Məhkəmə qərarları › İş №3(005)-3167/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3167/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3167/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs – X6 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” maddəsi rəhbər tutularaq, "xxxx" MMC-nin keçmiş əməkdaşı X11 ilə bağlanılmış 30 noyabr 2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli k-99 nömrəli əmr ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən 3 (üç) ay müddət keçdikdən sonra X2 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə yazılı şəkildə müraciət edərək son haqq hesab ödənişinin həyata keçirilmədiyini bildirmişdir. Şikayətə baxan X14 Xidmətinin Bakı şəhər İdarəsi 25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək X13 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İlk olaraq bildirmək istəyirlər ki, X11 xx.xx.2021-ci il tarixli 016İQ/xx.xx.2021-VM nömrəli əmrə əsasən "xxxx" MMC-nin Kateqoriya meneceri vəzifəsinə işə götürülmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixli 003VDxx.xx.2023-VM nömrəli əmrə əsasən "xxxx" MMC-nin Fabrik direktoru vəzifəsinə keçirilmişdir. Daha sonra Cəlil Xəlilzadənin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, Əmək Məcəlləsinin 68.2. “a” maddəsi (tərəflərdən birinin təşəbbüsü ilə) rəhbər tutularaq əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli k-99 nömrəli əmr ilə xitam verilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, X1 haqq-hesab ödənişi məsul əməkdaş tərəfindən məqsədli olaraq həyata keçirilməmişdir. Belə ki, Xəlilzadə Cəlil ilə bağlı müəssisələrində hal-hazırda araşdırma aparılır, daxili auditin keçirilməsi nəticəsində müəssisənin əmlakını mənimsəmə faktı aşkar edilmiş və müəssisə tərəfindən rəyin verilməsi üçün kənar audit çağırılmışdır. Müvafiq rəy müəssisəyə təqdim edildikdən sonra X11 barəsində cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət ediləcəkdir. X4 həyat yoldaşı X5 müəssisədə maliyyə meneceri vəzifəsi üzrə fəaliyyət göstərir və işçilərin son haqq-hesab ödənişlərini həyata keçirilməsi onun vəzifə öhdəlikləri arasındadır. Belə ki, şirkətlə X11 arasında olan konflikt səbəbindən X5 tərəfindən qəsdən onun son haqq-hesab ödənişi həyata keçirilməmişdir. Daha sonra X2 Əmək Müfəttişliyi Xidmətinə son haqq-hesabının ödənilmədiyi barədə şikayət etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, müəssisənin hər iki əməkdaşı planlı şəkildə mənimsəmə faktından boyun qaçırmaq və şirkətə zərər vurmaq məqsədilə birgə bu prosesi həyata keçirmişlər. Eyni zamanda X14 Xidmətinin məktubu üzrə araşdırma aparılması üçün tələb olunan bəzi sənədlər hal-hazırda tapılmır və X7 məxsus sənədlərin onun həyat yoldaşı olan həmin əməkdaş tərəfindən götürülməsi və məhv edilməsi ehtimal olunur. Xidmətin məktubu üzrə araşdırma aparılan zaman X5 əmək məzuniyyətində olmuş və 31 iyul 2024-cü il tarixində məzuniyyət müddətinin başa çatmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, ona göndərilmiş 14 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubuna məhəl qoymamışdır. Daha sonra 26 avqust 2024-cü il tarixli ərizəsi ilə analıq məzuniyyətinə çıxmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Buna baxmayaraq. İnzibati orqan X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək X9 inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. Belə inzibati xəta tərkibinin yaranması üçün onun bütün əlamətləri - inzibati xətanın obyekt, inzibati xətanın obyektiv cəhəti, inzibati xətanın subyektiv cəhəti, inzibati xətanın subyekti mövcud olmalıdır. Hazırki iş üzrə inzibati xətanın subyektiv cəhəti X10 münasibətdə mövcud deyildir. İnzibati xətanın subyektiv cəhəti dedikdə, şəxsin inzibati xətanın törədilməsinə psixoloji münasibətinin ifadə edilməsi başa düşülür. Bu inzibati məsuliyyətə səbəb olan amilin əsas tərəfidir. İnzibati xəta tərkibini təşkil edən elementlərdən hər hansı birinin mövcud olmaması onun inzibati xəta hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İnzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda təqsirkar şəxsə inzibati tənbeh tətbiq edilə bilər. Şikayət vermiş X6 nümayəndəsi X16 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X18 bildirmişdir ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur və barəsində müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşçi Müfəttişliyə şikayət edərək əmək haqqının ödənilmədiyini bildirib və bank çıxarışlarından, hüquqi şəxsin məktubundan da aydın görünür ki, işçiyə son haqq-hesab ödənişləri edilməmişdir. Müvafiq qaydada təsdiqedici sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. 31 mart 2024-cü il tarixli, K-99 nömrəli əmrdən görünür ki, işçi X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanladığı məktubdan görünür ki, X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş və işçiyə son haqq-hesab ödənilməmişdir. X13 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X11 31 mart 2024-cü il tarixində işdən azad edilmişdir. Hüquqi şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanladığı məktubda isə X3 haqq-hesab ödənilmədiyi görünür. Bununla da məhkəmə iclasında X7 işdən azad edildikdən sonra son haqq-hesabının vaxtında ödənilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X13 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X13 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar