Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-313/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakimi Əlisoy Xalidə Kəramət qızı, Məhkəmə iclas katibi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılarkən, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona sms məlumatlandırma gəldiyini qərarı ona təqdim etmədiklərini bildirmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayətə ləğv olunması istənilən qərar əlavə edilmədiyindən, və məhkəmə iclasında da onun təqdim edilməsi mümkün olmadığından, buna görə də məhkəmə tərəfindən prosessual müddət və aidiyyət məsələlərini müəyyən etmək mümükün olmadığından X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-313/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-313/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver