Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3165/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin vəkili, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 426-cı maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nin barəsində İXM-in 426-cı maddəsinə əsasən tərtib olunmuş EP seriyalı ******* nömrəli, 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola görə "xxxx" ASC 14.09.2021-ci il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağına Nəsib Məmmədovu dəvət etməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinə uyğun olaraq ona bu barədə yazılı bildiriş göndərməməklə səhmdar kimi qanunvericiliklə müəyyən edilmiş hüquqlarını pozmuşdur. Nəticədə "xxxx" ASC İXM-in 426-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Bakı Şərab 2" ASC-nin vəkili X4 izahatında göstərdi ki, 2019-2020 illər üçün Qiymətli Kağız Mülkiyyətçilərinin reyestrində Nəsib Məmmədov adında səhmdar olmadığı üçün onun sənədlərin təqdim edilməsi müraciətinin təmin olunması mümkün olmamış və bu haqda 22.09.2021-ci il tarixində ona cavab məktubu göndərilmişdir, Məmmədov Nəsib "xxxx" ASC-nin səhmdarı olmadığı üçün aidiyyəti sənədlərin ona təqdim edilməsi qanuna uyğun hesab edilməmişdir. X1 05 aprel 2021-cı il tarixində cəmiyyətin səhmlərini əldə etməsi və səhmdar olması barədə cəmiyyətdə hər hansı məlumat olmamış, buna görə də səhmdarların ümumi yığıncağına cağırılmamışdır. Belə ki, həmin şəxs cəmiyyətə ünvanladığı ərizəyə də səhmdar olmasını təsdiq edən sənəd əlavə etməmişdir. “Bakı Şərab 2" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş hüquqi şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd edilən şəxsin (səlahiyyətli nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 15 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin tələbləri və Cəmiyyətin Nizamnaməsi ilə ona verilən hüquqlar pozulub. 14 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin rəhbərliyi tərəfindən qeyri-qanuni yığıncaq keçirilib, bu barədə ona və onlarla səhmdara bildiriş göndərilməyib, ona bu yığıncaq barədə heç bir məlumat verilməyib. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəllənin 107-ci maddəsi tələb edir ki, Səhmdarın tələbi ilə Səhmdarın ümumi yığıncağının protokolunun surəti, səhmdarların 2021-ci il üçün reyestrinin surəti ona təqdim edilməlidir. Lakin rəsmi müraciət etməsinə baxmayaraq Cəmiyyətin 2021-cı ıl üçün Reyestrinin surəti, 2020-ci və 2021-ci ildə keçirilən yığıncağın protokolu, ona göndərilən bildirişin surəti bu günə kimi təqdim edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin və Cəmiyyətin Nizamnaməsi ilə təsbit edilən hüquqları bu cəmiyyətlərin rəhbəri tərəfindən pozulub. Xahiş edir ki, bu cəmiyyətlərin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin və Cəmiyyətin Nizamnaməsinin tələblərinə hörmətlə yanaşmaq tövsiyyə edilsin və yerinə yetirilməsi uçun lazimi tədbirlər görülsün; Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 20 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş Nəsib Məmmədovun müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (14 sentyabr 2021-ci il tarixində səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağının protokolu, sözügedən yığıncağa səhmdarların dəvət edilməsini təsdiq edən sənəd elavə edilməklə) 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməsi xahiş olunmuşdur; "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 2019-2020 illər üçün Qiymətli Kağız Mülkiyyətçilərinin reyestrində məktubda yazılan Nəsib Məmmədov adında səhmdar yoxdur. Nəsib Məmmədov bu haqda cəmiyyətə də məktub ünvanlamışdır. Reyestrdə adı olmadığı üçün sənədlərin təqdim edilməsinin mümkün olmadığı haqda 22.09.2021-si il tarixində ona cavab məktubu göndərilmişdir (qəbzin surəti təqdim edilir). Məmmədov Nəsib "xxxx" ASC-nin səhmdarı olmadığı üçün aidiyyatı sənədlərin ona təqdim edilməsi qanuna uyğun deyil; Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin uçot sistemində 12 oktyabr 2021-ci il tarixinə X2 adına (ş.v seriya AZE09172730 ünvan ünvan 4min səhmləri X8 Kapital investisiya Şirkət QSC-nın vasitəsi ilə birjada 05 aprel 2021-cı il tarixində əldə etmişdir; Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 18 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş Nəsib Məmmədov "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 14 sentyabr 2021-ci il tarixinə təyin edilmiş səhmdarların ümumi yığıncağına onun dəvət edilməməsi barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət etmişdir. Həmin müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 20 sentyabr 2021-ci il tarixli 26-11653-2021 saylı sorğu məktubu göndərilmiş, sorğuda zəruri sənədlər (14 sentyabr 2021-ci il tarixində səhmdarların ümumi yığıncağının keçirilibkeçirilməməsi barədə məlumat, yığıncaq keçirildiyi təqdirdə halda keçirilibsə həmin yığıncağının protokolu və sözügedən yığıncaqda səhmdarların iştirakinı təsdiq edən sənəd) əlavə edilməklə Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. X9 təqdim edilmiş məlumatlara əsasən cəmiyyətin qiymətli kağız sahiblərinin reyestrində səhmdar Nəsib Məmmədovun adının mövcüd olmadığı müəyyən edilmişdir. Məktuba əsasən Nəsib Məmmədovun "xxxx" ASC-nin səhmdar olub-olmaması, səhmdar olduğu təqdirdə həmin cəmiyyət üzrə səhmləri əldə etdiyi tarix və səhmlərin miqdarı barədə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (MDM) sorğu göndərilmişdir. MDM tərəfindən verilmiş məlumatlara əsasən Nəsib Məmmədovun adına "xxxx" ASC üzrə 20 (iyirmi) ədəd adi adlı səhmin mövcud olması müəyyən edilmişdir. Həmin səhmləri N.Məmmədov “Xalq Kapital” investisiya şirkəti vasitəsi ilə birjada 05 aprel 2021-ci il tarixində əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq “Bakı-Şərab-2" ASC ilə səhmdar N.Məmmədovun arasında yaranmış ziddiyətin aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq məsələ ilə əlaqədar 5 (beş) gün ərzində münasibət bildirilməsi xahiş olunmuşdur; "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 20 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, 01.02.2021-ci il tarixində alınmış "Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrində Nəsib Məmmədov adında səhmdar olmamışdır. Nəsib Məmmədov Cəmiyyətn səhmlərini 05 aprel 2021-ci il tarixində əldə etdiyi və adı reyestrdə olmağına görə ona məktub göndərilməmişdir. “Bakı Şərab-2" ASC hər bir səhmdarına hörmətlə yanaşır. Nəsib Məmmədov "Bakı Şərab-2” ASC-nin səhmdarı 05 aprel 2021-ci ii tarixindən olduğu halda keçmiş illərə (2018,2019,2020) aid sənədləri tələb etmək və baxmaq huququna malikdirmi. Onun subyektiv hüququ 05 aprel 2021 il tarixindən yaranmışdır. N.Məmmədov ərizəsində 2018, 2019, 2020-si illər üçün aidiyyatı sənədlərin təqdim edilməsini yazıb. Səhmdarı olduğu tarixdən həmin dövrə aid bütün sənədlərlə tam; olmasına və aidiyyatı sənədlərin surətinin yerində təqdim edilməsinə hər bir şərait var. Cəmiyyətin ünvanı: Bakı, A.Hacıyev 4. Həftənin 5 iş günü, saat 11-16 -ya qədər. 2020-ci ilin 14 sentyabr tarixində keçirilən iclas 2020-ci ilin yekunlarına həsr olunmuş növbəti yığıncaq olmuşdur. Yığıncaq "ZOOM” proqram vasitəsi ilə onlay videogörüntülü keçirilmişdir. Dörd saat davam edən yığıncaqda 30 nəfər iştirak etmişdir. Həmin yığıncağın elanı, 2020-ci il üçün cəmiyyətin illik hesabatı, səhmdarların ümimi yığıncağının protokolu, beynəlxalq mühasibatlıq uçot standartlarına uyğun tərtib edilmiş, 2020-ci ilin nəticələri haqqında müstəqil audit rəyi və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı, kapitalda dəyişikliklər haqqında hesabat 23.09.2021-ci il tarixində 49 saylı məktubla SS728812992AZ göndərişlə Mərkəzi Banka poçt vasitəsi ilə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 106-1.3-cü maddəsinə əsasən cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarın hüququdur; 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Məhkəmə iclasında müəyyən edildi ki, 01.02.2021-ci il tarixində alınmış "Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrində Nəsib Məmmədov adında səhmdar olmamış, adı reyestrdə olmağına görə ona səhmdarlar cəmiyyətinin ümumi yığıncağının keçirilməsi barədə məktub göndərilməmişdir. Nəsib Məmmədov Cəmiyyətn səhmlərini 05 aprel 2021ci il tarixində əldə etmiş, 06 sentyabr 2021-ci il tarixdə "Bakı Şərab-2” ASC-yə müraciət edərək səhmdar kimi sənədlərin ona təqdim edilməsini tələb etsə də, o bu ərizəsinə səhmdar olmasını təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Mülki Məcəllənin 106- 2.2-ci maddəsinin tələblərinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılır. "Bakı Şərab-2” ASC-də mövcud olan sənədlərdəqiymətli kağız mülkiyyətçilərinin reyestrində Məmmədov Nəsib Nizami oğlunun adı mövcud olmamış, yəni sonuncunun səhmdar kimi reyestrə daxil olması barədə cəmiyyətə reyestri aparan orqan tərəfindən müvafiq məlumat verilməmişdir. Buna görə də məhkəmə, "Bakı Şərab-2” ASC tərəfindən səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması hallarına yol verilməməsi, yəni hərəkətlərində inzibati xətanın mövcud olmadığı nəticəsinə gəlir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; İXM-in 426-cı maddəsinə müvafiq olaraq səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "Bakı Şərab-2” ASC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsinin tərkibi olmadığından barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, 12 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3165/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3165/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver