Məhkəmə qərarları › İş №3(005)-3096/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3096/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3096/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X2 Bakı şəhəri X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17404495 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17404495 nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X4 şikayət ərizəsini qanunvericiliyin tələblərinə zidd olaraq hazırlamış, həmçinin ərizəyə əlavə edilmiş inzibati xəta haqqında qərarda inzibati xətanın baş verdiyi ünvan kimi Bakı-Quba-Rusiya yolu göstərilmişdir. Bundan başqa X4 şikayət ərizəsinə Nərimanov Rayon Məhkəməsində baxılması üçün heç bir vəsatət əlavə etməmişdir. Bu isə öz növbəsində mübahisələndirdiyi məsələ ilə bağlı işə hansı rayon məhkəməsində baxılmalı olmasında şübhə yaratmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlərdə inzibati xətanın törədildiyi yer müəyyən edilmədiyindən, eləcə də barəsində qərar çıxarmış şəxsin yaşayış yerində baxılmasına dair vəsatət əlavə edilmədiyindən X2 Bakı şəhəri X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı 17404495 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət və əlavə edilmiş sənədlər X3 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Bakı şəhəri X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 17404495 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar