Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3113/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 19 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə balanslarında olan avtomobilləri idarə edən şəxslər barəsində bütün sorğulara vaxtında məlumat verdiklərini bildirmişdir. Qeyd etmişdir ki, Polis İdarəsindən 20.09.2021-ci il tarixdə poçt vasitəsilə daxil olmuş sorğuya elə həmin tarixdə də cavab verilərək HYUNDAİ ELANTRA markalı **-JP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində məlumat verilmişdir. Polis idarəsi əsassız olaraq hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-nin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 20.09.2021-ci il tarixdə “Məşədiyeva Təranə” ad və soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur; Şəxs MMC-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlandığı məktubdan və məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt qəbzindən görünür ki, polis idarəsi tərəfindən MMC-yə 20.09.2021-ci il tarixdə daxil olmuş sorğuya hüquqi şəxs tərəfindən həmin tarixdə, yəni 20.09.2021-ci il tarixdə cavab verilərək HYUNDAİ ELANTRA markalı **- JP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 19 oktyabr 2021-ci il tarixli protokolu, barəsində inzibati icraat aparılan hüquqi şəxsin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli 19 oktyabr 2021-ci il tarixli protokolu, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən Şəxs MMC-nin ünvanına balansında olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməsi barədə poçt göndərişi MMC-nin ünvanına rəsmi qaydada 20.09.2021-ci il tarixdə çatmış və hüquqi şəxs tərəfindən həmin sorğu 20.09.2021-ci il tarixdə cavablandırılmışdır. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3113/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3113/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver