Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3094/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, BNA ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur. Heç bir xəbərdarlıq olunmadan ona cərimə yazılmışdır. İXM-in tələblərinə görə dayanma-durma qaydasını pozan sürücü yalnız planşet vasitəsilə cərimələmək olar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İşdə olan BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X2 idarə etdiyi “Mercedes Benz 300 D” minik markalı, ** MB *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Əhməd Rəcəbli, 57c ünvanında xx.xx.2021-ci il tarixdə saat 17:39:09-da dayanma və durma qaydalarını pozdugundan AR İXM-nin 346.1 maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir; Fotoşəkillərdən aydın olur ki, xx.xx.2021-ci il tarixdə ** MB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən dayanma və durma qaydaları pozulmuşdur. İXM-in: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - 20 manat məbləğində cərimə edilir; Məhkəmə hesab edir ki, X1 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3094/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3094/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver