Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-317/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 1-ci dərəcəli müfəttişi X2 tərəfindən Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər daxil olmuşdur. MN ******* nömrəli, 26 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, 26.10.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 29 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasındakı filialının “MAYOMED” klinikasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 izahatında göstərdi ki, işçilər maskanı azca aşağı edərək nəfəs almaq üçün dayanmış, onların ani olaraq şəkilləri çəkilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati materiala inzibati xəta haqqında protokolu tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olundu ki, 26.10.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 29 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasındakı filialına məxsus “MAYOMED” klinikası epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etmədən fəaliyyət göstərmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs Azərbaycan Respublikasındakı filialına məxsus “MAYOMED” klinikasında qoruyucu maskadan istifadə etmədən xidmət göstərilməsi müşahidə edilir. 26 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, 26.10.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 29 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasındakı filialının “MAYOMED” klinikasında fərdi qoruyucu vasitə (maska) taxmadan obyekt daxilində işlərin görülməsi, xidmətlərin göstərilməsi aşkar edilmişdir. Aşkar edilmiş nöqsanla bağlı müəssisəsinin səlahiyyətli şəxslərinə məlumat verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı filialı həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, 26.10.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 29 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasındakı filialının “MAYOMED” klinikasında epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etmədən fəaliyyət göstərilməsi, işlərin görülməsi və xidmətin göstərilməsi faktı təsdiqini tapır. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 211.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-317/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-317/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver