Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3143/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Bakı şəhər X10 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı şəhər X10 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi **-KP-*** dövlət nömrə nişanlı "Kia-Cerato minik" markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti və Məmməd Araz küçələrinin kəsişməsində sola dönmə əməliyyatını yerinə yetirdikdən sonra Bakı şəhər DYPİ-nin əməkdaşı ondan avtomobilini saxlamağı tələb edərək, svetoforun tələblərini pozduğunu bildirmiş və onun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixdə həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan tərəfindən şikayət verilmişdir və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2663/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. xx.xx.2024-cü ildə Bakı şəhər DYPİ-də şikayətlə bağlı onun izahatı alınmış və xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ona təqdim edilmişdir. Həmin qərara əsasən o, yenidən AR İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibatı məsuliyyətə cəlb edilmişdir. O, Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə də razı deyil. Belə ki, tərəfindən svetoforun tələbləri pozulmamışdır və sola dönməni işarə edən ox işarəsi sönüb-yandığı vəziyyətdə olduğu vaxt dönmə əməliyyatını həyata keçirmişdir. Təsadüfi deyil ki, o polis əməkdaşından kamera görüntülərinə baxmağı tələb edərək, görüntüyə onunla birlikdə baxdıqda qaydaları pozmağına dair birbaşa görüntü aşkar edilməmişdir. Yalnız svetaforun qarşı tərəfindən o biri yolda dönmə əməliyyatını həyata keçirməkdə olan onun avtomobili ilə eyni markalı və eyni rəngli (ağ) avtomobil görünür və kameradan həmin avtomobilin nömrəsi görünmədiyindən onun etibarnamə əsasında idarə etdiyi **-KP-*** dövlət nömrə nişanlı “Kia-Cerato minik" markalı avtomobil və ya başqa eyni markalı və eyni rəngli avtomobil olduğu müəyyən edilmir. O, xx.xx.2024cü il tarixdə Bakı şəhər DYPİ-nin inzibati binasında araşdırma aparıldığı vaxt yenə də onun təqsirinin sübuta yetirilməsi üçün kamera görüntülərinə baxılmasını xahiş etsə də, ona xx.xx.2024-cü il tarixdə polis əməkdaşı tərəfindən təqdim edilən kamera görüntülərindən başqa yeni kamera görüntülərinin olması barədə məlumat verilməmiş və heç bir yeni kamera görüntüsü təqdim edilməmişdir. Bununla yanaşı şərti olaraq onun svetoforun sola dönməyə icazə verən işığı artıq keçdiyi halda dönmə əməliyyatını icra etdiyi halı qəbul edildikdə belə həmin vaxt avtomobil hərəkətdə olduğu üçün o, kəskin tormozlama olmadan avtomobili dayandıra bilməzdi və qanunvericilik bu halda sürücüyə hərəkəti davam etdirməyə icazə verir. Hazırkı halda isə svetoforun sağa və ya sola dönmə əməliyyatlarını göstərən işarəsində sarı işıq nəzərdə tutulmadığından onun şərti olaraq işıq söndükdən dərhal sonra dönmə əməliyyatını icra etməyi qəbul edildiyi halda belə mübahisəli hal onun xeyrinə şərh edilməlidir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X6 məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda X6 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X10 İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X10 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 17:05-də Bakı, X9 44 ünvanında “Kia Cerato” minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman sfetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Bakı şəhər X10 İdarəsinin əməkdaşı X1 İlkin Ələkbər oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X6 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Bakı şəhər X10 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X10 İdarəsinin əməkdaşı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3143/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3143/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver