Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3125/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi və vəkili-Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1998-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin 04 oktyabr 2023-cü il tarixli qərarından və 11 noyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi Kia Serato markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə ilə Gənclik Mail ticarət mərkəzinə doğru yolun soldan 2-ci zolağı ilə saatda 50- 60 km sürətlə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində əks istiqamətli nəqliyyatların axınını ayıran qoşa xəttini tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətlə hərəkət zolağında saat 40 km sürətlə hərəkətdə olan sürücü X5 etibarnamə ilə idarə etdiyi BMW markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində sürücü Şəxs və onun idarə etdiyi avtomobilin sərnişini olan X3 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o etibarnamə əsasında idarə etdiyi Kia Serato markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Atatürk prospekti ilə hərəkət edib, F.X.Xoyski küçəsi ilə olan yeraltı nəqliyyat qovşağına yəni tunelə düşüb Gənclik Moll ticarət mərkəzinə doğru F.X.Xoyski küçəsi istiqaməti ilə yolun soldan 2-ci zolağı ilə saatda 60 km sürətlə hərəkət edib, sol zolağı keçib onunla eyni istiqamətdə irəlidə hərəkət edib avtomobillə toqquşmamaq üçün qoşa xəttin üzərinə hərəkət edib ehtiyatsızlıqdan əks hərəkət zolağında hərəkətdə olan BMW markalı avtomobillə toqquşmuşdur. Nəticədə o və sağ qabaq oturacaqda əyləşən dostu Murad xəsarət almışlar.Hadisə yerinə ilkin olaraq polis əməkdaşları, daha sonra təcili tibbi yardım gələrək onları KTM-nə aparmışlar.KTM-də tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Şəxs “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin 04 oktyabr 2023-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-237/2023 saylı qərarı ilə onun şikayəti təmin olunmuş və həmin qərar ləğv edilmişdir. Bu səbəbdən Şəxs onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o etibarnamə ilə idarə etdiyi BMV markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov metrosu istiqamətində F.X.Xoyski küçəsi boyunca N.B.Yusifbəyli küçəsi ilə kəsişməyə doğru soldan 1-ci zolaqla Gənclik Mail ticarət mərkəzin qarşısı ilə saatda 40 km sürətlə hərəkətdə olarkən, qarşıdan gələn Kia markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq onun hərəkət istiqamətinə çıxıb avtomobilinin ön sol fara, qabaq bufer və qanad hissəsi ilə toqquşduğunu bildirmişdir.Hadisə yerinə polis əməkdaşları və təcili tibb yardım gəlmişdir. Avtomobilində sağ oturacaqda əyləşən X8 xəsarət almışdır. O toqquşmadan əvvəl Kia markalı avtomobilin onun hərəkət istiqamətinə doğru hərəkət etdiyini görməmişdir. Hadisə nəticəsində onun avtomobilinə külli miqdarda maddi ziyan dəymişdir, qarşı tərəf sürücüdən ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Hadisə zamanı o xəsarət almayıb və tibbi müəssisəsinə müraciət etməmişdir. O, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna müvafiq olaraq inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. X5 nümayəndəsi və vəkili X12 inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna müvafiq olaraq inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və digər zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Araşdırma zamanı Vət.X9 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində o dostu Şəxs idarə etdiyi Kia Serato markalı 99 PE 72S dövlət qeydiyyat nişanlı avtomobildə sağ qabaq oturacaqda əyləşib F.X.Xoyski küçəsi ilc Gənclik Mail ticarət mərkəzinə doğru hərəkətdə olarkən, ani olaraq Rövşən idarəetmən itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına keçib BMW markalı avtomobillə toqquşmuş və toqquşma nəticəsində xəsarət alaraq təcili tibbi yardım vasitəsi ilə KTM-nı aparılmışdır. Vət.X8 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu F.X.Xoyski küçəsi ilə dostu X5 idarə etdiyi BMW markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobildə sağ qabaq oturacaqda əyləşmişdir.Mobil telefonunda oyun oynadığından heç nə görməmişdir.Ancaq maşının sol tərəfinə bərk zərbə dəymişdir.Maşından düşəndə qoşa xəttini üzərində çarpazvari şəkildə Kia markalı avtomobil əzilmiş vəziyyətdə olduğunu görmüşdür.O qəza nəticəsində xəsarət almışdır.Hadisə yerinə TYS vasitəsi ilə onu xəstəxanaya aparmışlar. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Ruslan Qədimov tərəfindən tərtib edilmiş HK 1N 10xx/xx-0597 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:07-də “DİN”-nin TŞX- Deratoru Əliyev TŞ 6-009 kamera görüntüsü əsasında məlumat verərək bildirdi ki, F.X.Xoyski küçəsində baş vermiş YNH-si zamanı, “Kia” markalı 99- PE-729 dövlət nömrə nişanlı avtomaşınla, “BMV” markalı avtomaşının toqquşması nəticəsində xəsarət alanlar olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/33896 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1229 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.Vət.X4 X10 qoyulmuş «Döş qəfəsinin küt travması» diaqnozu obyektiv əlamətləri ilə əsaslandırılmadığına və məhkəmə-tibbi ekspertizası zamanı öz obyektiv əlamətlərini tapmadığına görə onun xəsarət kimi qiymətləndirilməsi mümkün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1233 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər-baş beyin silkələnməsi, alının, sağ üst göz qapağının əzilmiş-didilmiş yaraları, alının çoxsaylı sıyrılmış yaraları, sağ dizin əzilmiş yaraları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində İXM-in 327.8ci maddəsi ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-237/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə onun şikayəti təmin olunmuş və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərar ləğv edilmişdir. İXM-in: 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır . 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 237/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarına əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməsi ilə Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə təqsirliliyi sübuta yetilmir. İXM-in: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməsi Şəxs həmin inzibati xətanı törətməsini mübahisələndirir və şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 327.8-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXMin 327.8-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3125/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3125/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver