Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3131/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X9 və X1 şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 və X3 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığı, mülkiyyətində olan nəqliyyat vasitəsini fərdi parklanma talonu verilmiş parklanma məntəqəsində saxladığı halda, parklanma qaydalarının pozulmasına görə AYNA tərəfindən vətəndaş Əhməd Hüseynzadə barəsində inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi və həmin qərarın ləğv edilməsi barədə müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən baxılmış və müvafiq qərar tərəflərindən ləğv edilmişdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 21 sentyabr 2024-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X9 tərəfindən verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxslər X9 və X3 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X7 ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, X5 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığınız, mülkiyyətinizdə olan nəqliyyat vasitəsini fərdi parklanma talonu verilmiş parklanma məntəqəsində saxladığınız halda, parklanma qaydalarının pozulmasına görə AYNA tərəfindən vətəndaş Əhməd Hüseynzadə barəsində inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi və həmin qərarın ləğv edilməsi barədə müraciətinə aidiyyəti üzrə tərəfindən baxılmışdır. Müraciət ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində saat 18:41-də, “HYUNDAİ SANTA FE” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Əcəmi Naxçıvani küçəsində müvafiq yol nişanları quraşdırılmaqla təşkil edilmiş P20549 nömrəli parklanma yerində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV və XXİ hissələrinin tələblərini pozaraq nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə AYNA tərəfindən qüvvədə olan sonuncu etibarnaməyə uyğun vətəndaş X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346-1.1-ci maddəsinə əsasən AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qərar barədə SMS məlumatlar xx.xx.2024-cü il tarixində vətəndaş Əhməd Hüseynzadənin elektron kabinetində olan mobil telefon nömrəsinə çatdırılmışdır. Bununla yanaşı aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciəti əsasında xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının verilməsi Qaydası”na uyğun olaraq P20549 nömrəli parklanma yerində sözügedən avtomobilin ödənişsiz parklanması üçün yer ayrılmışdır. Bu səbəbdən vətəndaş Əhməd Hüseynzadənin hərəkətlərində inzibati xəta hadisəsi olmadığına görə Məcəllənin 53.1.1-ci, 126.2-ci və 135.1.5- 1-ci maddələrinə əsasən barəsində AYNA tərəfindən çıxarılmış AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmaması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, X9 tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 70-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması. Məhkəmə belə hesab edir ki, Əhməd Hüseynzadənin hərəkətlərində inzibati xəta hadisəsi olmadığına görə Məcəllənin 53.1.1-ci, 126.2-ci və 135.1.5- 1-ci maddələrinə əsasən barəsində AYNA tərəfindən çıxarılmış AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. X9 tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara xitam verildiyindən X9 və X3 tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayət vermiş şəxslərə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 və X3 tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X9 və X2 geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3131/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3131/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver