Məhkəmə qərarları › İş №3(005)-311/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-311/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-311/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25367440 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25367440 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 16:15 radələrində etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində barəsində 346.4-cü maddəsinin tələblərinin pozulması EQ 25367440 saylı elektron qərar qəbul etmiş,inzibati xəta hadisəsinə əlavə edilən fota və videodan aydın görünür ki, qeyd olunan ərazidə yol hərəkət hissəsinin müəyyən edilməsi üçün heç bir xətlənmə və heç bir yol hərəkət nişanı quraşdırılmamışdır. Əlavə olaraq həmin ərazidə çoxsaylı avtomobillərin park edildiyini görərək tərəfindən avtomobilin mühərrik söndürülmədən 2 dəqiqə durma hərəkətin yerinə yetirmiş,nəhayət, avtomobil dayanan zaman həmin yolda qeyd olunan nişanlama xətlərinin tamamilə olmadığını, avtomobildə olarkən görünməsinin mümkün olmadığının şahidi olmuşdur.Göstərilənlərə əsasən qeyd edilən inzibati tənbeh vermə haqqında EQ 25367440 saylı, 04 yanvar 2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir.“X4” Azərbaycan Respublikası qanununa əsasən yolun hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25367440 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, **- NH-*** dövlət nömrə nişanlı avtomaşınla Nərimanov rayon , Z.Bünyadov prospektində xx.xx.2025ci il tarixdə saat 16:15:07 radələrində dayanma və durma qaydalarını pozduğundan AR İXM-nin 346.4 maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir; İXM-in: 346.4. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X1 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Belə ki, X2 yazdığı şikayətdən görünür ki, “HYUNDAİ ELANTRA” markalı, **-NH-*** dövlət nömrə nişanlı avtomaşını Nərimanov rayon ərazisində Z.Bünyadov prospektində xx.xx.2025-ci il tarixdə saat 16:15:07 radələrində digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında dayanmasına görə AR İXM-nin 346.4 maddəsinə əsasən xəta törətmişdir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25367440 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25367440 saylı inzibati tənbeh vermə haqqında qərarından n verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar