Məhkəmə qərarları › İş №3(005)-3082/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3082/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3082/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polis şöbəsinin baş inspektoru (YNH üzrə) X1, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Bakıxanov qəsəbəsində kirayəşin yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:30-da Nərimanov rayonu, Z.Bünyadov prospektində idarə etdiyi “Toyota Prius” (Hibrid) minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polis şöbəsinin baş inspektoru (YNH üzrə) X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o evdə dostları ilə 700 qram araq qəbul etmişdi. Özü taksi kimi xidmət aparır. xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-TO-*** dövlət nömrə nişanlı avtomobili ilə 20 Yanvar istiqamətindən Z.Bünyadov prospketi ilə Ayna Sultanovanın üstündə olan körpü ilə yolun sağdan birinci zolağı ilə saatda 60 km sürətlə hrəkət edib ani olaraq onunla eyni istiqamətdə sağ tərəfdə heç bir xəbərdaredici işıqları və digər işıqların yanmayan avtomobili görüb maşınını sol tərəfə çəkməyə çalışsada avtomobilinin sağ qabaq bufer hissəsi ilə həmin dayanmış vəziyyətdə olan Toyota Prius markalı sonradan nömrəsi ona məlum olan ** HK *** dövlət nömrə nişanlı avtomobilin sol arxa bufer baqaj hissəsinə çırpılmışdır. Daha sonra o idarə etməni itirib onunla eyni istiqamətlə arxasında hərəkətdə olan Chevrolet Koven markalı avtomobilin sağ arxa qanaq tərəfinə avtomobilinin sol arxa buferin hissəsi toqquşmuşdur. Avtomonbili yolun sağ tərəfində dayanmış vəziyyətdə idi. Bundan sonra hadisə yerinə YPX əməkdaşları və digər polis əməkdaşları yaxınlaşmışdır. Hadisə zamanı o xəsarət almamışdır, yanında maşında qardaşı Murad qabaq sağ oturacaqda arxa oturacaqda, dostları Azər əyləşmişdi, onlara heç nə olmayıb. Hadisə yerinə evakuator gəlib maşınları dayanacağa yerləşdirmişdir. O sürücülük vəsiqəsini təhqiqatçıya təqdim etmiş və sərxoşluq müayinəsi üçün onunla birgə ora yollanmışdır. Orada müayinə olunduqda onun spirtli içki qəbul etdiyi aşkar olmuşdur. Törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Bir daha belə hallara yol verməyəcəkdir. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 Tural Rəhman oğluna yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 1150 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər - ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq baldır oynağının sirkulyar şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması səthi kəsilmiş yarası, sol budun yuxarı və aşağı üçdə birinin ön və iç səthinin, sol baldırın orta və aşağı üçdə birinin iç səthinin, sağ budun aşağı üçdə birinin iç və arxa səthlərinin geniş sahəli qançırları, sağ dirsək oynağının, sol baldırın, sağ aşıq baldır oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/19450 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluq vəziyyəti sərxoşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar