtəlif yalanlar və bəhanələr söyləyib, onu və şirkət işçilərini aldadaraq yuxarıda qeyd edilmiş tarixlərdə işdə üzrsüz səbəbdən iştirak etməməsinə baxmayaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsi 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad etmədim və əmək haqqını tam şəkildə, vaxtında ödəmişdir. Bundan əlavə adı qeyd edilmiş işçi, rəhbərlik etdiyi şirkətlə xx.xx.2023-cü il tarixində əmək müqaviləsi bağlamasma baxmayaraq həmin ay üçün onun əmək haqqı bütöv bir ay üçün tam şəkildə ödənilmişdir. X2, onunla əmək müqaviləsinə xitam vermə ilə bağlı barəsində inzibati tənbeh haqqında protokol tərtib olunmamışdan qabaq ödənilmiş son haqq-hesab artıq hesablanmış, lakin onun pula ehtiyacı olduğunu bildiyi və bu tərəfindən edilmiş humanizm olaraq qalması üçün artıq ödənilmiş məbləğin geri qaytarması üçün heç bir tələb irəli sürməmişdir. Onun son haqq-hesabın hətta artıq şəkildə ödənildiyini sonradan bilsəm də bunu geri tələb etməmişəm və bundan sonra barəsində İXM 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinin hüququn ən təməl priniplərindən biri olan Ədalət prinsipinə tamamilə zidd olduğu qənaətindədir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək protokolun onun iştirakı olmadan yazılması və məlumatlandırılmamasını nəzərə alaraq barəsində olan Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X3 İXM-nin 192.4-cü maddəsində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidmətitərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yaşayış sahəsində yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetrilməməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X4 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidmətivəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-nin 192.4-cü- maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidmətinn Bakı şəhər İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X7 Nazirliyi yanında X10 Xidmətinn Bakı şəhər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3066/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3066/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver