Məhkəmə qərarları › İş №3(005)-3138/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3138/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3138/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X8, Şikayət vermiş şəxs «X1 and Engineering Group» MMC-nin direktoru X4 iştirakları ilə, «X1 and Engineering Group» MMC-nin direktoru X12 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X1 and Engineering Group» MMC-nin direktoru X14 Azərbaycan Respublikasınən Əmək və X11 Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvanına poçt vasitəsi ilə məktub göndərilmiş və həmin zərfdə olan qərara əsasən isə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 4500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar xx.xx.2024-cü il tarixli protokola əsaslanaraq tərtib edilsə də, həmin protokoldan və protokola əsasən tərtib edilmiş qərardan məlumatı olmamışdır.Protokol qanunsuz və əsassız yazıldığından protokola dair qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır.Poçt vasitəsi ilə daxil olan MN №1613921 Saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən, vətəndaş X15 2022-ci ilin sentyabr aından 2023-cü ilin oktabr ayına ədər əmək müaviləsi olmadan X1 and Engineering Group MMC-də mütəxəssis kimi işlərə cəlb edilməsi göstərilmişdir. Həmin şəxs tərəfindən işə qəbul edilməmiş, o heç bir işlərə cəlb edilməmiş, ona hər hansısa nəvacib ödənilməmişdir. Onların tərəfindən görülən podrat müaviləsinə əsasən işlər zamanı həmin şəxs nə “X1 and Engineering Group” MMC, nə də ki, şəxsən onun tərəfindən hansısa bir işlərə cəlb edilməmişdir. Protokol qanunsuz və əsassız yazıldığından protokola dair qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «X1 and Engineering Group» MMC-nin direktoru X12 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Pərviz Vahabov adlı şəxsi tanımır, şirkətdə işə götürülməmişdir və heç bir işə də cəlb olunmamışdır. Barəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı 161321 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X16 protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş X9 qeyd edilən tarixlərdə «X1 and Engineering Group» MMC-nin direktoru X12 tərəfindən işə cəlb edilmədiyini və onu ümumiyyətlə tanımadığını bildirmişdir. 2022-ci ilin sentyabr ayından Natiq tərəfindən müvafiq işlərin görülməsinə cəlb edildiyini Natiqin də “Harmony MMC” adlı şirkətdə işlədiyini bilmişdir. Gördüyü işə əsasən Natiq tərəfindən ona pul verilmişdir. Daha sonra Natiqdən qaynaq avadanlığı götürmüş işləyib ona da pul verəcəkdi. Məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilmiş X10 bildirmişdir ki, Şəki rayonunda işləyərkən işçilərə müvafiq sahəni öyrətmək məqsədilə X3 xahiş etmişdir. O, bir neçə gün işçilərə qaynaq etməyi öyrətmişdir. Daha sonra qaynaq aparatı əsasında işləyəcək və bunun müqabilində əldə edəcəyi puldan ona da verməli idi. Lakin avadanlığı götürdükdən sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Buna görə də polisə bu barədə məlumat vermişdir. «X1 and Engineering Group» MMC-nin direktoru X4 Pərviz Vahabzadə barədə məlumatı olmamışdır. Pərviz Vahabzadə MMC-də işlərə cəlb edilməmişdir, ona bu barədə heç bir vəd verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı 161321 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 2022-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabr ayınadək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən «X1 and Engineering Group» MMC-də mütəxəsis vəzifəsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi səbəbilə «X1 and Engineering Group» MMC-nin direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4500 (dörd min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X12 xx.xx.2022-ci il tarixdən 2023-cü ilin oktyabr ayına qədər "xxxx" MMC-də mütəxxəsis kimi işlədiyi müddətdə həmin şirkət rətəfindən ona 01 ədəd həvalə edilən qaynaq aparatını pulunu ala bilməməsi səbəbilə təhvil verməməsi ilə bağlı əməldə cinayət tərkibi olmaması səbəbilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli «X1 and Engineering Group»MMC-nin direktoru X4 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı 161321 saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin çıxışlarından və şahid ifadələrindən aydın olur ki, X12 tərəfindən X6 «X1 and Engineering Group» MMC-də əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi öz təsdiqini tapmır. Məhkəmədə Pərviz Vahabov çıxış edərək bildirmişdir ki, X7 tanımır və heç vaxt görməmişdir. O, yalnız X5 tanımışdır. Məhkəmə iclasında da X2 şirkətdə kimisə işə cəlb etmək və işə götürmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, «X1 and Engineering Group» MMC-nin direktoru X4 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. «X1 and Engineering Group» MMC-nin direktoru X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar