Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3115/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X8 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş 17 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, sürücü Şəxs alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə xx.xx.2023- cü il tarixdə saat 03.45 radələrində etibaranamə əsasında idarə etdiyi "Chevrolet Spark" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu M.Araz küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarə etməni itirməsi nəticəsində yolun kənarında dayanmış vəziyyətdə olan X4 etibarnamə əsasında idarə etdiyi Ford Custom markalı ** HV *** dövlat qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X8 inspektoru X2 məhkəmə iclasında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qeyd olunan faktlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 333.3-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sonda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, qarşı tərəfə dəymiş zərəri ödədiyini, etdiyi əməldən peşman olmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2/19300 nömrəli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmuşdur. BA 414639 nömrəli, B1, B kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsi verilmiş, sənədin etibarlılıq müddəti xx.xx.2032-ci ildir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:45 radələrində o, sərxoş halda spirtli içkinin təsiri altında etibaranamə əsasında idarə etdiyi “Chevrolet Szark" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu M.Araz küçəsi ilə hərəkətdə olan zaman anidən idarə etməni itirib yolun kənarında dayanıqlı vəziyyətdə olan Ford markalı avtomobilin ön hisəsinə çırpılmışdır. Hadisə yerinə gələn YPX əməkdaşları onun spirtli içki qəbul etməyindən şübhələndikləri üçün onu sərxoşluğun müayinəsi məntəqəsinə aparmışlar və orada onun sərxoş olduğu məlum olmuşdur. O, sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi üçün avtomobili cərimə meydançasına aparılmışdır. Daha sonra isə baş vermiş hadisə ilə bağlı BDYPSnə aparılan araşdırmada iştirak etmiş və onun hadisə ilə bağlı araşdırma aparan Fərid adlı əməkdaş izahatını almışdır. O orada izahat verən zaman hadisə zamanı onun avtomobilində Sənan adlı tanışının xəsarət almasını bildirmişdi. Baş vermiş hadisə zamanı o ayaq və qol nahiyəsindən sıyrıq xəsarəti xəsarəti almışdır. Hadisə zamanı o dayanıqlı vəziyyətdə olan avtomobilə dəyən zaman həmin avtomobilin içərisində hec kəs olmayıb. Hadisə zamanı onun avtomobilində qabaq oturacaqda oturan tanışı Sənan burnu qanamışdı, lakin onun hansı şəraitdə xəsarət almasını bilmir.Hadisə baş verən zaman ciddi xəsarət almadığı ücün MTE dan keçməkdən imtina etmişdir. Baş verən hadisədən sonra Sənan hadisə yerindən çıxıb getmişdir və həmin gündən etibarən onun Sənanla hec bir əlaqəsi yoxdur. Sənanın istifadəsində olan mobil nömərəni təqdim edə bilməməyinin səbəbi isə hadisə zamanı ona məxsus olan mobli telefonun yarasız hala düşməsidir.Hadisə zamanı Sənanın burnundan qanamasını görmüşdü. Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində o etibarnamə əsasında idarə etdiyi Ford Custom markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nərimanov rayonu M.Araz kücasi 61 ünvanın “SUNY RAYS” otelin qarşısında saxlamışdı.xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində avtomobilin yanına gəldikdə avtomobilin qabaq sol hissəsinin əzildiyini görmüşdür. Hadisə zamanı avtomobilinin kim tərəfindən vurulması ilə bağlı hec bir məlumatı yoxdu. Hadisə zamanı avtomobilinə zərər dəyib.Avtomobili hadisə zamanı zərbədən geriyə gedərək İsuzu markalı avtomobilə dəymişdir. Araşdırma zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış "Chevrolet Spark" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin Sənan adlı şəxsi müəyyən edib izahatını almaq mümkün olmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından, barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, lakin X3 Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surəti Nərimanov rayon Polis İdarəsinin Dövlət X8 rəisinə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollarla, iş materiallarında olan izahatlarla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə xx.xx.2023- cü il tarixdə saat 03.45 radələrində etibaranamə əsasında idarə etdiyi "Chevrolet Spark" markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu M.Araz küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarə etməni itirməsi nəticəsində yolun kənarında dayanmış vəziyyətdə olan X4 etibarnamə əsasında idarə etdiyi Ford Custom markalı ** HV *** dövlat qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, Şəxs əməli düzgün olaraq İXM-nin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3115/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3115/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver