Məhkəmə qərarları › İş №3(005)-3083/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3083/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3083/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Zərərçəkmiş şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin təhqiqatçısı, polis kapitanı Novruz Novruzovun 16 oktyabr 2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ 16-cı Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən 17 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 17 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 16 oktyabr 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2023cü il tarixdə ünvan 1 ünvanda yaşayan X1 RPİ 16-cı PŞ-nə yazmış olduğu ərizəsində və vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində müdür müavini işlədiyi ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs mağazasında 1 nəfər tanımadıqları qadın müştəri qismində mağazaya daxil olmuş və “Whisky” markalı spirtli içkini götürərək mağazanın qarşısında sındırmışdır. Bununla əlaqədar maqazaya 40 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, 10.2023-cü il tarixdə saat 16:00 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs mağazasında 1 nəfər tanımadıqları qadın müştəri qismində mağazaya daxil olmuş və “Whisky” markalı spirtli içkini götürərək mağazanın qarşısında sındırmışdır. Nümayəndə onlara 40 manat zərər dəydiyini bildirərək,zərərin ödənilmədiyini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs mağazasından 01 ədəd siqaret almış, lakin pulu olmadığından gəlib verəcəyini demişdir. Daha sonra isə spirtli içki rəflərinə doğru gedərək “Jager Master” markalı içkini götürmüş və pulunu vermədən mağazanı tərk etmək istəyərkən onu saxlamışlar. Bu zaman o, əlindəki spirtli içkini yerə vuraraq sındırmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Əməli törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Nərimanov RPİ-nin 16-cı PŞ-nə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində işlədiyi ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs mağazasında Şəxs müştəri qismində mağazaya daxil olmuş və “Whisky” markalı spirtli içkini götürərək mağazanın qarşısında sındırmışdır. Bununla əlaqədar 40 manat ziyan dəymişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi Cavid İsmayılzadəyə ünvanlanan Cavid İsmayılzadəyə ünvanlanan raportdan görünür ki, X3 ərizəsi üzrə tərəfimdən araşdırma aparılmış və araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 -ci maddəsində göstərilən inzibati xətanı törətməsi müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 daxil olmuş xx.xx.2023-cü il tarixli 6604 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Kannabinoidlərdən istifadə halları istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi rədd materialında olan materiallar, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin “Qeyd” hissəsinə əsasən, Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 40 manat məbləğində cərimə edilsin. Şəxs İXM-in 37-ci maddəsinə əsasən ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar