Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3177/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikasının İXM-in 548.2-ci maddəsi ilə 15 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs ASC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-9628/2025 saylı məktubu ilə tələb edilən sənədləri (səhmdar cəmiyyəti yarandığı gündən bu günədək səhmdar S.Bağırova divident hesablanıb-hesablanmaması, hesablanmışdırsa, ona hesablanmış dividentlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, bundan əlavə son 5 (beş) il ərzində səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə, həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar S.Bağırovun dəvət edilməsini təsdiq edən sənəd əlavə edilməklə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2025-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi (vəkili) Vəkil hüquqi şəxs barəsində tərtib olunmuş protokola etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi EP ******* saylı xx.xx.2025-ci il tarixli İnzibati Xəta haqqında Protokola əsasən X2 ASC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli 6-1-26/2-9628/2025 saylı məktubu ilə səhmdar Sərdar Bağırova dividentin hesablanıb-hesablanmaması barədə, əgər dividend hesablanıbsa, hesablanmış dividentin məbləği, ödənilməsini təsdiqi haqqında, həmçinin cəmiyyətin son 5 ildə səhmdarların ümumi yığıncağının keçirilib - keçirilməməsi, keçirilmişdirsə, yığıncağın protokolu və S.Bağırovun bu barədə xəbərdar edilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbi ilə xx.xx.2025-ci il tarixdə ASC tərəfindən inzibati xətanın törədilmişdir. X1 tərəfindən məhkəməyə göndərilmiş sənədlərə nəzər saldıqda X2 ASC tərəfindən Bankın müraciətinə xx.xx.2025-ci il tarixdə elektron poçt vasitəsi ilə Murad_NElektron ünvan ünvanına cavab məktubu göndərilərək bütün suallara cavab verilmişdir. Bundan sonra Bank tərəfindən əlavə sənədlərin tələb olunmasına dair heç bir müraciət olunmamışdır. Belə ki, Mərkəzi Bank tərəfindən ASC-yə ünvanlanmış məktubda müraciətin daha operativ həlli məqsədi ilə müvafiq sənədlərin Murad_NElektron ünvan poçt ünvanına göndərilməsinin mümkünlüyü qeyd edilmişdir. Bu səbəbdən də hüquqi şəxs tərəfindən Mərkəzi Bankın istinad etdiyi məktubda qeyd olunan suallara Murad_NElektron ünvan poçt ünvanına məktubda qeyd olunan suallara ardıcılıqla cavablandıraraq bildirmişdir ki, Cəmiyyətin 2020-2024-cü illər ərzində cəmiyyətin mənfəəti 47493 manat təşkil etmişdir . Belə ki, 2020-ci il üçün cəmiyyətin mənfəəti 138,34 manat , 2021-ci il üçün cəmiyyət zərərlə işləmişdir, 2022-ci il üçün 164,81 manat, 2023-cü il üçün 19602, 68 manat və 2024-cü il üçün 27776, 11 manat olmuşdur.2021-2022-ci illərdə pandemiya ilə əlaqədar olaraq tətbiq olunmuş karantin rejimi səbəbi ilə Cəmiyyət səhmdarlarının ümumi yığıncağı keçirilməmişdir. 2023-2024-cü illərdə cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir, lakin S.Bağırovun qeydiyyat və yaşadığı ünvan barəsində məlumatımız olmadığından yığıncağın vaxtı və yeri barəsində məlumat verə bilməmişik .Bununla bağlı bildirmək istəyirəm ki, S.Bağırov özü cəmiyyə müraciət edib yaşadığı ünvan və ya əlaqə saxlamaq üçün kordinatlarını verə bilərdi, lakin o bunu etmək əvəzinə Mərkəzi Banka şikayət ərizəsi ilə müraciət edir. 2025-ci il üçün cəmiyyətin səhmdarlarının ümumi yığıncağının keçirilməsi ilin 1-ci rübü üçün nəzərdə tutulmuşdur. S.Bağırovun dəvət olunması ilə bağlı bildirmişdir ki, onun nə yaşadığı, nə qeydiyyat ünvanı barəsində, həmçinin onunla əlaqə yaratmaq üçün nə mobil, nə ev nömrələrinin olmaması səbəbi ilə məlumat verilməmişdir. S.Bağırov iştirak etməsədə mənfəətdən 0,5 % pay ayrılmışdır. İstənilən vaxt şirkətin məlum ünvandan payı götürə bilər” cavab məktubu göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-9628/2025 saylı məktubu ilə tələb edilən sənədləri (səhmdar cəmiyyəti yarandığı gündən bu günədək səhmdar S.Bağırova divident hesablanıb-hesablanmaması, hesablanmışdırsa, ona hesablanmış dividentlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, bundan əlavə son 5 (beş) il ərzində səhmdarların ümumi yığıncağının keçirilibkeçirilməməsi barədə məlumat, keçirilibsə, həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar S.Bağırovun dəvət edilməsini təsdiq edən sənəd əlavə edilməklə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli elektron poçt ünvanından çıxarışdan görünür ki, həmin tarixdə Şəxs ASC-nin nümayəndəsi tərəfindən Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Murad Namazovun elektron poçt ünvanına müafiq sənədlər göndərilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli elektron poçt ünvanından çıxarışa əsasən müəyyən olunur ki, Mərkəzi Bank tərəfindən təqdim edilməsi tələb olunan sənədlər Bankın səlahiyyətli işçisinin “Murad_NElektron ünvan ” adlı elektron poçt ünvanına göndərilmişdir. Bankın nümayəndəsi tərəfindən isə sənədlərin müəyyən olunmuş müddət ərzində təqdim olunmamasına dair əks arqument irəli sürülməmiş, eyni zamanda bu məsələ ilə bağlı məhkəməyə heç bir əsaslı dəlil təqdim edilməmişdir. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs ASC tərəfindən Mərkəzi Bankın fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar həmin orqanın tələbi ilə təqdim edilməməsi halı mövcud deyildir, təhrif olunmuş məlumatın verilməsi isə iş materialları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədildikdə inzibati məsuliyyətə səbəb ola bilər. İş materiallarından və hüquqi şəxsin nümayəndəsinin izahatından müəyyən edilir ki, Mərkəzi Bankdan sorğu məktubu daxil olduqdan sonra hüquqi şəxs tərəfindən müvafiq cavab hazırlanaraq onlara göndərilmiş, sənədlərin təqdim edilməsindən yayınma halları olmamış, səlahiyyətli orqanın işçisi ilə işgüzar əlaqədə olmaqla əməkdaşlıq edilmişdir. Bu xüsusatlar hüquqi şəxsin qeyd olunan inzibati xətanı törətməkdə qəsdinin olmadığını təsdiq edir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Beləliklə məhkəmə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3177/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3177/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver