Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3074/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:49-da Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və tərəflər məhkəmə iclasına gəlməmişlər. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov RPİ-nin rəisi Arzu Heydərova ünvanlanmış xx.xx.2023-cü il tarixli HK-1 № 594 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:53-də, vət. X3 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, İ.P.Dadaşov küçəsində idarə etdiyi “TOYOTA” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mopedin toqquşması nəticəsində xəsarət alan olmuşdur. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:49 radələrində o, özünə məxsus idarə etdiyi "Tufan M50" moped ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.P.Dadaşov küçəsi ilə M.Araz küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində saatda 35 km sürətlə düzünə hərəkət etmişdir. Həmin vaxt tanışı X4 da mopeddə sərnişin qismində əyləşmişdi. Avtomobil yolunda avtomobillərin çox olması səbəbindən sıxlıq yaranmışdı və tıxac olmuşdur. O da bundan sonra əks zolağa keçərək hərəkətinə davam etmişdir. O idarə etdiyi moped ilə əks zolaqda hərəkətdə olan zaman "Toyota Prius- minik" markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yola düzəldiyini görməmiş və nəticə də idarə etdiyi mopedin ön hissəsi ilə qeyd olunan avtomobilin ön hissəsi toqquşmuşdur. Bundan sonra o və İbrahim xəsarət almışlar. O xəstəxanada müayinə olunduqdan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:55 radələrində o etibarnamə əsasında idarə etdiyi "Toyota Prius-minik" markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanında həyətyanı sahədə saatda 15 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi avtomobil ilə avtomobil yoluna düzəlmək istəyən zaman avtomobillərin azalmasını gözləmişdir. Bundan sonra isə sağ tərəfi gözləyərək yola düzəlmək istəmişdir. Bu zaman əks zolaqla hərəkət edən mopedini sürücüsü idarə etdiyi mopedin ön hissəsi ilə onun avtomobilinin ön hissəsi toqquşmuşdur. Zərbənin təsirindən mopedin sürücüsü və sərnişin müvazinətini saxlaya bilməyib asfalt örtüyün üzərinə yıxılmışlar. Bundan sonra ətrafdan təsadüfi keçən şəxslər köməyə gəlmişlər, xəsarət almış şəxslər TTYS-nin həkim briqadası ilə xəstəxanaya getmişlər. Bundan bir qədər sonra Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamış və o da həmin araşdırmada iştirak etmimşdir. Hadisə zamanı xəsarət almayıb, avtomobildə tək olmuşdur. Araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Şəxs idarə etdiyi moped ilə saat 17.50 radələrində Nərimanov rayonu İ.P.Dadaşov küçəsi ilə Məmməd Araz küçəsi istiqamətində üzü Z.Bünyadov prospekti istiqamətində hərəkət etmişlər. Avtomobil yolunda avtomobillərin çox olması səbəbindən Vüsal əks istiqamətli hərəkət zolağına çıxmış və onlar əks zolaqda Toyota Prius markalı dövlət qeydiyyat nişanını fikir vermədiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə o bədən xəsarəti alaraq xəstəxanaya müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 692 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X1 aşkar edilmiş xəsarətləri-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumuşaq toxumalarının, şişkinlik halında əzilməsi-sıyrığı, sağ bazunun, sağ aşıq baldır oynağının sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3074/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3074/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver