Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3122/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Qurbanov Vüsal Rafiq oğlu, X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə X1 şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X2, X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından görünür ki, X2 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayır. Həmin ərazi isə Bakı şəhəri Qaradağ rayonunun yurisdiksiyasına daxildir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3122/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3122/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver