Məhkəmə qərarları › İş №3(005)-3145/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3145/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3145/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsinin X14 şöbəsinin inspektoru X6, X1 iştirakları ilə X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti tərəfindən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin müddəalarının pozulması əsası ilə MN ******* nömrəli qərar qəbul olunaraq 150 manat cərimə olunmuşdur. Qeyd olunan qərar tam əsasız olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin prosessual müddəalarının kobud şəkildə pozulması ilə qəbul olunmuşdur. X8 xx.xx.2024-cü il tarixində inzibati xəta törətməyi ilə bağlı təqdim olunan qərar və müşayətedici sənədlərdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arası FHN X14 Xidməti tərəfindən yoxlama keçiriləcəyi qeyd olunsa da, nə həmin tarixlərdə nə də ondan sonra X7 fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 117 ünvanında heç bir yoxlama aparılmamışdır. X11 ümumən yoxlama ilə yalnız qərar ona təqdim olunduğu xx.xx.2024-cü il tarixində məlumat almışdır. Lakin bütün sənədlərdə guya xx.xx.2024-cü il tarixində fəaliyyət göstərdiyi obyektdə yoxlama aparılması və bir sıra pozuntuların aşkarlanması qeyd olunmuşdur. X7 yoxlamadan ümumən xəbərinin olmamasını və sənədlərin tam qanunsuz tərtib olunmasının digər bir sübutuda ona verilən sənədlərin içində xx.xx.2024-cü il tarixli 3-18-65/2-5132/2024 saylı bildirişin X8 təqdim olunması və güya buna onun öz ad və soyadı ilə imza etməyidir. Lakin o belə bir bildirişə imza etməməklə yanaşı, bildirişdə qeyd olunan soyad fərqlidir və sonda "bildirişi qəbul etdim" hissəsində atılan imzada X8 aid deyil. Qeyd olunur ki onun ad və soyadı X9r. Lakin bütün sənədlərdə X5 qeyd olunur. Bundan başqa, sənədlərin heç bir yerində X7 imzasının olmaması və səlahiyyətli şəxslərin bununla bağlı heç bir qeyd aparmaması, qərarın tam qanunsuz və prossesual pozuntular aparılmaqla qəbul olunmasını təsdiq edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin müddəalarının pozulması əsası ilə onun barəsində tərtb olunmuş MN ******* nömrəli qərar ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixli 3-18-65/2- 5132/2024 saylı birdirişi imzalamamış, bildirişdə qeyd olunan soyad fərqlidir və sonda "bildirişi qəbul etdim" hissəsində atılan imzada X8 aid deyil. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyil. Məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsinin X14 şöbəsinin inspektoru X12 çıxış edərək bildirmişdir ki, şikayət əsassızdır. Belə ki, bildirişə tərəf imza etməmişdir, imza yeri boşdur, həmçinin Aysel Rəsulovanın əvvəlki soyadı Əliyeva olmuşdur. Soyadının dəyişməsi barədə onlarda məlumat olmamışdır. X11 əvvəllər də eyni xətaya görə xəbərdarlıq olunmuşdur. Bu səbəbdən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilən qızının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev 117 ünvanında yerləşən “Beauty Center” gözəllik salonunda keçirilən yanğın texniki müayinə zamanı məlum oldu ki, YTQ № 01-2001, bənd: 2.1, 10.4, YTQ № 03-2002, bənd: 3.1, 3.19.2, 3.19.16-in tələbləri pozulmuşdur. X11 barəsində 120 məbləğində cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, KY242137399 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, “Beauty Center” gözəllik salonu barəsində sahibkarların plan üzrə (növbəti) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, 4494 nömrəli "X2 haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli, KY242137399 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən X14 üzrə “Beauty Center” gözəllik salonunun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev 117 ünvanında xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aparılacaq plan üzrə yoxlama ilə bağlı iş üzrə icraata başlanması və pozuntuların aradan qaldırılması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, 4494 nömrəli "Yanğın-Texniki Müayinə” aktından görünür ki, “Beauty Center” gözəllik salonunun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev 117 ünvanında aparılan plan üzrə yoxlama zamanı (YTM) zamanı aşkar olunmuş qayda pozuntularının məzmunu aşağıdakılardan ibarətdir: Obyektin real icbari sığorta dəyəri ilə qiymətləndirilməsinə və icbari qaydada tam şəkildə sığortalanmasına dair icbari sığorta şəhadətnaməsi təqdim edilmədi. “Yanğın təhlükəsizliyi haqqında” AR-nın Qanunun 23-cü maddəsi, İcbari Sığorta Haqqında" AR-nın Qanunu, Obyektdə görünən yerlərdə yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini (101: 112) bildirən göstərici lövhələr asılmayıb. YTQ № 01-2001. bənd 2.1; Obyekt odsöndürən balonlarla norma və qaydaların tələblərinə uyğun olaraq tam təmin edilməmişdir. YTQ № 01-2001, bənd 10.4; Obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz olunmayıb. YTQ № 03-2002. bənd 3.1; -Obyektin ümumi elektrik təsərrüfatına profilaktiki baxışın keçirilməsi, elektrik kabeli və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmasına və baxışın nəticəsi barədə laboratoriya mütəxəssis sınaq protokolları və torpaqlama aktları təqdim edilmədi. YTQ № 03-2002. Bənd 3.19.2: 3.19.16. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə hesab edir ki, X11 tərəfindən inzibati xətaya yol verilməməsi, həmçinin inzibati icraat qaydalarının pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla əsaslandırılmamışdır. Belə ki, məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev 117 ünvanında yerləşən “Beauty Center” gözəllik salonunda keçirilən yanğın texniki müayinə zamanı məlum oldu ki, YTQ № 01-2001, bənd: 2.1, 10.4, YTQ № 03-2002, bənd: 3.1, 3.19.2, 3.19.16-in tələbləri pozulmuşdur. Nəticə də X11 tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 3-cü ərazi X14 idarəsi tərəfindən qəbul edilmiş İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar