Məhkəmə qərarları › İş №3(005)-3153/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3153/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3153/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 21:30 radələrində Nərimanov rayonu, H.Əliyev küçəsi 129 ünvanda yerləşdirilmiş komendant postunda polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 16-cı PB-nə aparmış və orada Nərimanov RPİ-nin 16-cı PB-nin sahə inspektoru X4 tərəfindən İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətini törətdiyini bildirmiş və onun hərəkəti haqqında ******* nömrəli protokol tərtib etmişdir. Protokolda qeyd edilmişdir ki, yoxlama zamanı onun avtomobilinin yük yerindən yivsiz ov silahı aşkar olunaraq daşınma və saxlama qaydası pozulmuşdur. Nəzərə çatdırır ki, o, bu protokolla razı deyil, bu protokolun əsassız olduğunu və belə bir xəta etmədiyini polis kapitanına da etiraz edərək bildirmişdir. Lakin polis işçisi onun dediklərinə əhəmiyyət verməmişdir. Hesab edir ki, tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunduğu üçün ******* Protokol ləğv edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 21:30 radələrində Nərimanov rayonu, H.Əliyev küçəsi 129 ünvanda yerləşdirilmiş komendant postunda Bakı şəhəri, Yasamal rayonunda yerləşən ovçu dükanına sözügedən ov tüfəngini təmir baxım, və təmizlik işlərinin görülməsi üçün aparmaqdan qayıdarkən (sözügedən ov tüfəngi ona məxsus digər ov tüfənglərdən fərqli olaraq daha mürəkkəb quruluşa malik olduğu üçün peşəkar mütəxəssis tərəfindən xidmət göstərilməsi tələb olunur) saxlanılmışdır. Avtomobilinin yük yerində həqiqətən ona məxsus yivsiz ov silahı olmuşdur. Lakin onun saxlanma və daşınmasında pozuntuya tərəfindən yol verilməmişdir. Belə ki, göstərilən silah sökülmüş halda bağlı vəziyyətdə fütlyarda olmuşdur. Silaha dair sənədlər də yanında olmuşdur. Yəni silah tərəfindən qanunvericiliyin bütün tələblərinə cavab verən vəziyyətdə avtomobilinin yük yerində saxlanılmış və daşınmışdır. Buna baxmayaraq aşkarlanan və ona məxsus xx.xx.2018-ci il tarixli, 925 nömrəli Şəhadətnamə ilə DİN-nin Baş X1 tərəfindən icazə şəhadətnaməsi verilmiş 01 ədəd 366 TKM kalibrli “AKC-366-03” markalı, KA 7052 nömrəli yivsiz ov silahı, həmin ov silahına aid olan birində 24 ədəd, digərində isə 27 ədəd olmaqla 02 ədəd daraq və xx.xx.2013-cü il tarixli, M0985458 saylı uyğunluq sertifikatı olan öz qabında saxlanılmış vəziyyətdə 01 ədəd üzərində “Rosorujie Zlotoust” zavod istehsalatlı Maral markalı ov biçağını xx.xx.2020-ci il tarixdə təhvil vermişdir. Növbəti gün həmin silahları təhvil almışdır. Ona məxsus silahlarına aid hər bir sənədi hər zaman qaydasında olur, onların saxlanma və daşınmasına dair qanunvericiliyin bütün qaydalarına əməl edir. Bu şəxsin onunla olan ədavətinin səbəbini o, hələ də aydınlaşdıra bilməmişdir. Bu səbəbdən də sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Düşünür ki, hörmətli məhkəmə onun pozulmuş hüquqlarını və mənafeyinin müdafiəsi üçün ona köməklik göstərəcək və polis əməkdaşının niyyət və məqsədini aydınlaşdıracaq. Təkrar olaraq qeyd edir ki, ona qarşı tərtib olunan cərimə protokolu əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Bundan əlavə, Protokol tərtib olunan zaman ona həmin protokoldan şikayət etmək hüququ izah edilməmişdir. Bildirir ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli Qərar rəsmi qaydada ona xx.xx.2020-ci İl tarixdə verilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Nərimanov rayonu, AK.H.Əliyev küçəsi 129 ünvanında yerləşdirilmiş komendant postunda yoxlanılarkən vətəndaş V.Quliyevin avtomaşınının yük yerindən yivsiz ov silahı aşkar olunaraq daşınma və saxlanılma qaydası pozulmuşdur. -Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, X3 Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş 925 nömrəli şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə 366 TKM kalibrli, “AKC-366-03” markalı, KA 7052 nömrəli yivsiz ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün X5 verilmişdir. Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən verilən x xxxxx 1998-ci il tarixli, 226-32 nömrəli biletin surətindən görünür ki, X6 həmin Cəmiyyətin üzvüdür. -xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin məsul növbətçisi, polis kapitanı Tural Əzizov, vətəndaş X2 xx.xx.2018-ci il tarixli, 925 nömrəli Şəhadətnamə ilə DİN-nin Baş X1 tərəfindən icazə şəhadətnaməsi verilmiş 01 ədəd 366 TKM kalibrli “ARC-366-03” markalı, KA 7052 nömrəli yivsiz ov silahı, həmin ov silahına aid olan birində 24 ədəd, digərində isə 27 ədəd olmaqla 02 ədəd daraq və xx.xx.2013-cü il tarixli, ******* saylı uyğunluq sertifikatı olan öz qabında saxlanılmış vəziyyətdə 01 ədəd üzərində “Rosorujie Zlotoust” zavod istehsalatlı Maral markalı, ov bıçağını təhvil almışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Vüqar Quliyev barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X3 Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar