Məhkəmə qərarları › İş №3(005)-3152/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3152/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3152/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında icraat aparılan – Şəxs və onun müdafiəçisi – “Legal” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, məişət zorakılığından zərərçəkmiş şəxs X2 uzunmüddətli mühafizə orderi verilmişdir. Lakin icra sənədi üzrə borclu Şəxs mühafizə orderini təmin etməmişdir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, məişət zorakılığından zərər çəkmiş şəxs X2 məişət zorakılığı törətmiş şəxs Şəxs hərəkətlərindən mühafizə olunması üçün 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməlidir. Uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Şəxs məişət zorakılığından zərər çəkmiş şəxs X2 qarşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir: 1. Zərər çəkmiş şəxs X2 qarşı məişət zorakılığının təkrar törədilməsi; 2. Zərər çəkmiş şəxs X2 narahatlıq gətirən hərəkətləri olduğu yer ona məlum olmaqdıqda axtarması; ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, sms və sair yazması. Məişət zorakılığı törətmiş şəxs Şəxs uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti yarana biləcəyi izah olunmuşur. İcra sənədi Nərimanov Rayon İcra şöbəsinin icraatına xx.xx.2022-ci ildə tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs mühafizə orderini təmin etməmişdir. Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş protokolla razılaşmayaraq ifadəsində göstərmişdir ki, o, yalnız ailəsini bərpa etmək üçün barışmaq istəmişdir. Övladı olduğunu, onun valideynlərindən ayrı travma ilə böyüməsini istəmədiyi üçün ailəsini bərpa etməyə hər zaman cəhd göstərmişdir. Həmçinin bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Şəxs tərəfindən icra edilmir. Belə ki, Şəxs tərəfindən ona qarşı zorakılıq hərəkətləri hələ də davam etdirilir. Qeyd edilənlərə əsasən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, məişət zorakılığından zərər çəkmiş şəxs X2 məişət zorakılığı törətmiş şəxs Şəxs hərəkətlərindən mühafizə olunması üçün 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Şəxs məişət zorakılığından zərər çəkmiş şəxs X2 qarşı məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxs X2 narahatlıq gətirən hərəkətləri olduğu yer ona məlum olmaqdıqda axtarması; ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, sms və sair yazması qadağan edilməsi, məişət zorakılığı törətmiş şəxs Şəxs uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti yarana biləcəyi izah olunması, qətnamənin dərhal icra edilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması Şəxs xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra vərəqinin icrasını təmin etməmişdir. Həmçinin, məhkəmə iclası zamanı təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra sənədi üzrə üzərinə qoyulan X2 qarşı məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxs X2 narahatlıq gətirən hərəkətləri olduğu yer ona məlum olmaqdıqda axtarması; ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, sms və sair yazması kimi öhdəliklərin qəsdən pozulması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar