Məhkəmə qərarları › İş №3(005)-3115/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3115/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3115/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-ci maddəsi ilə 20 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin MN ******* nömrəli, xx.xx.2020-ci tarixli, Bakı şəhəri Sabunçu RPİ-nin MN ******* nömrəli, xx.xx.2021-ci tarixli inzibati qərarlar üzrə təyin edilmiş cərimələri 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bununla da o, AR İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin MN ******* nömrəli, xx.xx.2020-ci tarixli, Bakı şəhəri Sabunçu RPİ-nin MN ******* nömrəli, xx.xx.2021-ci tarixli inzibati qərarlar üzrə təyin edilmiş cərimələri 3 ay müddətində əsaslar olmadan ödəmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 20 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin ******* nömrəli, xx.xx.2020- ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə edilməlidir. Bakı şəhəri Sabunçu RPİnin ******* nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə edilməlidir. Məlum icra sənədləri şöbənin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlərlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına bank hesabları aşkar edilmiş, borcluya məxsus bank hesablarına inkasso sərəncamı qoyulmuş, lakin borclunun bank hesabları bağlı olduğu üçün icra sənədləri icra olunmadan geri qaytarılmış, həmçinin borclunun adına tələbin yönəldiləcəyi əmlak aşkar edilməlmişdir. Məlum inzibati qərarlar üzrə borclu Şəxs yaranmış cərimə öhdəliyindən heç bir rəsmi ödəniş etməmiş, hazırki tarixə cərimə borcu ümumilikdə 200 manattəşkil edir. Bununla da borlu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. İnzibati tənbeh vermə haqqında 01 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. TP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarların və müvafiq bildirişlərin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarların surəti göndərilmiş və o, Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin MN ******* nömrəli, xx.xx.2020-ci tarixli, Bakı şəhəri Sabunçu RPİ-nin MN ******* nömrəli, xx.xx.2021-ci tarixli icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İXM-in 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin MN ******* nömrəli, xx.xx.2020-ci tarixli, Bakı şəhəri Sabunçu RPİ-nin MN ******* nömrəli, xx.xx.2021-ci tarixli icra sənədlərinin icrasını 3 il ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-in 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin onun üzərinə İXM-in 28.3-1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar